«Azərbaycan Prezidenti: Onun sülh naminə mübarizəsi və

gələcəyə baxışı» kitabının təqdimatı olmuşdur

 

Qrem Uilsonun çıxışı

 

 - Axşamınız xeyir, xanımlar və cənablar!

Bu axşam burada - çox gözəl, müasir Azərbaycanın tarixində mühüm bir rolu olmuş "Gülüstan" sarayında olmaq mənim üçün xoşdur. Mən istərdim, ilk növbədə, "İlham. Prezidentin portreti" kitabının təqdimat mərasimində hər birinizi minnətdarlıq hissi ilə salamlayım. Bu kitab Prezident İlham Əliyevin ilk beynəlxalq bioqrafiyasıdır. Mən düşünürəm ki, bu elə bir kitabdır ki, çoxdan yazılmalı idi. Bu kitab liderin - bütün millətin böyük liderinin fəaliyyətini əks etdirir. Bu lider Azərbaycanın geosiyasi arenada çox böyük nüfuz qazanmasında mühüm rol oynamışdır. Bu bioqrafiya sizin illər ərzində əldə etdiyiniz nailiyyətlərin əksidir.

Mən iyirmiyə yaxın bioqrafiya yazmışam və bu, müxtəlif insanların, xadimlərin, natiqlərin barəsində olmuşdur. Bu kitablarda insanların gözləntiləri, onların gördükləri işlər əksini tapıb. Bu baxımdan İlham Əliyev də böyük şəxsiyyətdir və biz məhz  buna görə bu kitabı, Azərbaycanın görkəmli liderinin bioqrafiyasını yazdıq. Əlbəttə ki, biz Azərbaycanı tanıyırdıq. Biz Azərbaycanın Heydər Əliyev kimi əfsanəsini də tanıyırdıq. Bilirdik ki, özünü totalitar keçmişindən çıxarmağa çalışan belə bir millət var. Biz, eyni zamanda, bilirdik ki, Azərbaycanda öz doğma yurd-yuvalarından qovulmuş bir milyondan çox qaçqın və məcburi köçkün vardır. Dağlıq Qarabağ münaqişəsini biz bilirdik. Xocalı faciəsi barədə biz bilirdiksözsüz ki, 1990-cı ilin Yanvar faciəsindən məlumatlıyıq. Biz, eyni zamanda, bilirdik  ki, Azərbaycanın ərazisinin 20 faizi işğal altındadır. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan həm daxili, həm də beynəlxalq səviyyədə kifayət qədər özünü doğruldan, öz inkişafını təmin edən bir ölkəyə çevrilmişdir. Azərbaycan sosialiqtisadi transformasiyada çox böyük uğurlara nail olmuşdur.

Lakin təbii ki, ümumiyyətlə, informasiya birtərəfli ola bilər.

Biz, özünün gündəliyi olan xaricilər mediainternet üçün məlumatları yayırıq. Lakin belə hallar da olur ki, bu məlumatlar bəzən qeyri-dəqiq olur.

Bu layihəyə başlayandan sonra biz Azərbaycana dəfələrlə səfər etdik Prezident İlham Əliyev ilə bir neçə məqamda görüşmək imkanımız oldu. O, çox açıq, çox səmimidir bu da bizə onun barəsində çox zəngin məlumatlar əldə etməyə imkan verdi. Mənim komandam - işçi heyətim Bakıya bir neçə dəfə səfər etdi. Mən onların adından deyə bilərəm ki, biz buraya gələrkən elə bil ki, ikinci evimizə gəlirdik bu millətin qonaqpərvərliyinə sadəcə, heyran qalmışdıq.

"İlham. Prezidentin portreti" kitabı bir neçə illik zəhmətin nəticəsidir. Biz insanlardan müsahibələr aldıq, Azərbaycanda, ABŞ-da, Böyük Britaniyada, Fransada, Rusiyada digər ölkələrin arxivlərində tədqiqatlar apardıq. Britaniyanın çox mühüm milli arxivlərində, Konqresin kitabxanasında, BMT-nin Nyu-Yorkda Cenevrədə olan arxivlərində bütün mənbələrdən istifadə etdik. Mən hətta Ermənistana səfər etdim. Orada bir neçə insanla görüşdüm. Hətta keçmiş prezident keçmiş xarici işlər naziri ilə görüşdük. Onlar da münaqişədən narahat olduqlarını söylədilər.

Mən kitab barədə sizlərə daha çox danışmaq istərdim.

Bu, 520 səhifədən ibarət, lider onun ölkəsi barədə olan kitabdır. Əsərdə 450-dən çox şəkil yer almışdır. Mənim kitabım ingilisdilli beynəlxalq auditoriyanı Azərbaycanın tarixi ilə tanış edəcəkdir. Bu kitabda sözsüz ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi verilmişdir. Bu kitabda Heydər Əliyevin həyatının fəaliyyətinin çox mühüm məqamları əksini tapmışdır. Biz bu kitabı hazırlayarkən çox maraqlı, məlumatlı, erudisiyalı insanlarla görüşdük.

Mənim adım kitabın üstündə müəllif kimi göstərilsə bu, bir çox insanın birgə əməkdaşlığı nəticəsində hasilə gələn bir məhsuldur. Mən bu insanların hamısına minnətdaram.

Eli Mukarzel bu layihədə mənim baş tədqiqatçım olmuşdur. Bundan əlavə, bu kitabla bağlı layihə mənə iki dost da qazandırdı: Faiq Bağırov Rəhman Hacıyev. Onlar tipik yeni azərbaycanlı Prezident İlham Əliyevin bu gün istiqamətləndirdiyi çox yüksək təhsilli, motivasiya olunmuş vətənpərvər, ölkələrini ehtirasla sevən şəxslərdir.

Franklin Ruzvelt qeyd etmişdir ki, biz gələcəyimizi hər zaman öz gənclərimiz, gələcək nəslimiz üçün qurmalıyıq. Məhz buna görə Faiq Rəhman kimi şəxslər həqiqətən bu nəslin çox bariz nümunələridir.

Növbəti həftələrdə "Media Prima" Bakıda ofis açacaqdır. Burada Faiq Bağırov da sözsüz ki, öz cəhdləri ilə sənədli film çəkmək üçün növbəti layihə həyata keçirəcəkdir. Mən istərdim ki, burada sözsüz ki, cənab Elnur Aslanovu da qeyd edim. Elnur məndə çox böyük etimad etibar yaratdı. O, üç il ərzində bizimlə çox fəal işlədi. O, sözün həqiqi mənasında, centlmendir.

Mən akademik Ramiz Mehdiyevə dərin minnətdarlığımı bildirirəm. Akademik Mehdiyev bizim üçün ilk növbədə, ona görə qiymətli insan oldu ki, o, həm keçmiş Prezident Heydər Əliyev eyni zamanda, bugünkü Prezident İlham Əliyevlə çox sıx şəkildə işləyib. Onun ensiklopedik biliyi, Azərbaycanın siyasi tarixini mükəmməl bilməsi bizim kitabın daha müvəffəqiyyətli alınması üçün çox əhəmiyyətli olmuşdur.

Kitabın baş qəhrəmanı Prezident İlham Əliyevdir. Səkkiz il ərzində o onun hökumətinin səyləri nəticəsində Azərbaycan bir çox mühüm beynəlxalq reytinqlərdə şəffaflığına, təhsil, səhiyyə, iqtisadiyyat sahələrində qazandığı uğurlara görə əhəmiyyətli dərəcədə yüksək yerlərə nail olmuşdur. Bu səkkiz ildə Prezident onun komandası ölkənin inkişafının möhkəm təməlini qurmuş, renessans dövrünü açmışdır.

Mən məşhur şəxsiyyətlərin bioqrafiyalarını yazarkən, sənədli filmləri istehsal edərkən bir sıra mühüm, bəzən maraqlı, bəzən qəribə bəzən qorxulu xadimlərlə görüşməli olmuşam.

Lakin Azərbaycan Prezidenti ilə görüşüm zamanı mən onu çox xarizmatik, çox gözəl, sakit danışan, həqiqəti sevən səmimi bir insan kimi qəbul etdim. Onun bu layihənin bir hissəsi olan siyasi opponentləri İlham Əliyevi akademik biliyi olan, biznes işini, neft sahəsini yaxşı bilən, 2003-cü ildən isə yüksək liderlik bacarığına malik bir şəxsiyyət kimi xarakterizə etdilər.

O, mənə bu görüşlər zamanı demişdir ki, prezidentliyə vəzifəsi kimi baxır. O, özünü milləti, xalqı, ölkəsinin gələcəyi üçün məsul hesab edir. Məhz belə insanlar haqqında ser Uinston Çörçill demişdir ki, liderlər maneələrə, təhlükələrə, təzyiqlərə baxmayaraq, öz işini görməlidirlər. Adi bir insan olaraq biz sözsüz ki, ətraf aləmə diqqət yetiririk. Həyat beynəlxalq qüvvə brokeri kimi çox maraqlı bir prosesdir. Lakin mən bu şəxslərlə tez-tez görüşür, onların böyük işlər gördüklərinin şahidi oluram. Onlar hər gün bu işləri istədiklərindən daha yaxşı həyata keçirməyə çalışırlar. Buna görə Çörçill maneələr təhlükələr deyərkən qeyd edirdi ki, onlar dəf edilə biləcək amillərdir.

Qeyd etdiyim kimi, İlham Əliyev ölkəyə rəhbərliyi çox gözəl, mühüm sosial iqtisadi tərəqqi baxımından həyata keçirir. Onun 2003-cü ildən bəri reallaşdırdığı proqramlar milyonlara yerləri açmışdır. Düşünürəm ki, bu proqramlar onun nailiyyətlərinin böyük göstəriciləridir. Əminəm ki, qarşıdakı illərdə bu göstəricilər daha böyük olacaqdır.

Düşünürəm ki, Azərbaycanın bir milyondan çox qaçqını məcburi köçkünü olmasaydı, ölkə 20 ildə daha böyük uğurlara imza atardı. Təəssüf ki, beynəlxalq ictimaiyyət Azərbaycanın bu problemlərinə lazımi dəstək vermir.

İlham Əliyevin prezidentliyində qurmaq, tikmək, irəliləmək meyilləri çox güclüdür. Bunun nəticəsidir ki, Azərbaycan keçid prosesini vaxtından tez başa çatdırmışdır. Bu prosesdə Prezident İlham Əliyev vaxtdan, resurslardaninsan kapitalından istifadə etməklə çox mühüm bir rol oynamışdır.

Mən Yerevanda səfərdə olarkən sadə insanlarla söhbət zamanı Dağlıq Qarabağın hökumətin təbliğatı olması şərhlərini eşitmişdim. Bu ritorik ifadələr məndə Yerevan barədə çox qeyri-müəyyən təəssürat yaratdı. Bu ölkənin üfüqləri çox qaranlıq və buludludur.

Mən əminəm ki, Azərbaycan Dağlıq Qarabağ probleminiuğurla həll edəcək, sülh şəraitində, aydın səma altında daha da irəliyə gedəcəkdir. Mənim "Media Prima" şirkətim 2012-ci ildə bu kitabı on min nüsxələrlə nəşr edəcəkdir. Bu kitab bütün dünyanın kitab mağazalarında satılacaqdır. Bununla da milyonlarla insan Azərbaycanın tarixi, onun Prezidentinin bioqrafiyası, Dağlıq Qarabağ münaqişəsinin çətinlikləri barədə daha ətraflı məlumat əldə edəcəkdir.

Son səkkiz il ərzində Prezident İlham Əliyev geosiyasi, sosialiqtisadi çətinliklərə çox müvəffəqiyyətlə sinə gərmişdir.

Müstəqilliyinin 20 ili ərzində Azərbaycan çox möhkəm, güclü və müstəqil bir dövlətə çevrilmişdir.

Mən Prezidentdən soruşdum ki, Azərbaycanın ərazi bütövlüyünün onun həyatı dövründə bərpa ediləcəyinə inanırmı?!. O, cavab verdi ki, həyatım dövründə deyil, prezidentliyim dövründə bərpa olunacaqdır.

Qəti əminəm ki, bu münaqişə tezliklə həllini tapacaq və mən Prezident İlham Əliyevdən Azərbaycanın Şuşa şəhərində, Dağlıq Qarabağda növbəti müsahibəni alacağam.

Çox sağ olun. 

 

Azərbaycan.-2011.-24 dekabr.-S.5.