Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" 1996-cı il 22 iyun tarixli 464 saylı fərmanına uyğun olaraq qərara alıram:

Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılsın və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:

 

 

Əmiraslanov Nəriman Sabir oğlu     - Bakı şəhər Georgi Şaroyev adına

 

                               35 nömrəli Onbirillik Musiqi

 

                              Məktəbinin şagirdi

Həsənov Yasin Etibar oğlu          - Bakı şəhər Tofiq Quliyev adına

 

                               12 nömrəli Onbirillik Musiqi

 

                               Məktəbinin şagirdi

Həsənova Aygül Elçin qızı          - Bakı şəhər Qara Qarayev adına

 

                                8 nömrəli Onbirillik Musiqi

 

                               Məktəbinin şagirdi

Hüseynov Emin Valeh oğlu           - Bakı şəhər Tofiq Quliyev adına

 

                               12 nömrəli Onbirillik Musiqi

 

                               Məktəbinin şagirdi

Şahgəldiyeva Mədinə Elçin qızı     - Bakı şəhər Qara Qarayev adına

 

                               8 nömrəli Onbirillik Musiqi

 

                             Məktəbinin şagirdi

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2011-ci il

Azərbaycan.-2011.-20 dekabr.-S.1.