Azərbaycan Prezidenti İlham Əliyev Ələt-Astara yolunun
9-cu kilometrliyində yeni
salınmış dairəvi yolun və iki yol
qovşağının
açılışında iştirak etmişdir
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də Ələt-Astara yolunun 9-cu kilometrliyində yeni salınmış dairəvi yolun və iki yol qovşağının açılışında iştirak etmişdir.
Dövlət başçısı yolun açılışında iştirak etmək üçün Ələt qəsəbəsinə gəldi.
Azərbaycanın sürətli iqtisadi inkişafı bütün sahələrdə olduğu kimi, ölkənin yol-nəqliyyat strukturunda da əsaslı dəyişikliklərə səbəb olub. Çox qısa müddət ərzində respublikanın bütün beynəlxalq əhəmiyyətli magistralları tamamilə yenidən qurulub və genişləndirilib. İndi həmin yollarda hərəkətin tənzimlənməsi üçün tədbirlər davam etdirilir. Bakını respublikanın cənub və qərb bölgələri ilə birləşdirən magistral yol Ələt qəsəbəsində 2 yerə ayrılaraq biri İran İslam Respublikası sərhədinə, digəri isə Gürcüstan sərhədinə istiqamət götürür. Nəqliyyatın buradakı intensivliyi yolların ayrıcında və birləşməsində gərginlik yaradırdı. Bu problemin aradan qaldırılması ilə əlaqədar Prezident İlham Əliyevin tapşırığına əsasən 2009-cu ilin noyabrında Ələt-Astara yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində yeni yolun və 2 yol qovşağının tikintisinə başlandı. Nəqliyyat Nazirliyinin sifarişi ilə "Azərinşaatservis" Məhdud Məsuliyyətli cəmiyyət 2 il müddətində inşaat işlərini başa çatdırmışdır.
Yolun
layihə-smeta sənədləri ilə tanışlıq
zamanı nəqliyyat naziri Ziya Məmmədov dövlət
başçısına məlumat verdi ki, ümumi uzunluğu
9 kilometr və 4 zolaqdan ibarət olan yol birinci dərəcəlidir.
Burada 7 kilometr uzunluğunda köməkçi yol da çəkilibdir.
Beynəlxalq əhəmiyyətli bu magistralda nəqliyyatın
sıxlığı və ağır tonnajlı avtomobillərin
hərəkəti nəzərə alınaraq layihədə bu yolun möhkəmliyinə
və davamlılığına xüsusi
diqqət yetirilib. Bildirildi
ki, yolun Ələt qəsəbə
mərkəzindən kənara çıxarılması bu yaşayış məntəqəsində
də nəqliyyat vasitələrinin yaratdığı gərginliyi
aradan qaldırır. Yol
üzərində tikilmiş 2 qovşaq isə nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz
hərəkətini təmin edir. Sonra Prezident İlham Əliyev yeni yolun açılışını bildirən
lenti kəsdi.
Prezident
İlham Əliyev yeni salınmış dairəvi yola və
yol qovşaqlarına baxdı.
AzərTAc
Azərbaycan.-2011.-24 dekabr.-S.3.