Səfər başa
çatdı
Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatmışdır.
Moskvanın
Vnukovo-2 Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentini
Rusiyanın yüksək vəzifəli dövlət və
hökumət nümayəndələri yola saldılar.
Azərbaycan Prezidenti İlham Əliyev həmin gün axşam Bakıya qayıtmışdır.
Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.
AzərTAc
Azərbaycan.-2011.-21 dekabr.-S.1.