Azərbaycan Respublikası Prezidentinin
fərdi
təqaüdlərinin verilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycanda
musiqi təhsilinin inkişafında xidmətləri olan
aşağıdakı şəxslərə Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:
Kərimova Rumiyya Həmid qızı
Tağızadə Aidə Zeynal qızı
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
20 dekabr 2011-ci il
Azərbaycan.-2011.-21 dekabr.-S.1.