Akademik Arif Paşayev Ukrayna Mühəndislik
Akademiyasının
yüksək mükafatına –
«A.N.Podqornı adına qızıl medal»a
layiq görülmüşdür
Azərbaycan Mühəndislik Akademiyasının (AMA) prezidenti, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev Ukrayna Mühəndislik Akademiyasının idarə heyətinin qərarı ilə elmi, texniki və mühəndislik fəaliyyətindəki xüsusi xidmətlərinə görə "A.N.Podqornı adına qızıl medal"a layiq görülmüşdür.
AMA-dan
AzərTAc-a bildirmişlər ki, akademik Arif Paşayev başqa
bir qərarla Ukrayna Mühəndislik Akademiyasının fəxri
akademiki seçilmişdir.
Azərbaycan.-2011.-21 dekabr.-S.9.