«Azərbaycan Respublikası hökuməti
və Polşa Respublikası hökuməti
arasında diplomatik pasportlara
malik şəxslər üçün
viza tələbinin ləğv edilməsi
haqqında» sazişin təsdiq edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan
Respublikası hökuməti və Polşa Respublikası
hökuməti arasında diplomatik pasportlara malik şəxslər
üçün viza tələbinin ləğv edilməsi
haqqında" 2011-ci il iyulun 25-də Bakı şəhərində
imzalanmış saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
15 noyabr 2011-ci il
Azərbaycan.-2011.-21 dekabr.-S.7.