Düşünülmüş, sürətli və davamlı inkişaf

Müasir Azərbaycan-20

 

 "Sevindirici haldır ki, xaricdəki həmvətənlərimiz arasında azərbaycançılıq ideyaları, milli mənəvi dəyərlərimiz getdikcə daha dərin kök salır. Onlar məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında mühüm mövqelərə sahib olmaqla yanaşı, həm də Azərbaycanın dünyaya təqdim olunmasına, maddi və mənəvi irsimizin təbliğinə, ölkəmiz əleyhinə yönəlmiş ideoloji təxribatların qarşısının alınmasına öz töhfələrini verirlər. Düşünürəm ki, diaspor qurumlarımız bu sahədəki səylərini bundan sonra da artırmalı, intellektual potensialı ilə maddi resurslarını birləşdirməli, xarici ölkələrdəki diplomatik korpuslarımızla əlaqələrini genişləndirməlidirlər".

 

 İlham ƏLİYEV

 

 Xarici ölkələrdə yaşayan həmvətənlərimizlə çoxşaxəli münasibətlər qurmaq, onları ideoloji-siyasi müstəvidə silahlandırmaq və ümummilli mənafelər uğrunda səfərbər etmək son 18 ildə müstəqil Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən olmuşdur. Bu sahədə dövlət siyasətinin məqsədi xaricdə yaşayan soydaşlarımızın milli özünəməxsusluğunu sərbəst müdafiə etmək, qorumaqinkişaf etdirməkdən, respublikamızla əlaqələrini genişləndirmək və digər hüquqlarını müdafiə etməkdən ibarətdir. Dünya azərbaycanlılarının potensial imkanlarını müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həlli naminə səfərbər etmək, milli birliyə, həmrəyliyə və mütəşəkkilliyə nail olmaq bu gün də ölkə iqtidarının prioritet məsələlərindəndir. Müxtəlif səbəblərdən xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin genişləndirilməsini vacib məsələ kimi nəzərdən keçirən Azərbaycan iqtidarı ölkədəki sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətinə uyğun olaraq diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlərin həyata keçirilməsini son dərəcə vacib sayır.

Xatırladaq ki, 1991-ci ilin oktyabrında canı, qanı bahasına müstəqilliik nemətinə qovuşmuş Azərbaycanda cəmiyyətin qütbləşərək parçalanması, milli maraq və mənafelər ətrafında səfərbər olunmaması, birlik və həmrəylik ideyalarının özünə yer tapmaması özünü ciddi problem kimi göstərmiş, milli inkişafı əngəlləyən amilə çevrilmişdi. 1993-cü ilin iyun ayınadək Azərbaycanda vətəndaş sülhü və həmrəyliyi mövcud olmamış, cəmiyyətdəki siyasi konfrontasiya kəskinləşərək ağır siyasi böhrana gətirib çıxarmış, bütövlükdə ölkə parçalanmaq və müstəqil dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşmişdir. Bu dövrdə xalqın iradəsindən kənar formada hakimiyyətdə olan naşı  qüvvələr xarici siyasətin prioritet istiqamətlərindən biri kimi diasporlobbi quruculuğuna diqqət yetirməmiş, bəzi səbəblərdən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın vahid Vətənlə - Azərbaycanla əlaqələrinin genişləndirilməsi, milli problemlərin həllində onların potensialından istifadə edilməsi kimi vacib məsələlərə olduqca etinasız, laqeyd münasibət bəsləmişlər.

Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bu arzuolunmaz vəziyyət aradan qalxmış, bu böyük şəxsiyyət müxtəlif səbəblərdən Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya və milli-mənəvi dəyərlər sistemi ətrafında birləşməsinə, onların malik olduğu güclü potensialın ümummilli problemlərinin həllinə yönəldilməsinə xidmət edən bir sıra tədbirlər həyata keçirmişdir. İndi siyasi baxışlarından asılı olmayaraq, hamı etiraf edir ki, Heydər Əliyevin 1993-cü ildə xalqın istəyilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir.  Ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görmüş, ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürmüşdür. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam" - deyən ulu öndər yeritdiyi siyasətlə dünya azərbaycanlılarının şəksiz siyasi-mənəvi liderinə çevrilmişdir.  

 Xalqın milli-mənəvi birliyinin əlamətdar rəmzinə çevrilmiş 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi hər il yüksək səviyyədə qeyd olunması ulu öndərimizin necə böyük və uzaqgörən şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi 1991-ci il dekabrın 16-da "Dünya Azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" qərar qəbul etməklə yenicə müstəqillik elan etmiş Azərbaycanda milli həmrəylik ideyasının möhkəmlənməsinə əvəzsiz töhfə vermişdir. Xalqımız, o cümlədən dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabrın 31-də milli həmrəylik gününü qeyd edirlər.

Azərbaycan dövləti dünya azərbaycanlılarının potensial imkanlarını cəmləmək, bunu müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həllinə yönəltmək, daha sıx əlaqələr yaratmaq, milli birliyə nail olmaq və mütəşəkkil birgə qüvvə təşkil etmək səylərinə ciddi fikir verir. 2001-ci ilin ən yaddaqalanmilli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi olmuşdur. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratmışdır.

Qurultaydan sonra Azərbaycan diaspor hərəkatı tamamilə yeni mərhələyə qədəm qoymuşdur. Ümummilli liderimiz Heydər Əliyev bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə "Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin yaradılması barədə" fərman imzalamışdır. Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar vermişdir. Dövlət Komitəsinin yaradılması dünya azərbaycanlılarının konsolidasiyasında, diaspordan lobbiyə doğru inkişafında yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Komitə qısa  müddətdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası və Azərbaycan dövləti ətrafında birləşməsi istiqamətində xeyli görməyə müvəffəq olmuşdur.

2002-ci ildə Milli Məclisdə qəbul olunmuş "Xaricdə yaşayan soydaşlarımıza dövlət qayğısı haqqında" qanun xaricdəki azərbaycanlılara dövlət qayğısının hüquqi əsaslarını müəyyənləşdirir. Qanuna əsasən xaricdə yaşayan, fəaliyyət göstərən soydaşlarımızın hüquqları Azərbaycan dövləti səviyyəsində qorunur. Habelə imkanlı azərbaycanlıların ölkə iqtisadiyyatına sərmayə qoyması üçün qanunda vergi, gömrük güzəştləri nəzərdə tutulur. Bu qanun ölkəmizin diasporlobbi quruculuğu sahəsindəki fəaliyyətinin hüquqi əsaslarını və prinsiplərini müəyyənləşdirən mühüm sənəd kimi təqdirəlayiqdir.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin diaspor quruculuğu sahəsindəki fəaliyyətini uğurla davam etdirərək ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında konsolidasiyasına çalışır. Prezident İlham Əliyev hər zaman bildirir ki, yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında mənafelərini hər zaman layiqincə qoruyur, ümummilli problemlərinin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edirlər. Prezident İlham Əliyev hələ 27 iyul 2004-cü il tarixdə ölkə diplomatlarının iştirakı ilə Xarici İşlər Nazirliyində keçirdiyi geniş tərkibli müşavirədə diaspor quruculuğu işini xarici siyasət sahəsində prioritet istiqamətlərdən biri kimi qiymətləndirmiş və bu fəaliyyətin daha da gücləndirilməsinin vacibliyini önə çəkmişdir. Dövlət başçısı milli mənafe və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun, obyektiv şəkildə çatdırılması baxımından xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd etmiş, onların daha da təşkilatlanması, vahid hədəflər naminə mütəşəkkil fəaliyyət göstərmələri ilə bağlı dəyərli tövsiyələrini vermişdir. Bu və digər uğurlarla qətiyyən kifayətlənməyən Azərbaycan Prezidenti diasporumuzun fəaliyyətini keyfiyyətcə yeni, daha yüksək səviyyəyə qaldırmaq niyyətindədir.

Azərbaycan Prezidenti İlham Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamı ilə martın 16-da Bakı şəhərində Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi diaspor quruculuğu işinə yeni nəfəs verməklə, respublikanın çağdaş tarixində ən əlamətdar hadisələrdən biri kimi mühüm aktuallıq kəsb edir. Dünya azərbaycanlılarının II qurultayının keçirilməsində məqsəd hesabat dövründə diaspor quruculuğu istiqamətində görülmüş işləri dəyərləndirmək, habelə xaricdə yaşayan soydaşlarımızın üzləşdiyi bəzi problemləri, yaşadıqları ölkələrin siyasətinə təsir imkanlarını öyrənmək, onların tarixi Vətənlə daha geniş əlaqələrinin qurulmasına xidmət edən tədbirlərin hazırlanmasını təmin etməkdən ibarət olmuşdur. 16 mart 2006-cı il tarixdə keçirilmiş qurultayda Azərbaycan diasporunun hazırkı vəziyyəti müzakirə edilmiş, bu sahədə çalışan təşkilatların fəaliyyətinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri xüsusilə önə çəkilmişdir. Mütəşəkillik və ruh yüksəkliyi ilə başa çatan qurultayın nəticəsi kimi Azərbaycan diasporunun fəaliyyət konsepsiyasının hazırlanması barədə qərarın qəbul edilməsi, dünya azərbaycanlılarına müraciətin, habelə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı xüsusi bəyanatın, işğal olunmuş ərazilərdə tarixi abidələrimizin, mədəni irsimizin dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara müraciətlərin və digər sənədlərin qəbulu istər təbliğati, istərsə də səmərəli əks hücumun təşkili baxımından böyük əhəmiyyətə malikdir.

Hazırda Azərbaycan inkişafının elə yüksək mərhələsindədir ki, respublikamızın bütün həyati əhəmiyyətli sahələrdə qazandığı böyük uğurlar beynəlxalq səviyyədə geniş təbliğ olunmalıdır. Prezident İlham Əliyevin qurultaydakı proqram xarakterli, dərin məzmunlu nitqi də məhz diaspor quruculuğu sahəsində perspektiv fəaliyyət prioritetlərin müəyyənləşdirilməsi baxımından son dərəcə maraq doğurur. Dövlət başçısı bütün sahələrdə yüksək dinamizlə inkişaf edən Azərbaycanın beynəlxalq arenadakı nüfuz və mövqelərinin daha da gücləndirilməsini, respublikamız haqqında tam obyektiv, dolğun informasiyaların dünya ictimaiyyətinə çatdırılmasını milli diaspor təşkilatları qarşısında vacib məsələ kimi müəyyənləşdirmişdir. Son illər Cənubi Qafqazda həyata keçirilən bütün qlobal enerjikommunikasiya layihələrinin lokomotivi qismində çıxış edən Azərbaycan dünyada kifayət qədər tanınsa da, bu sahədə hələ çox görülməli, erməni lobbisinin, bütövlükdə isə antiazərbaycançı şəbəkənin respublikamıza qarşı apardığı əks-təbliğatın qarşısı daha müasir, səmərəli vasitələrlə alınmalıdır. Dövlət başçısı İlham Əliyev Dünya azərbaycanlılarının II qurultayındakı çıxışında bu məsələyə xüsusi diqqət ayırmış, respublikamız haqqında məlumat qıtlığının tamamilə aradan qaldırılması vacibliyini bəyan etmişdir: "Azərbaycanın addımları bütün sahələrdə, o cümlədən xarici siyasətdə müsbət nəticələrini verməkdədir. Sizə bildirmək istəyirəm ki, son iki il ərzində Azərbaycanın 21 səfirliyinin açılması haqqında qərarlar verilibdir. İndi Azərbaycanın müxtəlif ölkələrdə 46 səfirliyi olacaq ki, onların da 21-nin açılması haqqında son iki ildə qərar verilibdir. Onların bəziləri açılıb fəaliyyət göstərir, bəziləri isə bu yaxınlarda açılacaqdır. Bu, nə deməkdir?! O deməkdir ki, Azərbaycan öz xarici siyasətini daha da dolğun, hərtərəfli şəkildə aparacaqdır. Çünki, yəqin sizbunu hiss edirsiniz, bizbunu bilirik, - əfsuslar olsun ki, Azərbaycan həqiqətləri dünya ictimaiyyəti tərəfindən o qədər də yaxşı dərk edilmir. Məlumat qıtlığı var, bəzi hallarda informasiya blokadası ilə də üzləşirik. Çünki bizim əleyhimizə dünyanın erməni lobbisi fəaliyyət göstərir və hər vəchlə çalışır ki, Azərbaycanı ləkələsin, Azərbaycanda gedən proseslərə mənfi don geyindirsin və beləliklə, Azərbaycanı təcrid edilmiş vəziyyətə salsın".

Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar ilk növbədə öz milli kimliklərini dərk etməli və qorumalı, Azərbaycanın dilini, mədəniyyətini, incəsənətini, mütərəqqi ənənələrini, tarixini yaşatmalı, inkişaf etdirməlidirlər. Hər bir xalqın mövcudluğunun ideoloji-siyasi və mənəvi təməl prinsipi kimi nəzərdən keçirilən bu meyarlar xaricdəki soydaşlarımız üçün də əsas olmalı, daim diqqətdə saxlanılmalıdır.  Bunun üçün xaricdəki soydaşlarımızı birləşdirən diaspor təşkilatları yüksək fəallıq nümayiş etdirərək yaşadıqları ölkələrin ictimai-siyasi həyatına geniş təsir imkanları əldə etməyə, müəyyən mövqelərə malik olmağa çalışmalıdırlar.

 Yalnız bu halda Azərbaycan haqqında məlumat qıtlığını aradan qaldırmaq, ölkə reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaq mümkündür. Dövlət başçısı cənab İlham Əliyevin qurultayda tövsiyə etdiyi kimi, Azərbaycanda gedən proseslər dünya dövlətləri üçün açıq olmalıdır: "Bizə o lazımdır ki, Azərbaycanda gedən proseslər dünya üçün açıq olsun. Son iki il yarım ərzində mən çoxsaylı xarici səfərlər etmişəm. Mənim müxtəlif qonaqlarla çox görüşlərim olubdur. Görürəm ki, Azərbaycana ilk dəfə gələn qonaqlar tam başqa fikirlə gəlirlər. Amma burada reallıqları, ab-havanı görəndə, Azərbaycanın ümumi inkişafını, cəmiyyətdə hökm sürən dözümlülüyü, tolerantlığı, qonaqpərvərliyi, vətəndaş həmrəyliyini görəndə Azərbaycandan tamamilə başqa fikirlə ayrılırlar. Ona görə diasporun fəaliyyəti məhz bu istiqamətdə də öz töhfəsini verməlidir və bunu etmək üçün diaspor daha da möhkəm təşkilatlanmalıdır". 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazın ən ciddi problemi kimi indiyə qədər həllini tapmaması bütövlükdə Xəzər hövzəsi regionunda sülhə, sabitliyə və iqtisadi əməkdaşlığa potensial təhlükə mənbəyi kimi çıxış edir. Azərbaycanın 20 faizdən artıq ərazisini işğal altında saxlayan təcavüzkar dövlətin ən müxtəlif səviyyələrdə ifşası, erməni lobbisinin respublikamıza qarşı apardığı bədnam təbliğata qarşı effektiv əks-hücumun təşkili prosesində müvafiq dövlət və qeyri-dövlət qurumları ilə yanaşı, xaricdə yaşayan azərbaycanlıların da fəal mövqe tutması son dərəcə vacibdir. Beynəlxalq hüquq normaları, o cümlədən bir sıra mötəbər təşkilatların münaqişə ilə bağlı prinsipial mövqeyi Ermənistanın cəfəng iddialarının həm hüquqi, həm də siyasi baxımdan əsassızlığını tamamilə sübuta yetirir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına hörmət ifadə edilmişzor işlədilməklə sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi birmənalı qeyd olunmuşdur.  Son illərdə isə rəsmi Bakının diplomatik fəallığının güclənməsi ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində ardıcıl və sistemli fəaliyyətin həyata keçirilməsi ilə müşayiət olunur. Nəticədə Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə əməl etməyən təcavüzkar dövlət olması faktı indi bir çox dünya dövlətləri tərəfindən tanınır. "Ən yaxşı müdafiə hücumdur" postulatı özünü doğruldur - Azərbaycan gerçəkliklərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər rəsmi Yerevanın diplomatik mövqelərinin zəifləməsi ilə nəticələnir.

AŞ PA-nın 2004-ci il 1416 tarixli qətnaməsində Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal olunduğu və separatçı qüvvələrin Dağlıq Qarabağ bölgəsinə nəzarət etdiyi göstərilmiş, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunmuş tələblərin yerinə yetirilməsinin və silahlı qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyi vurğulanmışdır. Bu tələblər AŞ PA-nın 2005-ci il 1690 saylı tövsiyəsində də öz əksini tapmışdır. Eləcə də ATƏT-in faktaraşdırıcı missiyası nümayəndələrinin 2005-ci ilin martında Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri zamanı orada ermənilərin kütləvi şəkildə qeyri-qanuni məskunlaşdırıldığı təsdiq olunmuş, bu fakt təşkilatın yekun hesabatında özünə yer almışdır.

Bu və digər faktların dünya ictimaiyyətinə çatdırılması üçün ilk növbədə azərbaycanlıların xaricdəki diaspor təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsinə, onların daha sıx əlaqələndirilməsinə, mütəşəkilliyinin təmin olunmasına böyük ehtiyac duyulur.  Diaspor quruculuğu sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü nəticəsində Amerika, Avropa, AsiyaŞimali Afrikanın ayrı-ayrı ölkələrində 100-dən çox yeni azərbaycanlı icması yaradılmış, bununla da xaricdəki soydaşlarımızı birləşdirən qurumların sayı 400-ü ötmüşdür.

Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesini keyfiyyətcə təkmilləşdirmək, diaspor təşkilatlarının fəaliyyətini daha səmərəli şəkildə əlaqələndirmək, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işini müasir tələblər səviyyəsində qurulmasını təmin etmək məqsədilə Azərbaycan diasporunun fəaliyyət konsepsiyasının hazırlanması barədə qərarın qəbul olunması da qurultayın ən mühüm nəticələrindən biri kimi vurğulanmalıdır.

Yeri gəlmişkən, 2002-ci ildə Milli Məclisdə qəbul olunmuş "Xaricdə yaşayan azərbaycanlılara dövlət qayğısı haqqında" qanun xaricdəki azərbaycanlılara dövlət qayğısının hüquqi əsaslarını müəyyənləşdirir. Qanuna əsasən, xaricdə yaşayan, fəaliyyət göstərən soydaşlarımızın hüquqları Azərbaycan dövləti səviyyəsində qorunur. Habelə imkanlı azərbaycanlıların ölkə iqtisadiyyatına sərmayə qoyması üçün qanunda müəyyən vergigömrük güzəştləri də nəzərdə tutulur. Qurultayda sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsinə xaricdə yaşayan azərbaycanlı adamlarının geniş cəlb edilməsi  məqsədilə hərtərəfli şəraitin yaradılmasının məqsədəuyğunluğu fikri bir daha önə çəkilmiş, bu məqsədlə xüsusi forumun keçirilməsi tövsiyə olunmuşdur.

Nəhayət, Azərbaycanla strateji müttəfiq olan bir sıra ölkələrlə diaspor quruculuğulobbiçilik sahəsində fəaliyyətin əlaqələndirilməsi Dünya azərbaycanlılarının II qurultayının ən yaddaqalanvacib qərarlarındandır. Bu baxımdan qardaş Türkiyə ilə əməkdaşlığın gücləndirilməsi məsələsinin xüsusi önə çəkilməsi heç də təsadüfi deyildir. Qurultayın qətnaməsində də vurğulandığı kimi, tarixən bir-birinə qırılmaz tellərlə bağlı olan xalqlarımız çətin məqamlarda çiyin-çiyinə verərək, qardaş köməyini bir-birindən əsirgəməmişlər. Türk dünyasının iki böyük şəxsiyyətinin - Mustafa Kamal Atatürkün: "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və Heydər Əliyevin: "Biz bir millət, iki dövlətik" - kəlamları qarşılıqlı əlaqələrimizin dərin tarixi köklərini ifadə edərək siyasi, iqtisadi və mədəni əməkdaşlığımızın təməl prinsiplərini müəyyənləşdirmişdir. Son illər iki qardaş ölkənin diasporlarının fəaliyyətinin əlaqələndirilməsi uğurlara yol açmış, xüsusilə Avropa Şurası çərçivəsində Ermənistanın ciddi diplomatik uğursuzluqlara düçar olmasına gətirib çıxarmışdır.

Dünya azərbaycanlılarının II qurultayı xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin həyata keçirilməsində, soydaşlarımızın birlik və həmrəyliyinin möhkəmləndirilməsində yeni mərhələnin açıldığını bir daha təsdiqləmişdir. Bu, bir tərəfdən Azərbaycanın iqtisadisiyasi cəhətdən güclənməsi, onun regionda lider dövlətə çevrilməsi, beynəlxalq nüfuzunun artması ilə, digər tərəfdən isə xaricdə yaşayan azərbaycanlılarla işin keyfiyyətinin yüksəldilməsi, qarşıya yeni vəzifələrin qoyulması ilə əlaqədardır.

Azərbaycan Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etdiyi son 8 ildə  ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirmişdir. Dövlət başçısı türkdilli xalqların oxşar milli irsinə, ülvipak dəyərlərinə, mental xüsusiyyətlərinə həm də ümumi müqaviməti və səfərbərliyi təmin edən güclü ideoloji-siyasi təsir vasitəsi kimi yanaşır. Türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid ideya və məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni nöqtəyə vurması, bədnam erməni lobbisinə qarşı mütəşəkkil mübarizəyə qoşulması cənab İlham Əliyevin ən çox səy göstərdiyi məsələlərdəndir. 2006-cı ilin sentyabr ayında isə Ankarada keçirilən Türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı dövlət başçısı İlham Əliyevin türk dövlətləri arasında birləşdiricilik missiyasını həyata keçirənbu sahədə böyük uğurlar qazanan lider olduğunu bir daha təsdiqləmişdir. Forumdakı çıxışında "Bəzi hallarda bizim haqqımızda süni şəkildə mənfi rəy formalaşdırılır və bunun arxasında Türkiyə və Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan erməni lobbisinin fəaliyyəti dayanır. Biz bunu çox gözəl bilirikhiss edirik. Bizim əleyhimizə çox böyük, mütəşəkkil, böyük maliyyə dəstəyinə malik olan və bəzi riyakar siyasətçilər tərəfindən dəstəklənən erməni lobbisi fəaliyyət göstərir. Biz onların təbliğatını ifşa etməliyik, darmadağın etməliyik, ancaq müdafiə naminə yox. Biz hücüm etməliyik, çünki həqiqət bizim tərəfimizdədir" - deyən dövlət başçısı cənab İlham Əliyev "Ən yaxşı müdafiə hücumdur!" taktikasından çıxış etməklə türk dünyasına qarşı aşkar düşmənçilik siyasəti aparan bədnam ermənilərin yerində oturdulması vacibliyini önə çəkmişdir.

2009-cu ildə Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci sammitinin keçirilməsi ümumtürk birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü strategiyanın uğurlu davamıdır. Milli Məclisdə baş tutan sammitdə türk dövlətlərinin əməkdaşlığı istiqamətində mövcud potensialdan daha səmərəli istifadə vacibliyi vurğulanmışdır. Nəhayət, Türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ilin oktyabr ayında Naxçıvanda keçirilmiş IX zirvə görüşü Türkiyə, Azərbaycan, Qazaxısan və Türkmənistan arasında münasibətlərin keyfiyyətcə yeni mərhələdə intensiv inkişafı, ümumi səylərin vahid məqsədlər naminə səfərbər olunması baxımından mühüm nəticələrlə yadda qalmışdır.

Bütün bu uğurlara, müsbət nəticələrə rəğmən, mövcud reallıq göstərir ki, xaricdəki Azərbaycan diasporunun imkanlarından geniş istifadə olunması, ölkə həyatının müxtəlif sahələrində meydana çıxan problemlərin həllində onun fəal iştirakının gerçəkləşdirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına xidmət edən mütəşəkkil, sanballı bir qüvvəyə çevrilməsi yolunda hələ çox işlər görülməlidir. Tam əminliklə demək olar ki, bu istiqamətdə həyata keçirilən tədbirlər milli diaspor quruculuğu prosesinə mühüm töhfə olmaqla, dünya azərbaycanlılarının daha sıx birliyinə, əməli fəaliyyətinə geniş imkanlar açacaqdır.

 

Azərbaycan.-2011.-18 dekabr.-S.4.