İctimai televiziyanın əməkdaşlarına orden

 medallar təqdim olunmuşdur

 

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə televiziyaradionun inkişafındakı xidmətlərinə görə təltif olunmuş İctimai TeleviziyaRadio Yayımları Şirkətinin əməkdaşlarına ordenmedallar təqdim edilmişdir.

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə iştirak edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər  şöbəsinin müdiri Əli Həsənov dövlət tərəfindən kütləvi informasiya vasitələrinə hər zaman qayğı və diqqətin göstərildiyini və bu siyasətin gələcəkdə də davam edəcəyini demişdir. Ə.Həsənov Prezident İlham Əliyev tərəfindən Azərbaycan televiziyaradiosunun inkişafında xidmətləri olan şəxslərin təltif olunmasını dövlətin diqqətinin təzahürü kimi qiymətləndirmişdir. İctimai televiziyanın fəaliyyət göstərdiyi 6 ildə böyük uğurlara imza atdığını deyən şöbə müdiri bu nailiyyətlərdə televiziyanın kollektivinin böyük əməyi olduğunu vurğulamışdır.

Qeyd edək ki, İctimai Televiziyanın ümumilikdə 10 əməkdaşı orden, medal və fəxri adlarla təltif olunmuşdur.

 

 

AzərTAc

Azərbaycan.-2011.-24 dekabr.-S.7.