Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə

 Fondunun 2012-ci il büdcəsi haqqında

 

 Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a  a l ı r:

 

Maddə 1. Büdcənin ümumi göstəriciləri

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsinin gəlirləri 2 454 300 000,0 manat, xərcləri 2 454 300 000,0 manat məbləğində təsdiq edilir.

 

Maddə 2. Gəlirlər

Müəyyən edilsin ki, 2012-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

 

  Gəlirlərin mənbələri Məbləğ (manatla)

 

1. Məcburi dövlət sosial sığorta haqları, cəmi

 o cümlədən: 1 407 500 000,0

 

1.1. büdcədən maliyyələşən təşkilatlar üzrə 506 657 910,0

 

1.2. büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə

69 089 680,0

 

1.3. dövlət büdcəsindən ayrılan subsidiya hesabına və

 büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri, ali təhsil müəssisələrində yeni maliyyələşmə 

mexanizminin tətbiqi üzrə daxilolmalar 61 752 410,0

 

1.4. digər sığortaedənlər  o cümlədən: 770 000 000,0

 

 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 31 900 000,0

 

2. Sair gəlirlər, cəmi o cümlədən: 2 500 000,  

sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmalar 1 500 000,0

 

3. Dövlət büdcəsindən ayırmalar (transfert) 1 044 300 000,0

 

 Maddə 3. Xərclər

 

Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

 

  Xərclərin istiqamətləri Məbləğ (manatla)

 

1. Əhaliyə ödənişlər, cəmi

o cümlədən:2 393 720 000,0

 

1.1. əmək pensiyalarının ödənilməsinə, cəmi

o cümlədən: 2 322 540 000,0

 

 

   əmək pensiyalarının baza hissəsinə 1 302 220 000,0

 

 əmək pensiyalarının sığorta hissəsinə 1 020 320 000,0

 

1.2.məcburi dövlət sosial sığorta haqları hesabına

 

 müavinətlərə, cəmi ondan: 71 180 000,0

 

əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 21 000 000,0

 

 hamiləliyə doğuşa görə 25 000 000,0

 uşağın anadan olmasına görə 4 000 000,0

 

 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 6 000 000,0

 

 dəfn üçün10 400 000,0

 işsizliyə görə 4 780 000, 0

 

2. Pensiya müavinətlərin əhaliyə çatdırılması,

 

 bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 18 850 000,0

 

3. Sığortaolunanların sanatoriya-kurort müalicəsi sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər, cəmi o cümlədən: 15 660 000,0

 

3.1. sanatoriya-kurort müalicəsi istirahət üçün yollayışların alınmasına 12 400 000,0

 

3.2. sığortaolunanların uşaqlarının sağlamlıq düşərgələrində istirahətinin təşkilinə 250 000,0

 

3.3. sanatoriya-profilaktoriyalara yemək xərcləri, tibb xidməti ştatların saxlanılmasın 120 000,0

 

3.4. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının idman cəmiyyətlərinə məxsus idman qurğularının qismən saxlanılmasına (işçilərin əməkhaqqının ödənilməsi) 1 890 000,0

3.5. Həmkarlar İttifaqlarının texniki əməyin hüquqi müfəttişliyinin, etimadlı həkimlərin,  sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların saxlanılmasın 1 000 000,0

 

4. Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının onun yerli orqanlarının saxlanılması xərclər  21 600 000      ,0

 

5. Beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi  xərcləri, cəmi o cümlədən: 40 000,0

 

5.1. Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük  haqqının ödənilməsi xərcləri 14 000,0

 

5.2. MDB dövlətlərinin Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri 26 000,0

 

6. “2009 — 2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin  inkişafına dair Dövlət Proqramıüzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı xərclər 1 430 000,0

 

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 dekabr tarixli  449s nömrəli Sərəncamı ilə təsdiq  olunmuş  Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında Maliyyələşdirmə Sazişi (“Sosial Müdafiənin İnkişafı Layihəsi”)” üzrə xərclərin  maliyyələşdirilməsi                 3 000 000,0

 

Maddə 4. Borcların ödənişi

Sığortaedənlərin keçmiş Dövlət Məşğulluq Əlillərin Sosial Müdafiə fondlarına ayırmalar üzrə qalan borcları Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına köçürülür.

Maddə 5. Qalıq vəsaitlərdən istifadə

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

Maddə 6. Büdcə təşkilatlarının sosial sığorta haqları üzrə daxilolmaların tənzimlənməsi

Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına tam məbləğdə daxil olmadıqda, nəzərdə tutulmuş faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği artırılır, artıq daxil olduqda isə nəzərdə tutulmuş faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği azaldılır.

Maddə 7. Qanunun qüvvəyə minməsi

 Bu Qanun 2012-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 dekabr 2011-ci il

Azərbaycan.-2011.-21 dekabr.-S.7.