«New-York Times» azərbaycanlı diplomatın
etiraz məktubunu dərc etmişdir
"New-York
Times" qəzeti dekabrın
16-da Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Nəsimi Ağayevin ötən həftə qəzetdə
Dağlıq Qarabağ
bölgəsi ilə bağlı verilən qərəzli məqaləyə
etiraz məktubunu dərc etmişdir. Azərbaycanlı diplomat məktubunda
bildirmişdir ki, ölkəmizin Dağlıq
Qarabağ bölgəsini
"mübahisəli ərazi"
və ya "respublika" adlandırmaq
həqiqətə uyğun
deyil. Beynəlxalq icma tərəfindən Azərbaycanın tərkib
hissəsi kimi tanınan Dağlıq Qarabağ bölgəsini Ermənistan
işğal etmişdir.
Bu işğal faktı
və zəbt edilmiş ərazilərdən 750 min nəfər
Azərbaycan vətəndaşının
zorla qovulması bütün dünyaya məlumdur və BMT Təhlükəsizlik
Şurası tərəfindən
pislənilmişdir.
Nəsimi
Ağayev qəzetin qərəzli məqaləsində
göstərilmiş işğal
altında olan Dağlıq Qarabağ bölgəsində həyata
keçirilən "uşaq
doğumunun həvəsləndirilməsi
proqramı"na da toxunaraq qeyd etmişdir ki, bu bölgədə doğulan uşaqların təhlükəsiz və
firavan gələcəyinin
təmin olunması bölgənin demoqrafiyasını
süni şəkildə
dəyişdirilməsindən deyil, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həllindən
keçir.
Şəfəq AKİFQIZI,
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton
Azərbaycan.-2011.-18 dekabr.-S.8.