Azərbaycan Prezidenti İlham Əliyev MDB-nin üzvü olan

 ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi

 iclasında iştirak etmişdir

 

 Dekabrın 20-də Rusiyanın paytaxtı Moskvada, Böyük Kreml sarayında MDB Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak etmişdir.

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və iclasın digər iştirakçılarını qarşıladı.

Prezident Dmitri Medvedev iclası açaraq görüşdə iştirak etdiklərinə görə Birliyin üzvü olan ölkələrin dövlət başçılarına təşəkkürünü bildirdi.

Sonra Birliyin sədri, Tacikistan Prezidenti Emoməli Rəhmon, Azərbaycan Prezidenti İlham Əliyev və MDB-nin üzvü olan digər ölkələrin dövlət başçıları çıxış etdilər.

İclasın yekunlarına dair Birgə Bəyanat qəbul olundu.

(Geniş hesabat qəzetin növbəti nömrəsində dərc ediləcəkdir).

Dekabrın 20-də Böyük Kreml sarayında MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası iştirakçılarının  şərəfinə ziyafət verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev ziyafətdə iştirak etmişdir.

 

 

AzərTAc

Azərbaycan.-2011.-21 dekabr.-S.1.