Qəhrəman kimi döyüşüb, yaşayan insan

 

 Ötən gün Azərbaycan Hərb Tarixi Muzeyində Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirildi. Toplantıda Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrin Baş İnspeksiyasının, Ali Hərbi və Hərbi Dəniz məktəblərinin, hərbi hissələrin, Hərbi Akademiyanın, Milli Elmlər Akademiyasının Tarix, ArxeologiyaEtnoqrafiya institutlarının, şəhər muzeylərinin nümayəndələri, həmçinin mərhum akademikin ömür-gün yoldadşı Tahirə xanım Bünyadova və digər ailə üzvləri iştirak edirdi.       

Muzeyin baş elmiş işçisi, tarix üzrə fəlsəfə doktoru Nuru Məmmədov, muzeyin elmi işlər üzrə rəis müavini, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov və başqa alimlər, tarixçilər çıxış edərək Ziya Bünyadovun şərəfli ömür yolundan danışdılar. İti zəkalı, millətpərvər akademik hər zaman düşmənlərimizin ağır daşı olub. Azərbaycan tarixinin bütün dövrlərini doğru-dürüst açıb ortaya qoyan Ziya Bünyadov təkzibolunmaz dəlillərlə subut edib ki, ermənilər Azərbaycana çox sonralar köçüblər, Qafqaz Albaniyası dövləti Azərbaycana məxsusdur. XX əsrin əvvəllərində ölkəmizdə baş verən hadisələri, Azərbaycan Xalq Cümhuriyyətinin tarixini də məhz ilk dəfə Ziya Bünyadov üzə çıxartdı.

Ulu öndər Heydər Əliyev vaxtilə Ziya Bünyadovdan danışarkən demişdi: "Ziya Bünyadov azərbaycanlıların içərisindən çıxmış az - yüz nəfərdən, bəlkə də bir az çox olan Sovet İttifaqı Qəhrəmanından biri idibu adı həmişə şərəflə, iftixar hissi ilə daşıyırdı..."     

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 noyabr 2011-ci ildə akademik Ziya Bünyadovun anadan olmasının 90 illiyi haqqında imzalanmış sərəncamında deyilir ki, zəngin və çoxşaxəli yaradıcılığı sayəsində Ziya Bünyadov respublikamızda tarix elminin yeni mərhələyə yüksəldilməsi işinə layiqli töhfələr vermişdir. Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair uzun illər ərzində meydana gətirdiyi fundamental tədqiqatlar, eləcə də orta əsrlərə aid çox sayda mənbələrin tərcüməsi ilə yanaşı, onlara yazdığı geniş şərhlər alimə böyük şöhrət qazandırmışdır. Azərbaycanda yeni ərəbşünas tarixçilər nəslinin formalaşmasında onun fəaliyyəti təqdirəlayiqdir. Çıxış edənlər bir daha bildirdilər ki, Ziya Bünyadov haqqında əsl sözü sağlığında özü deyib. Keçdiyi həyat yolu ilə, qranit kimi möhkəmliyi, sərtliyi, böyük alimliyi ilə özünə elə bir abidə ucaldıb ki, sonradan deyilənlər bunların yalnız naxışı ola bilər. O, qəhrəman kimi döyüşüb, qəhrəman kimi də yaşayıb. 

Akademikin həyat yoldaşı Tahirə Bünyadova Ziya müəllimlə birgə keçirdiyi acılı-şirinli xatirələrdən danışdı, onun xarakterindəki daş möhkəmliyini, təmkini, həm də səbirsizliyi, bütövlüyü, kişiliyiböyük türkçülüyü hər bir azərbaycanlı övladında görmək istədiyini bildirdi. Toplantıda akademikin döyüş yolunaelmi fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirildi, sərgi keçirildi.

 

 

Rəsmiyyə RZALI,

Azərbaycan.-2011.-25 dekabr.-S.9.