Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi
Rəyasət Heyətinin
Sədri zati-aliləri cənab Kim Yen Nama
Hörmətli cənab Sədr!
Koreya Xalq Demokratik Respublikasının Ali rəhbəri, Dövlət Müdafiə Komitəsinin Sədri, görkəmli dövlət xadimi Kim Çen İrin vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu
ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə
və bütün xalqınıza şəxsən öz
adımdan və Azərbaycan xalqı adından dərin
hüznlə başsağlığı verirəm.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 dekabr 2011-ci il
Azərbaycan.-2011.-20 dekabr.-S.3.