«Azərbaycan Prezidenti: Onun sülh
naminə mübarizəsi və
gələcəyə
baxışı» kitabının təqdimatı olmuşdur
Səfir Vladimir Doroxinin
çıxışı
-
Əziz dostlar!
Mən heç vaxt kitab yazmamışam və bilmirəm ki, bunu necə edirlər. Onu da bilmirəm ki, canlı insan, özü də ölkənin fəaliyyətdə olan Prezidenti haqqında kitabı necə yazırlar? Lakin belə kitabı oxumaq son dərəcə maraqlıdır. Çünki bu kitab Ramiz Ənvər oğlunun dediyi kimi, tarixdə ən başlıca və ən mühüm olan yeni müstəqil dövlətin yaranmasına, artıq mövcud dünya koordinatları sistemində onun təşəkkülünə və bu prosesdə rəhbər şəxsiyyətin roluna həsr olunmuşdur.
Azərbaycanın müasirləri kimi biz özümüz bu prosesin gündəlik şahidləriyik və hətta onun nəbzini duyuruq. Buna görə də müəllifin müşahidələrinin heç birinə laqeyd qala bilmirik. Misal göstərilən hər yeni fakt bizi düşündürür. Belə düşüncələr isə çoxdur.
Azərbaycanın fəaliyyətdə olan Prezidenti haqqında kitab həqiqətən 500 səhifədir. Mən bu kitabı oxumuşam, onun səhifələrinin, demək olar ki, yarısı Prezidentin atası Heydər Əliyevə həsr olunmuşdur. Düşünürəm ki, burada təəccüblü heç nə yoxdur. Yəqin ki, Azərbaycan haqqında hələ neçə belə kitab yazılacaqdır. Bu böyük insanın möhkəm iradəsi və quruculuq keyfiyyətləri olmasaydı, bu ölkə heç vaxt özünü təsdiq edə bilməzdi. Atasının rəhbərliyi altında İlham Əliyevin keçdiyi siyasi və həyati məktəb onun sanballı müasirmiqyaslı siyasi xadim kimi formalaşmasında həlledici amil olmuşdur.
İlham Əliyevin müstəqil Azərbaycanın memarının necə varisi olduğunu həyat özü göstərir. Onun rəhbərliyi altında varisliyi qoruyub saxlamaqla ölkənin inkişafına yeni təkan verildi. Bunu demək kifayətdir ki, cari ildə öz dövlət müstəqilliyinin 20 illiyini qeyd etmiş Azərbaycan postsovet məkanında ən yaxşı inkişaf sürəti nümayiş etdirir. Ölkə lap göz önündə dəyişir. Ölkə rəhbərliyi səmərəli işləyən enerji sahəsindən gələn gəlirlərə arxalanaraq qarşıya milli istehsalı ikiqat artırmaq, qeyri-neft sektorunun prioritet inkişafını təmin etmək, insanların həyat keyfiyyətini yaxşılaşdırmaq kimi ambisiyalı vəzifələr qoyur. Gündəlikdə siyasi sistemin və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi kimi ciddi məsələlər durur. Ölkə özünəməxsus mədəniyyəti və milli ənənələri qayğı ilə qoruyub saxlayır. Azərbaycan fəal beynəlxalq, mədəniyyətlərarası və konfessiyalararası dialoq meydanına, mühüm mədəni tədbirlərin keçirildiyi məkana çevrilmişdir.
Azərbaycan beynəlxalq siyasi həyatın nüfuzlu iştirakçısıdır. Dünya paytaxtlarında onun səsinə qulaq asırlar, BMT Təhlükəsizlik Şurasında ona yer etibar etmişlər. Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyəti, bütün geosiyasi azimutlarda fəal diplomatiyası beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə ölkənin real töhfəsidir.
Qrem Uilsonun kitabında bütün bunlar barədə zəngin faktoloji material vardır. Kitabın başlıca, çox
böyük məziyyətlərindən
biri də budur.
Rusiya oxucusu kimi mən, əlbəttə, kitabın
qəhrəmanının Moskvada
yaşadığı illərə
həsr olunmuş səhifələri xüsusi
həyəcanla oxumuşam. Bu səhifələrdə
mənə tanış
olan adlar çoxdur. Vaxtilə mənim
də tələbəsi
olduğum Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun
müəllimləri, şəxsən
tanıdığım başqa
adamlar İlham Əliyevə dəqiq xarakteristika verirlər. Gələcək Prezidentin rus
dilinə, ruslara hörmətlə yanaşması
hiss olunur. Bütün bunlar
inandırıcıdır, qəlbi riqqətə gətirir.
Lakin kitabın
müəllifi gənc
azərbaycanlının Moskvadakı
həyatından maraqlı
faktları sadəcə
toplamır. O, açıq-aşkar
gələcək Prezidentin
mənəviyyatına, həyat
kredosuna və siyasi oriyentasiyasına Rusiyanın təsirini dərk etməyə və qiymətləndirməyə
cəhd göstərir.
Hər bir tədqiqatçı kimi onu intriqa,
Azərbaycanın Şimal
qonşusu ilə münasibətləri, bu qonşuluqda aşkar görünməyən imkanlar,
risklər maraqlandırır.
Nəticə mənim üçün
aydındır. Şəxsi
sovet və Rusiya təcrübəsi İlham Əliyevin müasir Rusiyanı adekvat dərk etməsinin əsasını
qoymuşdur. Bu, strateji tərəfdaşlıq
formulu üzrə Rusiya ilə münasibətlərin inkişafında
Azərbaycanın mövqeyinin
başlıca amillərindən
biridir. Bu strateji tərəfdaşlığın
əsasında bir-birinin
suverenliyinə, müstəqilliyinə
və milli mənafeyinə, qarşılıqlı
faydalı əməkdaşlığa
sözsüz əməl
edilməsi durur.
Rusiyada
biz bu kursu yalnız alqışlayırıq
və öz tərəfimizdən onu davam etdirməyə hazırıq.
Azərbaycan Prezidenti haqqında kitabın artıq ilk səhifələrində "Qarabağ"
sözü diqqəti
cəlb edir. Müəllif bu mövzuya dönə-dönə qayıdır,
bütöv fəsilləri,
hətta ilk baxışda
"o mövzuda olmayan"
bölmələrdə bir
neçə sətri
Qarabağ mövzusuna
həsr edir. Bu gün də
biz müəllifin bu mövzuda emosional təqdimatını dinlədik.
Hər şey Azərbaycan cəmiyyətinin
həyatında olduğu
kimidir: Qarabağ faciəsi həmişə
hər yerdə mövcuddur.
Bu baxımdan, Q.Uilsonun
kitabı Azərbaycanın
və bütün regionun inkişafına əngəl olan münaqişəni bir daha xatırladır. Bu, emosional və ciddi xatırlatmadır.
Müəllif münaqişənin həlli reseptlərini təklif etmir, bu, heç onun vəzifəsi də deyil. Bu, siyasətçilərin
və beynəlxalq birliyin vəzifəsidir. Təkcə onu deyə bilərəm
ki, Rusiya vasitəçilərdən biri
kimi Dağlıq Qarabağ münaqişəsinin
beynəlxalq hüquq normaları əsasında
ədalətli sülh
yolu ilə nizama salınması üçün ondan asılı nə varsa, bundan sonra
da edəcəkdir.
Müəllif ən son və yeni faktları kitabına daxil edə bilmişdir. Lakin kitab
çapa imzalandıqdan
sonra Azərbaycanda və onun ətrafında
ən azı kitabda göstərilən
faktlar qədər diqqətəlayiq hadisələr
baş vermişdir.
Tarixlə ayaqlaşmaq tədqiqatçı
üçün o qədər
də asan deyildir. Yəqin ki, bu, siyasətə aiddir.
Q.Uilsonun kitabı sürətlə
dəyişən dünyada
dinamik inkişaf edən Azərbaycan haqqındadır.
İlham Əliyev öz ölkəsini ağlasığmaz
imkanlar, amma həm də əvvəllər mövcud
olmayan təhdidlər
şəraitində irəli
aparır. Rusiya Azərbaycanla uzun əsrlər boyu mehriban qonşu olmuş dost ölkə kimi bu kursun
müvəffəqiyyət qazanmasında
maraqlıdır. Öz Cənub
sərhədlərimizdə sabit, sürətlə inkişaf edən, seçdiyi milli yolla inamla irəliləyən
demokratik Azərbaycanı
görməkdən daha
böyük arzumuz yoxdur. Düşünürəm ki, dünyanın
bütün digər ölkələri də bunda maraqlıdır.
Gəlin
bu yolda İlham Heydər oğluna böyük uğurlar arzulayaq.
Azərbaycan.-2011.-24 dekabr.-S.6.