Misirin Qahirə Universitetində «Azərbaycan
Günü» keçirilmişdir
Dekabrın 18-də
Misirin Qahirə Universitetində Azərbaycan
Respublikasının dövlət
müstəqilliyinin bərpa
edilməsinin 20 illiyinə
həsr olunmuş
"Azərbaycan Günü"
keçirilmişdir.
Azərbaycan Respublikasının Misirdəki
səfirliyindən AzərTAc-a
bildirmişlər ki, tədbirdə Qahirə Universitetinin professor-müəllim
heyəti, tələbələr,
elm adamları, eləcə
də Misirdə təhsil alan
Afrika, Cənubi və Cənub-Şərqi
Asiya ölkələrindən
olan əcnəbi tələbələr iştirak
etmişlər.
Qahirə Universitetinin professoru Əli Moein çıxış edərək
Azərbaycan və Misir xalqları arasındakı dərin tarixi köklərə malik əlaqələrdən
danışmış, gənc
nəslin bu əlaqələr barədə
məlumatlandırılmasının vacibliyini qeyd etmiş, bu cür tədbirlərin əhəmiyyətini yüksək
qiymətləndirmişdir.
Səfir
Şahin Abdullayev çıxış edərək
Azərbaycan xalqının
tarixi, ədəbiyyatı,
Nizami Gəncəvi, İmadəddin Nəsimi və Məhəmməd Füzulinin həyat və yaradıcılığı,
xalqımızın xalçaçılıq
və xalq tətbiqi sənət inciləri barədə danışmışdır. Diplomat xalqımızın milli müstəqillik mücadiləsi,
ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan tarixindəki əvəzsiz
rolu, Prezident İlham Əliyevin rəhbərliyi altında
dövlətimizin dinamik
inkişafı və əldə etdiyi nailiyyətləri, eləcə
də Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi və
onun törətdiyi fəsadlar, münaqişənin
həlli ilə bağlı rəsmi Bakının ədalətli
mövqeyi, Heydər Əliyev Fondunun fəaliyyəti barədə
ətraflı məlumat
vermişdir.
Azərbaycanın beynəlxalq əlaqələrindən
bəhs edən səfir demişdir ki, müstəqilliyinin ilk
illərindən Azərbaycan
ərəb dünyası
ilə də sıx münasibətlər
formalaşdırmışdır və bu xüsusda
Misir ilə əlaqələr xüsusi
önəm kəsb etmişdir.
Qahirə
Universitetinin professoru Atef Əbdül Həmid Azərbaycanın
tarixən Şərq
və Qərb arasında, sivilizasiyalararası
münasibətlərdə və islam dünyasının
tarixində mühüm
rol oynadığını
bildirmiş, Azərbaycan
torpaqlarının Ermənistan
tərəfindən işğal
olunduğunu diqqətə
çatdırmışdır. O, Misir-Azərbaycan əlaqələrinin
daha da dərinləşməsinin
zəruriliyini vurğulamış
və demişdir ki, məxsus olduqları strateji mövqelərinə görə
Azərbaycan Mərkəzi
Asiya və Xəzər dənizi hövzəsinə çıxış
üçün Misirə,
Misir isə Afrika və Yaxın Şərq regionuna çıxış
üçün Azərbaycana
faydalı ola bilər.
Misirdə yaşayan Azərbaycan
icmasının nümayəndəsi,
elmi tədqiqatçı
Seymur Nəsirov ərəb tarixi mənbələri əsasında
apardığı elmi
araşdırmaların nəticələrini
təqdim etmiş, XV əsrdə Misirin baş həkimi olmuş və əslən Azərbaycandan
olan təbib Fəthullah İbn Nəfis və digərlərinin həyat
və yaradıcılığından
danışmışdır.
Tədbir
çərçivəsində Seymur Nəsirovun müəllifi olduğu və Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə ərəb dilində çapdan çıxmış
"Azərbaycan ərəb
və Misir tarixi mənbələrində"
adlı kitabının
təqdimatı keçirilmişdir.
"Mən Azərbaycan
haqqında nə bilirəm" inşa müsabiqəsinin qalibi olmuş misirli gənc xanım Məqda Bəhlul Azərbaycan ilə ilk tanışlığının inşa müsabiqəsinin
qalibi kimi bu ilin iyul
ayında ölkəmizə
səfəri ilə başladığını bildirmişdir. Tarixən müxtəlif
sivilizasiya və mədəniyyətlərin qovuşuğunda
yerləşən Azərbaycanın
ecazkar təbiəti, zəngin mədəniyyəti,
özünəməxsus arxitekturası
və insanlarının
qonaqpərvərliyi ilə
onu valeh etdiyini, İslam sivilizasiyasının zəngin
irsini bölüşən
bu ölkədə fərqli dinlərin və mədəniyyətlərin
sülh və qarşılıqlı hörmət
əsasında yaşadığını
nəzərə çatdırmışdır.
Tədbirdə
Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi və Xocalı faciəsi haqqında film
nümayiş olunmuş, iştirakçılara Azərbaycan
haqqında kitablar və digər çap materialları
paylanmışdır.
Azərbaycan.-2011.-20 dekabr.-S.7.