«Modernləşmə siyasəti: yeni iqtisadisosial çağırışlar»

 mövzusunda beynəlxalq konfransın iştirakçılarına

 

 

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Bakı şəhərində "Modernləşmə siyasəti: yeni iqtisadisosial çağırışlar" mövzusunda təşkil edilmiş beynəlxalq konfransın iştirakçılarını səmimi qəlbdən salamlayıram.

XXI əsrin ilk onilliyi insan cəmiyyətinin öz inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu ortaya çıxarmış oldu. Hamılıqla etiraf olunmaqdadır ki, bəşəriyyətin üzləşdiyi qlobal problemler ənənəvi iqtisadisosial inkişaf modelinə yenidən baxmağı tələb edir. Gələcək nəsillərin inkişafrifah içində yaşaması bugünkü çağırışlara düzgün cavabların tapılmasından çox asılıdır. Bu səbəbdən dünyanın 30-dan artıq ölkəsindən gəlmiş nümayəndələrin iştirakı ilə sözügedən çağırışlar ətrafında fəal dialoqun təşkil edilməsini təqdirəlayiq hadisə sayıram.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20 illiyi bu yaxınlarda qeyd olundu. Dövrümüzün aktual problemlərinə çevrilən yeni iqtisadisosial çağırışlara dair fikir mübadiləsi aparmaq niyyəti ilə Bakıya toplaşan siyasətçilər, alimlər, ictimai xadimlər ölkəmizdə həyata keçirilən islahatlar və onların nəticələrini əyani olaraq görmək imkanına malikdir. Müasirləşmək, yeniləşmək siyasətimizin əsas mənasını, bizi inkişafa aparan yolun baş xəttini təşkil edir. Bu mənada Azərbaycanı "Modernləşmə siyasəti: yeni iqtisadisosial çağırışlar" mövzusunda müzakirələrin aparılması üçün uğurlu məkan hesab etmək olar. İnanıram ki, müxtəlif milli təcrübələr barəsində təqdimatlar müasir cəmiyyəti düşündürən problemlərin həllinə yönəlmiş səylərə əhəmiyyətli dəstək ola biləcək.

Konfrans iştirakçılarına faydalı müzakirələr, cansağlığı və xoş əhval-ruhiyyə arzulayıram.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2011-ci il

Azərbaycan.-2011.-22 dekabr.-S.1.