Azərbaycan Respublikasının Prezidenti

 zati-aliləri cənab İlham Əliyevə

 

 

Hörmətli cənab Prezident!

Sizi anadan olmağınızın 50 illiyi münasibətilə təbrik edirəm. Keçən ilin avqust ayında 50 illiyimlə bağlı göndərdiyiniz təbrik məktubundan məmnun oldum. Bu, həqiqətən də mühüm yubileydirümidvaram ki, Siz də mənim kimi bu doğum gününüzü ailənizlə, yaxın dostlarınızla birlikdə qeyd edəcəksiniz.

Ölkələrimiz arasında ümumi maraqlara və qarşılıqlı hörmətə əsaslanan güclü əlaqələr qurulmuşdur və mən həyati əhəmiyyətli tərəfdaşlığımızın möhkəmləndirilməsinə tam sadiqəm. Biz ölkələrimizin səyləri ilə Avropanın enerji təchizatının şaxələndirilməsi, demokratikiqtisadi islahatların aparılması, regional təhlükəsizliyin gücləndirilməsi, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tam həllinə nail olunması kimi bir çox məsələlərdə bundan sonra da sıx əməkdaşlığımızı davam etdirəcəyik.

Sizi bir daha ad gününüz münasibətilə təbrik edir, Sizə və ailənizə Yeni İldə ən xoş arzularımı diləyirəm.

Səmimiyyətlə,

 

 Barak OBAMA,

Amerika Birləşmiş Ştatlarının Prezidenti

Azərbaycan.-2011.-24 dekabr.-S.2.