Məcburi köçkünlərə yemək
xərci üçün verilən
aylıq müavinətin
artırılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. "Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 sentyabr tarixli 1090 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 9, maddə 790) 1-ci hissəsi ilə müəyyən edilmiş aylıq müavinətin məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılsın.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
23 dekabr 2011-ci il
Azərbaycan.-2011.-24 dekabr.-S.7.