«Bələdiyyələrin daimibaşqa komissiyaları haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında

 

 Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndinə uyğun olaraq qərara alır:

Azərbaycan Respublikasının 2000-ci il 14 aprel tarixli 859-IQ saylı qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000,  ¹ 10, maddə 705) ilə təsdiq edilmiş "Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında Əsasnamə"nin 10-cu maddəsinin ikinci cümləsində "tapşırıq vermək hüququna malikdirlər" sözləri "müraciət edə bilərlər" sözləri ilə, 12-ci maddəsində "bələdiyyənin səlahiyyətinə" sözləri "öz səlahiyyətlərinə" sözləri ilə və 16-cı maddəsində "daimi komissiyaların" sözləri "komissiyanın" sözü ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 oktyabr 2011-ci il

Azərbaycan.-2011.-25 dekabr.-S.7.