Azərbaycan Respublikasının Prezidenti

zati-aliləri cənab İlham Əliyevə

 

 

Hörmətli cənab Prezident!

Əziz İlham!

Sizin 50 illik yubileyiniz münasibətilə mənim ürəkdən gələn təbriklərimi, möhkəm cansağlığı, şəxsi  və ailə səadəti, çox məsuliyyətli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər barədə ən səmimi arzularımı  qəbul edin.

Bu xoş fürsətdən istifadə edərək Bolqarıstan-Azərbaycan  münasibətləri ideyası, habelə  dinamik və səmərəli inkişaf uğrunda Sizinlə birlikdə işləmək imkanından məmnunluğumu ifadə etmək istərdim. Əminəm ki, nəzərdə tutulmuş mühüm  təşəbbüsləri birgə fəal  səylərlə reallaşdıra biləcək və ikitərəfli əməkdaşlıq qarşısında daha əlverişli perspektivlər açacağıq.

Həmçinin Bolqarıstan və Azərbaycan arasında hərtərəfli dialoqun möhkəmlənməsinə, dost xalqlarımızın həqiqətən yaxınlaşmasına görə Sizin şəxsi səylərinizə  verdiyim müstəsna əhəmiyyəti vurğulayıram. İnanıram ki, biz ölkələrimizə  tərəqqi və əmin-amanlıq gətirəcək  yaxın şəxsi  əlaqələri bundan sonra da dəstəkləyəcəyik.

Hörmətli Prezident, icazə verin, Sizi bir daha əlamətdar yubileyiniz münasibətilə səmimi təbrik edim.  Sizə  yüksək ehtiram bəslədiyimə əmin ola bilərsiniz.

Dərin hörmətlə,

 

 

Georgi PIRVANOV,

Bolqarıstan Respublikasının Prezidenti

Azərbaycan.-2011.-24 dekabr.-S.2.