Pakistanın nüfuzlu ingilisdilli «Daily Times» qəzetində

Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə

 dair geniş məqalə dərc olunmuşdur

 

 Pakistanın nüfuzlu ingilisdilli "Daily Times" qəzetinin 23 dekabr tarixli nömrəsində tanınmış jurnalist, mətbu orqanın İslamabad ofisinin rəhbəri Dure Nəcəf Zaidinin Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə dair "İlham Əliyev: məqsədimiz qara qızılı insan qızılına çevirməkdir" sərlövhəli məqaləsi dərc edilmişdir.

Azərbaycanın Pakistandakı səfirliyindən bildirmişlər ki, məqalədə Prezident İlham Əliyevin dinamikpraqmatik dövlət rəhbəri olduğu, müasir siyasət və iqtisadiyyatı yaxından bildiyi vurğulanmışdır.

Jurnalist yazıda Azərbaycan Prezidentinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda təhsil aldığını, sonralar orada çalışdığını və bir neçə Avropa dillərində sərbəst danışdığını xüsusi qeyd etmişdir.

Dure N.Zaidi Prezident İlham Əliyevin siyasi karyerasına nəzər salaraq onun 1995-ci ildə Milli Məclisin deputatı seçildiyiniAvropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə başçılıq etdiyini vurğulamışdır.

"Daily Times" qəzetinin jurnalisti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışdığı zaman Prezident İlham Əliyevin rəhbərliyi altında Qərbin aparıcı neft kompaniyaları ilə aparılmış danışıqların uğurla nəticələndiyini və 1994-cü ildə Xəzərin neft ehtiyatlarının istismarına dair "Əsrin müqaviləsi"nin  imzalandığını qeyd etmiş, bu sənədin ölkənin intibah dövrünün başlanğıc nöqtəsi kimi qiymətləndirmişdir.

Yazıda dövlətimizin başçısının 2003-cü ildə keçirilən prezident seçkilərində seçicilərin 76 faizdən çox, 2008-ci ildə isə 88,73 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildiyi vurğulanmışdır.

Müəllif ölkəmizin qısa bir vaxtda əldə etdiyi iqtisadi uğurlardan, enerji strategiyasından, inşa olunmuş neftqaz kəmərlərindən, tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizindən ətraflı məlumat vermişdir. Bununla yanaşı, məqalədə Azərbaycanın Türkiyə, Gürcüstan, Moldova, Yaxın Şərq və Şərqi Avropada yatırımlarından geniş bəhs olunmuşdur. D.N.Zaidi neft gəlirlərinin Dövlət Neft Fondunda cəmləşdiyini və qeyri-neft sektorunun inkişafına yönəltdiyini bildirmiş, Prezident İlham Əliyevin informasiya texnologiyaları, kənd təsərrüfatı və turizmin inkişafına da böyük önəm verdiyini oxucuların diqqətinə çatdırmışdır. 

Yazıda ölkəmizdə mədəniyyətin inkişafı yolunda aparılan işlərdən məlumat verilmiş, muğamın təbliği və "Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanın parlaq qələbəsi xüsusi vurğulanmışdır.

Prezident İlham Əliyevin bir vaxt Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidenti vəzifəsini də tutduğunu bildirən pakistanlı jurnalist Pekin OlimpiyaParalimpiya Oyunlarında əldə edilmiş nəticələrdən, bu il ölkəmizdə keçiriləcək U-17 qadınlar arasında futbol üzrə dünya çempionatından məlumat vermişdir.

Dövlət başçısının Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışından sitat gətirən Dure N.Zaidi Azərbaycan Prezidentinin sosial proqramlara göstərdiyi diqqətdən, pensiya islahatlarından, yeni yerlərindən yazmış, ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan söz açaraq, yüzlərlə istedadlı tələbənin hökumətin hesabına Avropa və ABŞ-ın ən qabaqcıl universitetlərində təhsil aldığını vurğulamışdır.

"Daily Times"ın jurnalisti Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda gördüyü genişmiqyaslı işlərdən yazaraq Azərbaycan ordusunun Cənubi Qafqazda ən qüdrətli ordulardan biri olduğunu bildirmiş, lakin dövlət başçısının humanist prinsiplərini rəhbər tutaraq bu məsələni sülh yolu ilə həll etmək əzmində olduğunu vurğulamışdır.

Məqalədə cari ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkə Prezidentinin apardığı uğurlu xarici siyasətin nəticəsi kimi qiymətləndirilmişdir.

Jurnalist Prezident İlham Əliyevin islam dəyərlərinin inkişafı yolunda apardığı işlərdən yazaraq yüzlərlə inşa edilmiş məscidlərin, bərpa olunmuş ziyarətgahların buna əyani sübut olduğunu vurğulamışdır. "British Populis" şirkətinin apardığı sorğunun nəticələrini oxucuların diqqətinə çatdıran müəllif qeyd etmişdir ki, bu araşdırmaya görə respondentlərin 95 faizi Prezidentə inanır, 96 faizi isə onun fəaliyyətindən razıdır.

"Daily Times"ın jurnalisti Pakistan-Azərbaycan münasibətlərinə də toxunaraq hər iki ölkənin müvafiq olaraq Kəşmir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələlərində verdiyi qarşılıqlı dəstəkdən, habelə beynəlxalq arenada əməkdaşlıqdan yazmışdır.

Məqalədə Pakistanın çətin günlərində Azərbaycanın daim onun yanında olduğunu, 2005-ci, 2010-cu və 2011-ci illərdə təbii fəlakətlər zamanı Prezident İlham Əliyevin etdiyi humanitar yardımlardan məlumat verilmişdir.

Heydər Əliyev Fondunun fəaliyyətindən də məlumat verən jurnalist fondun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkənin tərəqqisi naminə ideyalarını həyata keçirmək məqsədi ilə yaradıldığını qeyd etmişdir. Pakistanlı jurnalist Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Kəşmirdə zəlzələ vaxtı dağılmış təhsil ocağının yerində yeni qızlar  məktəbinin inşasının Pakistan xalqı tərəfindən rəğbətlə qarşılandığını vurğulamışdır. 

Məqalənin tam mətnini http://www.dailytimes.com.

pk/default.asp?page=2011\

12\story_23-12-2011_

pg7_5 linkindən oxumaq olar.

 

 AzərTAc

Azərbaycan.-2011.-24 dekabr.-S.-14.