İsveçrə Konfederasiyasının Prezidenti zati-aliləri

xanım Eveline Vidmer-Şlumpfa

 

 Hörmətli xanım Prezident!

İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan-İsveçrə əlaqələrinin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Əminəm ki, ölkələrimiz arasında təşəkkül tapmış dostluq münasibətləri, çoxşaxəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.

 

         Hörmətlə,

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 19 dekabr 2011-ci il

Azərbaycan.-2011.-20 dekabr.-S.3.