Azərbaycan nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatı
Mədəniyyət
Nazirlərinin
VII Konfransında iştirak
edir
Əlcəzair Xalq Demokratik Respublikasının Əlcəzair şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Mədəniyyət Nazirlərinin VII Konfransı keçirilir.
Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a bildirmişlər ki, dekabrın 18-də öz işinə başlamış ikigünlük konfransda Azərbaycanı nazir Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Tədbirdə İƏT-in üzv ölkələri tərəfindən İslam dünyası üzrə mədəniyyət strategiyasının yerinə yetirilməsi, o cümlədən 2009-cu il oktyabrın 13-14-də Bakıda keçirilmiş İslam Ölkələri Mədəniyyət Nazirlərinin VI Sessiyasının qərar və tövsiyələri əsasında reallaşdırılmış mədəniyyət və davamlı inkişaf proqramlarına dair hazırlanmış milli hesabatların dinlənilməsi nəzərdə tutulur.
Konfransın birinci gününün iclaslarına Azərbaycanın mədəniyyət və turizm naziri Ə.Qarayev sədrlik etmişdir. Prosedura uyğun olaraq sədrlik növbəti iki il üçün Əlcəzair tərəfinə təqdim olunmuşdur.
Ölkəmiz 2009-cu ildən İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Nazirlərinin Konfransına sədrlik edirdi. Azərbaycanın İslam dünyasındakı nüfuzu və fəaliyyəti nəzərə alınaraq ölkəmiz növbəti iki il üçün konfransın məruzəçisi seçilmişdir.
Azərbaycan
nümayəndə heyətinin təşəbbüsü ilə
konfransın yekun sənədinə Xocalıya ədalət,
Qarabağda dağıdılmış İslam irsi və Ermənistanın
işğalçılıq siyasəti ilə bağlı bəndlər
daxil edilmişdir. İclas çərçivəsində Ə.Qarayev Əlcəzair, Mərakeş, İran, İordaniya və
bir sıra digər ölkələrin
mədəniyyət nazirləri ilə ikitərəfli
görüşlər keçirmişdir.
Azərbaycan.-2011.-20 dekabr.-S.9.