Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin
strukturunun və ştat vahidlərinin
yenidən təsdiq edilməsi
barədə Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar
¹17/54
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 oktyabr tarixli 1803 nömrəli sərəncamı ilə "Azərbaycan Respublikasında Dövlət Avtomatlaşdırılmış "Seçkilər" İnformasiya Sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 3 sentyabr tarixli 528 nömrəli sərəncamında İnformasiya Mərkəzinin Mərkəzi Seçki Komissiyası Katibliyinin tərkibinə daxil edilməsi məqsədilə müvafiq dəyişiklik edilmiş, sərəncamın icrası Mərkəzi Seçki Komissiyasına tövsiyə edilmişdir.
Bununla əlaqədar, habelə Mərkəzi Seçki Komissiyasının qanunvericiliklə müəyyən edilmiş fəaliyyətinin səmərəliliyinin daha da artırılması məqsədilə Mərkəzi Seçki Komissiyası Katibliyinin mövcud strukturunun və ştat vahidlərinin yenidən müəyyən edilərək təsdiq edilməsi zərurəti də yaranmışdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, və 28.5-ci maddələrini və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 oktyabr tarixli 1803 nömrəli Sərəncamının 1-ci və 2-ci hissələrini rəhbər tutaraq qərara alır:
1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin strukturu 118 ştat vahidi olmaqla yenidən təsdiq edilsin (cədvəl əlavə edilir).
2. Qərarın icrası 1 yanvar 2012-ci ilədək həyata keçirilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
23.12.2011-ci il
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyası Katibliyinin strukturu
Ştat
vahidlərinin sayı - 118
Katibliyin
rəhbərliyi - 3
Şöbə müdiri - 10
Sektor müdiri
- 5
Baş məsləhətçi - 26
Böyük məsləhətçi - 18
Aparıcı məsləhətçi - 4
Məsləhətçi - 17
Baş mütəxəssis - 24
(o cümlədən sürücü -
12)
Böyük mütəxəssis - 2
Xadimə - 9
Struktur bölməsinin adı
MSK katibliyinin müdiri
MSK katibliyi rəhbərinin müavini
MSK katibliyi müdirinin köməkçisi
Təşkilat şöbəsi
Hüquq
şöbəsi
Beynəlxalq əlaqələr şöbəsi
Treyninq sektoru
İnformasiya mərkəzi (şöbə
hüququnda)
İnformasiya sistemlərinin avtomatlaşdırılması
sektoru
Texniki və sistem təminatı sektoru
İnformasiya şəbəkəsinə nəzarət və koordinasiya sektoru
Ümumi
şöbə
Sənədlərlə iş sektoru
Monitorinq
şöbəsi
Media və ictimai əlaqələr şöbəsi
Redaksiya
və nəşr şöbəsi
Maliyyə şöbəsi
Təsərrüfat şöbəsi
Azərbaycan.-2011.-24 dekabr.-S.10.