Moskvanın Vnukovo-2 Beynəlxalq Aeroportunda qarşılanma
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün dekabrın 20-də Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir.
MDB-nin üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Vnukovo-2 Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentini Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
AzərTAc
Azərbaycan.-2011.-21 dekabr.-S.1.