K.Ə.Məmmədovun 1-ci dərəcəli «Vətənə xidmətə görə»

ordeni ilə təltif edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında hüquq-mühafizə orqanlarında səmərəli fəaliyyətinə görə Kamil Əli oğlu Məmmədov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2011-ci il

Azərbaycan.-2011.-24 dekabr.-S.7.