Malayziyanın Ali Başçısı Əlahəzrət Əl-Mutasimu Billahi

 Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam

 Şah ibni əl-Mərhum Sultan Badlişaha

 

 

Əlahəzrət!

Malayziyanın Ali Başçısı seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan-Malayziya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, dostluq və əməkdaşlıq əlaqələrimizin inkişafı daim xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Malayziya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 19 dekabr 2011-ci il

Azərbaycan.-2011.-20 dekabr.-S.3.