Azərbaycan Xarici
İşlər Nazirliyinin bəyanatı
Azərbaycan Respublikası Fransanın Milli Assambleyasında "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" qanun layihəsinin qəbul edilməsini kəskin şəkildə pisləyir. Azərbaycan öz təəccübünü ifadə edərək bu addımın Avropa məkanında demokratiyanın əsasını təşkil edən söz və ifadə azadlığı prinsiplərinə qətiyyən uyğun olmadığını, Fransanın götürdüyü insan hüquqları və əsas azadlıqlar kimi demokratik dəyərlərə hörmət etmək öhdəliyi ilə ziddiyyət təşkil etdiyini və qəbuledilməz olduğunu bəyan edir.
Azərbaycan
Respublikası Fransa Milli Assambleyasının bu cür qanun
layihəsi qəbul etdiyi halda, Azərbaycanın işğal
olunmuş ərazilərində yüz minlərlə azərbaycanlının
etnik təmizləməyə məruz qalmasına, öz
torpaqlarında məcburi köçkünə çevrilməsinə,
həmçinin bu insanların hüquqlarının kobud
şəkildə pozulmaqda davam etməsinə göz
yummasını dərin təəssüflə
qarşılayır.
Azərbaycan.-2011.-24 dekabr.-S.8.