Azərbaycan Respublikasının Prezidenti

zati-aliləri cənab İlham Əliyevə

 

 Hörmətli cənab Prezident, əziz dostum!

Xahiş edirəm əlamətdar yubileyiniz münasibətilə səmimi və dost təbriklərimi, gözəl ölkənizin gələcək inkişafı naminə məqsədlərinizin yerinə yetirilməsində ən xoş arzularımı qəbul edin. Digər ölkələrin maliyyə resursları çatışmazlığının yaratdığı çətinliklərlə üzləşdiyi, vətəndaşlara daha az maliyyə vəsaiti ayırmaqla problemləri həll etməyə çalışdığı və gələcək inkişaf naminə xərcləri azaltmaq məcburiyyətində qaldığı bir vaxtda Azərbaycana səfərim zamanı vətəndaşlarınızın yaşayış standartlarının yüksəldilməsi ilə bağlı Sizin uğurlu fəaliyyətinizdən tam əmin olmaq fürsəti qazandım. Mən çox şadam ki, Siz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın sürətli inkişafının əsasını qoyan Prezidentin - sələfiniz və atanızın siyasətini davam etdirirsiniz. Mən şəxsən özüm şahidi oldum ki, təkcə paytaxt Bakıda deyil, ölkənizin digər regionlarında da milli iqtisadiyyatın bütün sahələrində inkişaf davam edir.

Hörmətli cənab Prezident, əziz dostum!

Səmərəli həyatınızın gələcək illərində və Azərbaycan Respublikasının Prezidenti kimi çətin və məsuliyyətli işinizdə Sizə uğurlar arzu edirəm.

Sizə möhkəm cansağlığı, ailə səadəti və xoşbəxtlik diləyirəm.

Hörmətlə,

 

 Rudolf ŞUSTER,

Slovakiya Respublikasının sabiq Prezidenti

Azərbaycan.-2011.-24 dekabr.-S.2.