Qətər Dövlətinin Əmiri əlahəzrət

şeyx Həməd bin Xəlifə Al Taniyə

 

 Əlahəzrət!

Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xoş ənənələri mövcuddur. Əminəm ki, bu ənənələri daim yaşatmaq, əlaqələrimizi hərtərəfli genişləndirmək yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qətər xalqına əmin-amanlıq və rifah diləyirəm.

 

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 10 dekabr 2011-ci il

Azərbaycan.-2011.-18 dekabr.-S.1.