Dunya MİYATOVİÇ: «Fransa
parlamentinin qəbul etdiyi qanun
söz və fakir
azadlığına dair beynəlxalq standartlarla
ziddiyyət təşkil edir»
ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Fransa parlamentinin aşağı palatasının qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun qəbul etməsindən narahatlıq ifadə edib.
APA-nın məlumatına görə, Dunya Miyatoviç bildirib ki, bu qanun dəyişikliklərinin qəbulu söz və fikir azadlığına dair beynəlxalq standartları ilə ziddiyyət təşkil edir.
"Bundan başqa bu addım beynəlxalq səviyyədə ictimai debatların kriminallaşmasına dair presedent yarada bilər. Debatların kriminallaşması - istər tarixi hadisələr, istər hansısa millətin faciəli anları ilə bağlı yalan ittihamlar olsun - ATƏT üzvü ölkələrdə insanlar, cəmiyyətlər və hakimiyyətlər arasında qarşılıqlı anlaşmaya müsbət təsir göstərmir".
Dunya
Miyatoviç bildirib ki, Fransada bu qanunun qəbulu digər
ölkələri də analoji addımlar atmağa vadar edə
bilər və dövlətlər ATƏT qarşısında
götürdükləri öhdəlikləri pozmaqla tarixlə
bağlı bəyanatlara görə cinayət məsuliyyəti
tətbiq edə bilərlər.
Azərbaycan.-2011.-24 dekabr.-S.8.