«Azərbaycan Prezidenti: Onun sülh naminə mübarizəsi və

 gələcəyə baxışı» kitabının təqdimatı olmuşdur

 

Əli Doğramacının çıxışı

 

 - Hörmətli Ramiz müəllim!

Hörmətli dövlət xadimləri!

Hörmətli xanımlar və cənablar!

Mən burada iki təklif vermək istəyirəm. Birinci təklifim bu kitabın Azərbaycan dilinə tərcümə edilməsidir. Kitabın müəllifi Qrem Uilson dünyada tanınmış bir çox dövlət rəhbərlərinin həyatından  yazmış bir insandır. Onun kitabları Vaşinqtonda "The Liberary of Congress"də, "Amazon.com"da, müxtəlif yerlərdə hamı tərəfindən oxunur.

O, müxtəlif dövlət xadimləri haqqında kitablar yazmışdır. Belə insanlar dünyanın hər yerində vardır. Belə insanlar Bakı ilə, Azərbaycan Prezidenti ilə tanış olanda düşünürlər? Bu fikirləri Azərbaycan xalqının həmin insanların dilindən eşitməsi çox vacibdir. Çünki bir dövlətin daxilində görülən işlər var, bir beynəlxalq əlaqələr vardır. Bu əlaqələri həyata keçirmək xüsusi məharət tələb edir.

Əgər dünyada bir dövlətin liderini digər dövlətlərdəki insanlar yaxşı tanıyırlarsa, əlaqələrin inkişaf etdirilməsi bütün problemlərə baxmayaraq, daha asan olur. Başqaları necə görürlər? Bunu bilmək Azərbaycan xalqının haqqıdır. Başqa xalqların nümayəndələri cənab Prezident haqqında düşünürlər? Onların dəyər meyarları nədir? Əlbəttə, bir çoxları deyəcəklər ki, İlham Əliyev alim, tədqiqatçı, müəllim olaraq uğur qazanmış insandır. Amma sovet tankları Bakıya daxil olanda o, Moskvadakı işini davam etdirmədi, sahibkarlıq fəaliyyəti ilə məşğul oldu. Burada da uğur qazandı. Bu amil - bir insanın müxtəlif sahədə uğur əldə etməsi Qərb dünyasında yüksək qiymətləndirilir. Sonra İlham Əliyev dövlət qurumlarında çalışmış uğurlar əldə etmişdir. Bunun ardınca baş nazirlik, prezidentlik, mükəmməl ailə başçısı olması, mükəmməl bir həyat yoldaşının uşaqlarının olması gəlir.

Bunlar Prezident İlham Əliyevə verilən dəyərlərdir. Bunları bilmək Azərbaycan xalqının haqqıdır. Ona görə birinci təklifim bu kitabın Azərbaycan dilinə tərcümə olunmasıdır. Bu kitabın Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümündə cənab Prezidentin anadan olmasının 50 illiyi ərəfəsində çapdan çıxması xüsusilə əlamətdardır.

Azərbaycanda zəngin enerji ehtiyatları, möhkəm sabitlik sürətli tərəqqi vardır. Bu üç amili uğurla inkişaf etdirən cənab Prezidentə uzun ömür, cansağlığı, qardaş Azərbaycana əbədi müstəqillik parlaq gələcək arzu edirəm.

İkinci təklifim, ingilis dilində olacaqdır. Çünki müəllifədir. Ancaq qısa olaraq sizə deyim. Bu kitab dünya miqyasında tanınmalıdır. Bunun üçün rəqəmsal mediada - Amazon-Kindle saytında yerləşdirilməlidir. Cənab Uilson, mən Sizin kitabınızın tərtibindən, məzmunundan çox razıyam. Lakin təklifim vardır. Siz bu kitabı rəqəmsal formatda Amazon-Kindle saytında yerləşdirəsiniz, onu hamı oxuya bilər. Mən sizi bu uğur münasibətilə bir daha təbrik edirəm, cənab Uilson.

Bu iki təklifimi səbirlə dinlədiyinizə görə sizə təşəkkür edirəm.

 

Azərbaycan.-2011.-24 dekabr.-S.5.