Prezidentin mətbuat xidmətinin Məlumati

 

 Dekabrın 23-də Polşa Respublikasının Prezidenti Bronislav Komorovski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Polşa Prezidenti dövlətimizin başçısını anadan olmasının 50 illiyi münasibətilə  təbrik etmiş, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulamışdır.

Dövlətimizin başçısı təbrikə və diqqətə görə Bronislav Komorovskiyə minnətdarlığını bildirmişdir.

Dövlət başçıları Azərbaycanla Polşa arasında münasibətlərin müxtəlif sahələrdə  inkişafından məmnunluqlarını ifadə etmiş, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə ümidvar olduqlarını bildirmişlər.

Telefon söhbəti zamanı  Polşa Prezidenti Bronislav Komorovskinin Azərbaycana rəsmi səfərinin uğurla keçdiyi bir daha vurğulanmış, dövlət başçıları səviyyəsində görüşlərin gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olunmuşdur.

 

Azərbaycan.-2011.-24 dekabr.-S.2.