Elmar MƏMMƏDYAROV:
«Fransanın Milli
Assambleyasının qərarı bizim üçün qəbulolunmazdır»
Fransanın Milli Assambleyasının qərarı bizim üçün qəbulolunmazdır. Əgər onlar yüz il bundan əvvəl olmuş hadisəyə münasibət bildirirlərsə, onda Xocalı soyqırımına, bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün düşməsinə də münasibət bildirsinlər.
AzərTAc xəbər verir ki, bu sözləri dekabrın 23-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransa parlamentinin qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsinə münasibət bildirərkən demişdir.
Nazir vurğulamışdır ki, bu qərar problem yaratmaqdan başqa bir şeyə xidmət etmir. ATƏT-in Minsk qrupunun Fransadan olan sabiq həmsədri Bernar Fasye regiona son səfəri zamanı Azərbaycan torpaqlarının işğalı faktını etiraf etmişdir. Bu həqiqəti hamı dərk və etiraf etməlidir.
E.Məmmədyarov
demişdir ki, Fransanın Milli Assambleyasında bu qərarı
azlıq, deputatların təxminən 10 faizi qəbul
etmişdir.
Azərbaycan.-2011.-24 dekabr.-S.8.