Abdullah GÜL:
Fransa ATƏT-in
Minsk qrupunda vasitəçiliyini
dayandırmalıdır
Fransa qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul etdikdən sonra ATƏT-in Minsk qrupunda öz vasitəçiliyini dayandırmalıdır, çünki ölkə öz neytrallığını itirib. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Abdullah Gül bəyan edib. Məlumatı TRT Haber telekanalı yayıb.
Gülün
sözlərinə görə, "erməni
soyqırımı" haqqında qanunun qəbulu Qafqazda
sabitliyin bərqərar olması işinə ziyan vurur, o
cümlədən Azərbaycanla Ermənistan arasında onsuz
da gərgin olan vəziyyəti pisləşdirir.
Azərbaycan.-2011.-24 dekabr.-S.8.