Sosial məsələlərin həllinin hökumətin daim diqqət mərkəzində

 saxlanılmasını hər bir vətəndaş gündəlik həyatında hiss etməkdədir

 

 Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun

 yap.org.az internet saytına müsahibəsi

 

 - Səlim müəllim, ölkəmizdə əhalinin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına yönəldilən xərclər ilbəil artmaqdadır. İqtisadiyyatın inkişafı ilə sosial xərclərin mühüm tərkib hissəsi olan pensiya xərclərinin artımı arasındakı əlaqəni necə səciyyələndirərdiniz?

 - Azərbaycan Respublikasında Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticələri ulu öndər Heydər Əliyevin "Bizim dövlətimizin siyasəti iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, birinci növbədə sosial problemləri həll etməkdən ibarətdir" sözlərinin uğurla reallaşdırıldığını təsdiqləyir. Təkcə 2011-ci ildə gerçəkləşdirilmiş pensiya islahatlarının maliyyə yükünə diqqət yetirmək kifayətdir ki, ölkədə sosial siyasətin nə qədər diqqət mərkəzində olduğu əyani şəkildə görünsün. Bu islahatlar nəticəsində 1 ildə pensiyaçılara ödəniləcək əlavə vəsaitin həcmi 410 milyon manat olacaqdır ki, bu da Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsinin gəlirlərinin 17 faizini təşkil edir. Digər tərəfdən, bu islahatdan sonra pensiyaçılarımızın 97 faizinin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxmışdır. Bütün pensiyaların vahid prinsiplə hesablanması təmin edilmiş, həm də pensiyaların orta aylıq məbləğinin əməkhaqqının orta aylıq məbləğinə nisbəti 40%-i ötmüşdür. Təbiidir ki, bu artımlardan sonra pensiya xərclərinin ölkənin ÜDM-ə olan nisbəti artacaq və 2012-ci ildə 5,34%-ə çatacaqdır. Müqayisə üçün qeyd edim ki, bu göstərici 2003-cü ildə 3,9% olmuşdurbu gün qonşu Rusiyada 8%, Qazaxıstanda 4,7%, AlmaniyaFransada 13%, Avstriyaİtaliyada 15%, İƏ və İT ölkələrində isə ortalama 14%-dir. Mən bu göstəriciləri ona görə söylədim ki, bu gün dünya ölkələri hökumətlərinin gündəliyində olan çox mühüm bir problemi diqqətinizə çatdırım: yeni yüzilliyin ortaya qoyduğu əsas çağırışlardan biri əhalinin tərkibində xüsusi çəkisi getdikcə artan ahıl nəslin nümayəndələrinin layiqli həyatını təmin etmək üçün dövlətin yönəltdiyi vəsaitin artan həcmi ilə iqtisadiyyatın getdikcə daralan imkanları arasında optimal nisbəti necə saxlamaq problemidir. Artıq bir sıra ölkələrdə, məsələn, İtaliya, Yunanıstan, İrlandiya, İspaniyada milli iqtisadiyyatın mövcud şərtlər daxilində pensiya yükünü çəkmək iqtidarında olmadığı üzə çıxır və bu, bir daha göstərir ki, məşhur Amerika iqtisadçısı Drakerin qeyd etdiyi kimi, XXI yüzilliyin ən əhəmiyyətli dəyişiklikləri heç də elmlə, texnoloji uğurlarlaya insanın dəyişən daxili aləmi ilə deyil, demoqrafik sferadakı hadisələrlə bağlı olacaqdır, çünki XX əsrin son 25 ilində milli gəlirin 65 yaşdan yuxarı əhalinin xeyrinə yönəldilən hissəsi 2 dəfə artmışdır və bu proses hazırda davam edir. Tezliklə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə büdcənin ən böyük xərc maddəsi pensiya təminatı, tibbi yardım və sosial xidmət xərcləri olacaqdır və əgər müvafiq tədbirlər görülməzsə, pensiya xərcləri iqtisadiyyatın inkişafını əngəlləyən amilə çevrilə bilər. Buna görə də əmək bazarının, demoqrafiyamiqrasiya proseslərinin, həmçinin sosial təminat və pensiya-sığorta sistemlərinin tənzimlənməsi zamanı Azərbaycan hökuməti bu amili xüsusi diqqətdə saxlayır ki, bunu da aşağıdakı rəqəmlər sübut edir.

 Belə ki, 2003-2011-ci illər ərzində ölkədə 60 yaşdan yuxarı insanların sayı 4% artaraq 810,6 min nəfərə çatdığı halda, ÜDM-in artımı 6 dəfə, pensiya sisteminin xərclərinin artımı isə 7,3 dəfə olmuşdur. Başqa sözlə, Azərbaycan hökuməti dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrindəki ahıl insanların əhalinin strukturundakı payının hər 1%-nə ÜDM-in 0,3-0,48%-nə qədər pensiya xərcinin ayrılması prinsipini gerçəkləşdirmişdir. Belə ki, 2011-ci ildə 60 yaşdan yuxarı şəxslərin əhalinin cəmi sayındakı xüsusi çəkisi 8,9 % və pensiya təminatına yönəldilən vəsait isə ÜDM-in 4,8 faizi qədər olmuşdur. Göründüyü kimi, hazırda ölkəmizdə 60 yaşdan yuxarı insanların əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in 0,53%-i düşür ki, bu da beynəlxalq aləmdə qəbul edilmiş göstəricilərə uyğun gəlir.

 - Bu günlərdə Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcə layihəsi geniş müzakirə edildi və layihə qəbul olundu. Fikirlərinizin davamı olaraq növbəti il üçün fondun əsas maliyyə planı barədə məlumat verərdiniz.

 - Qeyd etdiyimiz strateji məqsədlər, eləcə də cari ilin keçən dövründə ölkə iqtisadiyyatının inkişaf meyilləri, növbəti ildə sosial-iqtisadi inkişafın əsas proqnozları, 2009-2015-ci illərdə sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramında 2012-ci il üçün nəzərdə tutulan tədbirlər, cari ilin keçən dövründə fondun büdcəsinin icrası üzrə nəticələr, həmçinin 2012-ci ildə əhalinin gəlirləri və məşğulluq göstəriciləri, demoqrafik dəyişikliklər və sığorta-pensiya sisteminin əsas parametrləri fondun 2012-ci il büdcə layihəsinin tərtibi zamanı əsas amillər kimi nəzərə alınmışdır. 2011-ci ilin yanvar-noyabr aylarında fondun büdcəsinin icrası üzrə nəticələr belə olmuşdur: büdcənin illik gəlirlərinin 88,4%-i, illik xərclərinin isə 86%-i icra olunmuşdurbu onu göstərir ki, ilin sonuna cari ilin büdcəsinin icrası tam təmin olunacaqdır. İl ərzində Azərbaycan Respublikası Prezidentinin əmək pensiyalarının artırılmasını nəzərdə tutan üç qərarı Dövlət Sosial Müdafiə Fondu tərəfindən uğurla icra olunmuşdur. 2011-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 5,7 faizlik artım tətbiq olunmuş, iyulun 1-dən əvvəlki sistemlə təyin olunmuş pensiyaların yenidən hesablanması nəticəsində 900 min nəfərə yaxın şəxsin pensiyası orta hesabla 40 faiz artırılmış, müvafiq şəxslərin pensiyalarına elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsinə görə 120 manat məbləğində əlavələr hesablanmışdır.

 Növbəti ildə sığorta-pensiya sistemində gözlənilən və büdcənin tərtibi zamanı nəzərə alınmış əsas dəyişikliklər 2012-ci ilin yanvarın 1-dən qadınların pensiya yaşının 58,5, kişilərinkinin isə 63 yaş müəyyənləşdirilməsi, eləcə də cari ilin iyulun 1-dən qüvvəyə minmiş 900 min nəfərə qədər əmək pensiyaçısının pensiyalarının yenidən hesablanaraq artırılması prinsipinin bütün ili, yəni, 12 ayı əhatə etməsidir.

 Pensiyaçıların sayının proqnozlaşdırılması zamanı 2011-ci ildə 1949-cu ildə doğulmuş 43,1 min nəfər kişinin 41,3%-nin və 1953-cü ildə (1 iyula qədər) doğulmuş 24,7 min nəfər qadının 11,1%-nin yaşa görə pensiya sisteminə daxil olacağı, bu zaman həmin illərdə doğulmuş kişi və qadınlardan müxtəlif səbəblər, yəni, dünyasını dəyişmə, ölkədən köçüb getmə, güzəştli pensiya hüququndan istifadə etmə, əlil olma nəticəsində müəyyən şəxslərin sistemdən kənarda qalacağı nəzərə alınmışdır. Bütün bu amillər hesaba alınmaqla il ərzində sistemə yaşa görə 23,3 min nəfərin, əlilliyə görə 13,6 min nəfərin, ailə başçısının itirilməsinə görə isə 6,2 min nəfərin, ümumilikdə 43,1 min nəfərin daxil olacağı, müxtəlif səbəblərdən isə sistemi 45,1 min nəfərin tərk edəcəyi proqnozlaşdırılır.

Qeyd etdiyimiz parametrlər nəzərə alınmaqla DSMF-in növbəti ilə pensiya xərcləri 2322,5 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 13,4% və ya 275,1 milyon manat çoxdur.

Pensiya xərclərinin 56%-i və ya 1261 mln. manatı əmək pensiyalarının baza hissəsinin, 44%-i və ya 1020 mln. manatı isə sığorta hissəsinin payına düşür ki, bu da 2011-ci ilə nisbətən sığorta hissəsinin xüsusi çəkisinin 8,3% artması deməkdir. Başqa sözlə, ölkənin sığorta-pensiya sistemində getdikcə sığorta prinsiplərinin gücləndirilməsi davam etdiriləcəkdir. Növbəti ildə pensiyaların sığorta hissəsinin artımına cəmi 290 mln. manat vəsait yönəldiləcəkdir ki, bunun da 200 mln. manatı 2010-cu ilin 1 yanvarına qədər pensiyaya çıxmış şəxslərin pensiyalarının yenidən hesablanması nəticəsində onların pensiyalarının sığorta hissəsinin yaranması və artırılmasına, 22 mln. manatı sistemə 2011-ci ildə daxil olacaq pensiyaçıların pensiyalarının sığorta hissəsinin sistemdən çıxan pensiyaçılarınkından yüksək olan hissəsinin maliyyələşdirilməsinə, 68 mln. manatı isə əmək pensiyalarının sığorta hissəsinin 2011-ci ilin istehlak qiymətlərinin gözlənilən artımına uyğun indeksləşdirilməsinə yönəldiləcəkdir. Göründüyü kimi, sonuncu islahat tədbirləri indeksləşdirmənin bütün pensiyaçılara şamil olunması imkanını ortaya qoymuşdur, çünki artıq bütün pensiyaçıların pensiyalarının sığorta hissəsi mövcuddur.

Fondun büdcəsinin xərcləri içərisində ikinci böyük xüsusi çəkiyə malik olanı, sosial sığorta haqları hesabına maliyyələşdirilən müavinət xərcləridir. Bu müavinətlərə 2012-ci il ərzində 71 mln. manatya cari ilə nisbətən 10,3% yaxud 6,6 mln. manat çox vəsait yönəldiləcəkdir. Müavinətlər üzrə xərclərin artımı qazancın məbləğindən asılı olaraq təyin olunan müavinətlər, yəni, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə müavinətlər üzrə əməkhaqqının artımı ilə, digər müavinətlər, yəni, uşağın anadan olmasına görə birdəfəlik verilən, uşaq 3 yaşına çatanadək ona qulluqla bağlı müavinət və dəfn müavinəti üzrə isə bu müavinətləri alanların sayının artması ilə bağlıdır.

Fondun büdcə xərclərinin üçüncü elementi əhaliyə ödənişlə bağlı olmayan digər xərclərdir ki, bunlar da bütün xərclərin 2,46 %-ni təşkil edir. 2012-ci ildə digər xərclər 60,6 mln. manat məbləğində nəzərdə tutulur ki, bu da 2011-ci ilə nisbətən 13,1 faizya 7,0 mln. manat çoxdur.

Növbəti ildə pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 18,8 mln. manatya cari ilin büdcəsinə nisbətən 2,3 mln. manat çox proqnozlaşdırılır. Bu, əhaliyə ödəniləcək vəsaitlərin həcminin 282 mln. manat artması ilə bağlıdır.

Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə xərclər 15,7 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2011-ci ilə nisbətən 13,6 faiz çoxdur. Artım əsasən sanatoriya-kurort müalicəsi və istirahət üçün alınacaq yollayışların (putyovkaların), eləcə də sağlamlıq düşərgələrində dincələcək sığortaolunanların uşaqlarının sayının çoxalması ilə bağlıdır.

Dövlət Sosial Müdafiə fondunun aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinin proqnozu 2012-ci il üçün 21,6 mln. manat məbləğində nəzərdə tutulur ki, bu da 2011-ci ilə nisbətən 2,9 faiz çoxdur. Qeyd olunan xərclər fondun bütün xərclərinin 0,87 faizini təşkil edir ki, bu da sığorta-pensiya sistemləri üçün ən aşağı göstəricilərdən biridir. Müqayisə üçün bildirmək istərdim ki, bu göstərici Litvada 5,7%, Moldovada 2,07%, Rusiyada 1,9%, Qazaxıstanda 1,9%, Ukraynada 1%-dir.

Fondun yuxarıda qeyd olunan xərcləri çərçivəsində "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nın növbəti ilə nəzərdə tutulan sığorta-pensiya sisteminin fəaliyyətinin aktuar modellər əsasında təkmilləşdirilməsi; avtomatlaşdırılmış pensiya təyinatı sisteminə keçidlə bağlı hazırlıq tədbirlərinin davam etdirilməsi; sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi üzrə hazırlıq tədbirlərinin davam etdirilməsi; qeyri-dövlət pensiya institutlarının yaradılması və fəaliyyətinin təşkili sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, bu fəaliyyəti tənzimləyən normativ hüquqi bazanın hazırlanması tədbirləri də nəzərə alınmışdır.

- Sadalanan xərclərə uyğun 2012-ci ildə fondun gəlirlərinin səviyyəsi necə olacaqdır? Fond bu istiqamətdə hansı tədbirlərin həyata keçirilməsini planlaşdırır? Həmçinin bu sırada sosial sığorta normativlərinin həcmi ilə bağlı fikirlərinizi də bilmək istərdik.

- Təbiidir ki, yuxarıda qeyd etdiyimiz bütün xərclərin dəqiq maliyyələşdirmə mənbələri olmalıdır, yəni, fondun büdcəsi tarazlaşdırılmış xarakter daşımalı, onun gəlirləri də ən azından xərcləri qədər olmalıdır.

2012-ci ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirlərinin 2 mənbədən formalaşacağı proqnozlaşdırılır: Bunlardan birincisi, fondun özünəməxsus gəlirləri, yəni, toplanacaq məcburi dövlət sosial sığorta haqları və sair gəlirlər, ikincisi isə dövlət büdcəsinin transfertləridir. Növbəti ildə məcburi dövlət sosial sığorta haqlarının 1407,5 mln. manatya bütün gəlirlərin 57,34%-i qədər, sair gəlirlərin 2,5 mln. manat, yaxud gəlirlərin 0,1%-i qədər, büdcə transfertinin isə 1044,3 mln. manatya gəlirlərin 42,5%-i qədər olacağı nəzərdə tutulur. Ümumilikdə büdcə gəlirlərinin həcmi 2454,3 mln. manatya cari ilə nisbətən 288,8 mln. manatya 13,3%-dən yuxarı proqnozlaşdırılır.

Aydındır ki, fond özünəməxsus gəlirlərin sürətlə artırılması istiqamətində tədbirlərin gerçəkləşdirilməsini intensivləşdirir və məhz bunun hesabına növbəti ildə sosial sığorta haqlarının cari ilə nisbətən 130,5 mln. manatya 10,2 % çox daxil olacağı nəzərdə tutulur. Təkcə son 5 il ərzində, yəni, 2006-2011-ci illərdə sosial sığorta haqları 3 dəfə artmışdır. Bu artım sosial sığorta dərəcəsinin sabit qaldığı bir şəraitdə əsasən əməkhaqqının artımı və sığortaolunanların qeydiyyatının gücləndirilməsi hesabına təmin olunmuşdur. Hazırda fond sığortaedənlərin və sığortaolunanların qeydiyyatını təmin edən orqanlar - Vergilər Nazirliyi və Dövlət Əmək Müfəttişliyi Xidməti ilə bu istiqamətdə birgə həyata keçirir. Sualınızın sonuncu hissəsinə diqqəti yönəltmək istəyirəm. Son vaxtlar sosial sığorta haqqı dərəcələrinin yüksək olması barədə fikirlər səslənir. Apardığımız tədqiqatlar göstərir ki, MDB və Baltikyanı ölkələr içərisində sosial sığorta dərəcəsinin ümumi tarifinə görə Azərbaycan 25%-lə Qazaxıstandan (21 %) sonra ən aşağı dərəcə tətbiq edən ölkədir. Həm də bir nüansı qeyd etmək lazımdır ki, bu dərəcənin aşağı salınması ilə insanların fərdi hesablarında toplanan vəsait də azalacaq, bu isə fərdi uçotun tətbiqi şəraitində onların gələcək pensiya təminatına mənfi təsir göstərəcəkdir, halbuki belə aşağı salma sığortaolunanlar qarşısında gələcək öhdəlikləri azaltdığından belə addımın atılması kifayət qədər maliyyə resursu olan hökumət üçün elə də çətinlik yaratmazdı. Belə bir şəraitdə, fikrimcə, ən düzgün addım sosial sığortanın ümumi dərəcəsini saxlamaqla onun tərkibində sığortaolunanların, yəni, fiziki şəxslərin payının artırılması olardı. Lakin əməkhaqlarının artırılmasının hələ prioritet kimi qaldığı şəraitdə bu ideyanın gerçəkləşdirilməsinin də yəqin ki, müəyyən bir zaman kəsiyindən sonra baş verməsi daha məqsədəuyğundur. Məhz bunları, inflyasiya riskinin mövcudluğu şəraitində ümumiyyətlə, vergi dərəcələrinin aşağı salınmasının qəbuledilməzliyini, həm də son dövrlər inkişaf etmiş ölkələrdə əks prosesin, yəni, sığorta dərəcələrinin qaldırıldığını nəzərə alaraq hazırda bu məsələnin gündəliyə çıxarılmasını məqsədəuyğun saymırıq. Müqayisə üçün bildirim ki, son 20 ildə sosial sığorta dərəcələri Avstriyada 1,25%, Böyük Britaniyada 2%, Almaniyada 4,2%, İtaliyada 8,2%, Kanadada 4%, ABŞ-da 1,6%, Yaponiyada 1%, Rusiyada 8% və s. qaldırılmışdır. Təbiidir ki, məcburi dövlət sosial sığorta haqlarının artımının əsas mənbələri kimi mövcud işçi qüvvəsinin və ödənilən əməkhaqlarının leqallaşdırılması çıxış edir, çünki hazırda yuxarıda qeyd etdiyim səbəblərdən sığorta dərəcəsinin artırılması gündəlikdə durmur, halbuki mövcud praktikayafondda qeydiyyatda olan sığorta ödəyicilərinin faktiki sayına görə (1370 min nəfər muzdla işləyən və 600 min nəfərə yaxın sərbəst məşğul olan) büdcə transferti nəzərə alınmadan bugünkü pensiyaları maliyyələşdirmək üçün sosial sığorta dərəcəsi 35% olmalı idi.

Əlbəttə, əməkhaqlarının leqallaşdırılması üçün bəzən sığorta dərəcələrinin aşağı salınmasının vacibliyi haqqında tezislər irəli sürülür və artıq bunu praktikada 2005-ci ilin yanvarın 1-dən sosial sığorta dərəcələrini işəgötürənlər üçün 27%-dən 22%-ə endirməklə yoxladıq, lakin kəskin nəticənin əldə olunduğunu söyləmək çətindir. Bu dövrdə, yəni, 2003-2011-ci illərdəki sığortaolunanların say artımı başlıca olaraq yeni yaradılmış yerlərinin hesabına gerçəkləşmişdir. Bütün bunlar onu göstərir ki, hazırda əməkhaqlarının və işçi qüvvəsinin leqallaşdırılması istiqamətində cənab Prezidentin Nazirlər Kabinetinin iclasında verdiyi tapşırığın icrası üçün bütün müvafiq orqanlar koordinasiya edilmiş fəaliyyətlərini gücləndirməlidirlər.

Bu istiqamətdə həyata keçiriləcək tədbirlərin nəticəsi nəzərə alınaraq məhz növbəti ildə fondun qeyri-büdcə sektorundan əldə edəcəyi məcburi dövlət sosial sığorta haqlarının məbləğinin 9,1 % və ya 64,5 mln. manat artaraq 770 mln. manat olacağı proqnozlaşdırılır. Qeyd etmək istərdim ki, 2006-2012-ci illər üzrə bu göstəricinin artımı 2,8 dəfə təşkil etmiş və vəsaitlərin həcmi 276,8 mln. manatdan 770 mln. manata qədər qalxmışdır.

- Qeyd etdiniz ki, fondun gəlirlərinin müəyyən hissəsi dövlət büdcəsindən transfertlər hesabına formalaşır. Bəzən bu DSMF-in dövlət büdcəsindən asılılığı kimi də qələmə verilir. Bu fikrə münasibətiniz necədir?

- Bu sualı cavablandırmaq üçün sığorta-pensiya sistemləri barədə bir qədər məlumatlı olmaq kifayətdir. Aydın məsələdir ki, bu sistemlər sosial sığorta prinsipləri ilə fəaliyyət göstərir və pensiya şəklində vəsaitlərin ödənilməsi, adətən, fərdi hesablara toplanan pensiya kapitalları əsasında aparılır. Əgər məsələyə bu prizmadan yanaşsaq, ölkəmizdə 2006-cı ildən fəaliyyət göstərən sığorta-pensiya sisteminin iştirakçıları yalnız ödəyicilərdən ibarət olmalı, əvvəlki sistemlə pensiyaya çıxanları və hazırda pensiya təyini üçün müraciət edənlərin bu dövrə aid stajlarını əhatə etməməlidir. Məsələn, Qazaxıstanda olduğu kimi. Bu ölkədə yeni sistemin hazırkı iştirakçıları həmin sistemə sosial sığorta haqqı ödəyənlərdən ibarətdir. Yaxud başqa bir misal: Türkiyə və ya Səudiyyə Ərəbistanı kimi ölkələrin sosial sığorta tarixlərinə fikir versəniz, aydın görərsiniz ki, onların da pensiya sistemi ilk onilliklər ərzində haqq ödəyənlərdən ibarət olub, bu şəxslər müəyyən zaman keçdikdən sonra pensiyaçıya çevriliblər və hesablarında topladıqları vəsaitə görə pensiya almağa başlayıblar. Həmin vaxta qədər isə pensiya qurumları sərbəst vəsaitə malik olublar və kütləvi pensiya ödənişlərini deyil, bu vəsaitlərin maliyyə bazarında yerəşdirilməsini həyata keçiriblər.

Azərbaycanın cəmi 6 yaşı olan yeni sığorta-pensiya sisteminə diqqət yetirdikdə isə, ilk növbədə, 1 milyon 300 min pensiyaçının sosial müdafiəsi başa düşülürbu, beynəlxalq ekspertlər tərəfindən də çox yüksək qiymətləndirilir. Çünki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulması ilə yanaşı, ilk növbədə, keçmiş sovet dönəmindən qalmış pensiya sisteminin bazar iqtisadiyyatı ilə uyğunsuzluğunun yaratdığı çoxsaylı problemlərin də aradan qaldırılmasını hədəfləyib. Ölkəmizdə həyata keçirilən pensiya islahatları əvvəlki sistemlə əhatə olunmuş insanların davamlı sosial müdafiə tədbirləri vasitəsilə yeni şəraitə mərhələlərlə tam inteqrasiyasını təmin etməlidir. Hələ yeni sistemin tətbiqinin ilk günündən etibarən əvvəlki pensiya sistemi ilə əhatə olunmuş şəxslərin pensiya təminatı yeni normalara uyğunlaşdırılmış və onların yeni sistemin iştirakçısına çevrilməsi, o cümlədən pensiyalarının baza və sığorta hissəsi ilə təminatı, artım və indeksləşdirilməsinin yeni qaydaları ilə əhatə olunmaları reallaşdırılmışdır. Digər tərəfdən, həm əvvəllər pensiyaya çıxmış şəxslərin, həm də hazırkı yeni sistemdə pensiya təyinatı üçün müraciət edən şəxslərin əvvəlki sistemin tətbiqi dövründəki fəaliyyətləri sosial sığortalanma aparılmadığı halda, "sosial sığortaya tabe tutulmuş" və ölkə üzrə ən yüksək orta aylıq əməkhaqqı nisbəti ilə bütün əmək fəaliyyəti dövrlərinə görə əvəzsiz sığorta kapitalı müəyyyənləşdirilməklə pensiyalar yenidən hesablanmışdır.

Bu nailiyyətlərə paralel olaraq, hazırda dövlətimiz, sosial sığorta münasibətlərində tam iştirakı olmayan hazırkı pensiyaçıların orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqının 40%-dən yuxarı qaldırılması, müxtəlif güzəştli kateqoriyaların pensiyalarına əlavələrin verilməsi, güzəştli şərtlərlə pensiya hüququ və digər sosial öhdəliklərdən də çıxış edir. Eləcə də bir sıra sahələrdə, o cümlədən sistemdə tədricən xüsusi çəkisi artmaqda olan kənd təsərrüfatı ilə məşğul əhali üzrə sosial sığorta normativinin həddən artıq aşağı olması, bu sıradan olan şəxslərin sistemə ödədikləri aylıq sosial sığorta haqlarından təqribən 15 dəfə çox aylıq pensiya almaları və digər bu kimi güzəştlər də diqqətdən yayınmamalıdır.

Göründüyü kimi, büdcədən ayrılan transfert bütünlüklə hökumətin pensiya sistemi qarşısındakı öhdəliklərinin, yəni, sığorta ödəmələri olmadan müəyyənləşdirilən ödəmələrin maliyyələşdirilməsinə istifadə olunur. Və aydın məsələdir ki, dövlətin əlavə sosial məqsədləri artdıqca transfertin həcmi də buna paralel olaraq yüksəlməlidir. Bircə məlumatı diqqətinizə çatdırmaq istərdim: 2006-2011-ci illər ərzində yaşa görə pensiyanın orta aylıq məbləği 4,63 dəfə artaraq 36 manatdan 167 manata çatmışdır və bu, bütün pensiyaçılara, o cümlədən əvvəlki pensiya sistemi ilə əhatə olunmuş şəxslərə də aiddir.

Təbiidir ki, pensiya sisteminin uzunmüddətli inkişaf konsepsiyasının hazırlanması və orada bütün komponentlərin, o cümlədən gələcək ipoteka kreditlərinin əsas mənbəyi rolunu oynayacaq yığım komponentinin nəzərə alınması möhtərəm  Prezidentin təsdiq etdiyi müvafiq proqramda öz əksini tapmışdır. Hazırda Dövlət Sosial Müdafiə Fondu tərəfindən Dünya Bankı və ABŞ-ın Ticarət və İnkişaf Agentliyi ilə birlikdə sığorta-pensiya sisteminin aktuar təhlillər əsasında 2025-ci ilə və 2040-cı ilə qədər inkişaf modellərinin hazırlanması layihələri icra edilməkdədir.

- Əmək pensiyalarının ödənilməsi məqsədilə istismara verilən bankomatların sayının artırılması barədə də fikirlər səsləndirilir. Bu sahədə müzakirələrə bir sıra hallarda bankomatlar qarşısında növbələrin yaranması yol açır. Problemin kökü nədədir və onun həllini necə görürsünüz?

- Sizə məlumdur ki, ölkəmizdə 2004-cü ildən etibarən pensiyaların plastik kartlarla ödənilməsi sferası uğurla inkişaf etdirilir. Hazırda kəndlərdə pensiyaçıların 98,9 faizi, şəhərlərdə isə 100 faizi pensiyalarını plastik kartlarla alır. Təkcə bu il fondun sifarişi ilə əlavə olaraq 13 bankomat quraşdırılıb və pensiyaçılara xidmət göstərən bankomatların sayı 510-a çatdırılıb. Əslində, bilavasitə pensiyaçılara xidmət üçün bu sayda bankomatın mövcudluğu nəzərdə tutduğumuz normanı üstələyir. Məsələ bundadır ki, 2006-cı ildən etibarən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda, dövlət müəssisələrində və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərdə əməkhaqlarının ödəniş kartları vasitəsilə ödənilməsinə keçilmiş, bu sistem sosial yardım və müavinətlərin ödənilməsində, eləcə də müxtəlif özəl qurumlarda da müvəffəqiyyətlə tətbiq olunmuşdur. Hazırda ölkədə plastik kart sahiblərinin sayı 4,5 milyon nəfərə çatmışdır və bu sistemdə 1 milyon 5 min nəfər pensiyaçıya xidməti ayrıca təsəvvür etmək mümkün deyil. Yəni, mövcud bankomatlardan bütün plastik kart sahibləri istifadə edir, bu isə növbələrlə müşayiət olunur. Çünki həmin şəxslər tərəfindən plastik kartlara nağdsız ödəniş vasitəsi kimi deyil, vəsaitin bankomatla nağdlaşdırılması aləti kimi yanaşılmasına daha çox üstünlük verilir. Açığı, bu halda nə qədər bankomat quraşdırılmalıdır sualını cavablandırmaq da çətindir. Fikrimcə, ölkədə nağdsız ödəniş sisteminin əsas elementi olan pos-terminallarla ödəmə tədricən inkişaf etdikcə bu problemtam həllini tapacaqdır.

 

  Azərbaycan.-2011.-20 dekabr.-S.4.