Rəcəb Tayyib
ƏRDOĞAN:
Fransa söz və
ifadə azadlığını ayaqlar altına atdı
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Viktor Yanukoviç ilə Ankarada keçirdiyi mətbuat konfransında qondarma "erməni soyqırımı"nı tanımayanların cəzalandırılması haqqında qanun layihəsinin Fransa parlamentində qəbul olunmasına münasibət bildirmişdir.
R.T.Ərdoğan demişdir ki, qondarma "erməni soyqırımı"nı tanımayanların cəzalandırılması qərarından sonra əlaqələri yenidən gözdən keçirəcəyik və bunu mərhələlərlə aparacağıq. İlk olaraq, məsləhətləşmələr üçün Parisdəki səfirimizi geri çağırdıq. İkili səviyyələrdə siyasi, hərbi və iqtisadi sahələrdəki bütün tədbirləri ləğv edirik. Avropa İttifaqı çərçivəsindəki layihələrdə də Fransa ilə əməkdaşlığa getməyəcəyik. Hər cür siyasi məsləhətləşmələr dayandırılır, hərbi təlimlər ləğv olunur, hərbi təyyarələr üçün uçuş işarəsi, gəmilər üçün dənizlərə giriş də sərtləşdirilir. Gələn il keçirilməsi nəzərdə tutulan iqtisadi əməkdaşlıq konfransı da keçirilməyəcəkdir. Bu, ilk mərhələdir və gələcəkdə Fransanın hərəkətlərinə uyğun olaraq yeni addımlar da atılacaqdır.
Türkiyə
hökumətinin başçısı
vurğulamışdır ki, bu qərarla söz və ifadə
azadlığını, Fransa inqilabının prinsiplərini
ayaqlar altına atmış Fransa parlamentinin Volter və
Montöskyenin ideyalarından danışmağa haqqı
yoxdur. Türkiyə bu qərarı
kəskin şəkildə pisləyir və rəsmi Parisin irqçilik siyasətini
bütün dünyaya
yayacaqdır. Fransa parlamentində 575 millət
vəkilinin onda birinin
də olmadığı şəraitdə belə qərarın
qəbul olunması da ciddi
deyildir.
Azərbaycan.-2011.-24 dekabr.-S.8.