Ukraynada «İlham Əliyev: Azərbaycan Prezidentinin portreti»

 kitabının təqdimat mərasimi olmuşdur

 

 Ukrayna Prezidenti yanında Milli İdarəçilik Akademiyasında yazıçı, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun və Viktor Andrianovun Ukrayna dilinə tərcümə olunmuş  "İlham Əliyev: Azərbaycan Prezidentinin portreti" kitabının təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, mərasimdə Ukraynanın tanınmış elm və mədəniyyət xadimləri, deputatlardiplomatlar iştirak etmişlər.

Ukrayna Prezidenti yanında Milli İdarəçilik Akademiyasının prezidenti, professor Yuri Kovbasyuk kitabın Ukraynanın elmi ictimaiyyətinə təqdim olunmasının əhəmiyyətindən danışmışdır.

Y.Kovbasyuk vurğulamışdır ki, tarixi faktlarla zəngin əsərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə nəinki Azərbaycanda, o cümlədən bölgədə həyata keçirilən qlobal beynəlxalq layihələr ustalıqla qələmə alınmışdır. Belə bir dəyərli kitabın Ukrayna ictimaiyyətinə təqdim edilməsi elmi dairələrdə ölkələrimiz arasında münasibətlərin növbəti müzakirəsinə də səbəb olmuşdur. Birmənalı olaraq demək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gündən-günə çiçəklənməsi dost ölkə kimi bizi də fərəhləndirir.

Təqdimat mərasimində Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Milli Məclisin deputatları Eldar İbrahimov, Elmira Axundova, Rüfət Quliyevİqbal Məmmədov da çıxış edərək ölkəmizin dünyanın inkişaf etmiş dövlətləri arasında layiqli yer tutduğunubununla bağlı kitabda obyektiv mənzərənin əks olunduğunu bildirmişlər.

Ukrayna Ali Radasının deputatları Eduard Zeynalov, Oksana Bilozir və başqaları Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri xalqın dövlət başçısına, dövlət başçısının isə xalqına olan böyük sevgisinin məntiqi nəticəsi kimi qiymətləndirmişlər.

Kitaba böyük maraq göstərilməsindən məmnunluğunu ifadə edən yazıçı, deputat Hüseynbala Mirələmov əsərin Ukrayna dilinə tərcümə edilməsində zəhməti olan şəxslərə minnətdarlığını bildirmişdir.

 

Azərbaycan.-2011.-18 dekabr.-S.5.