Azərbaycan Respublikasının Prezidenti
zati-aliləri cənab
İlham Əliyevə
Hörmətli İlham Heydər
oğlu!
Sizi anadan olmağınızın 50 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Bu gün Sizin səmərəli həyat yolunuzun mühüm mərhələsidir.
Siz Azərbaycan Respublikasının rəhbəri kimi bütün güc və enerjinizi onun gələcək inkişafına sərf edərək, atanız - görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin həyatının məramı olmuş işi layiqincə davam etdirən əsl xalq liderinə çevrilmisiniz. Sizin rəhbərliyiniz altında Azərbaycan dövlətçiliyin möhkəmlənməsində, sosial-iqtisadi, mənəvi və mədəni inkişafda yeni təkan almışdır. Bu gün Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında hərtərəfli əməkdaşlıq yüksək səviyyəyə çatmışdır. Azərbaycan ilə Dağıstan arasında mehriban qonşuluq əlaqələri inkişaf edir və dərinləşir. Qəti əmin olduğumu bildirirəm ki, xalqlarımızı birləşdirən, zəngin həyat təcrübəsinə söykənən mehriban dostluq, qonşuluq və əməkdaşlıq ənənələri bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və Azərbaycan xalqının rifahı naminə çoxşaxəli və məsuliyyətli fəaliyyətinizdə gələcək uğurlar barədə səmimi arzularımı qəbul edin.
Hörmətlə,
Maqomedsalam MAQOMEDOV,
Dağıstan
Respublikasının Prezidenti
Azərbaycan.-2011.-24 dekabr.-S.2.