«Bələdiyyənin nümunəvi
nizamnaməsinin təsdiq edilməsi
haqqında» Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndinə
uyğun olaraq qərara alır:
Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli 709-IQ saylı qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 1; 2001, ¹ 12, maddə 736; 2003, ¹ 1, maddə 16; 2004, ¹ 1, maddə 10; 2005, ¹ 2, maddə 62; 2006, ¹ 2, maddə 67, ¹ 6, maddə 478) ilə təsdiq edilmiş "Bələdiyyənin nümunəvi nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:
1. IV bölmənin "Bələdiyyənin daimi və başqa komissiyaları" hissəsinin 2-ci bəndinin ikinci abzasında "iclasına və ya" sözlərindən sonra "bələdiyyənin qərarına əsasən" sözləri əlavə edilsin;
2. VI bölmənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:
"Müvafiq qanunda nəzərdə tutulmuş qaydada qüvvəyə minmiş bələdiyyə aktları əhaliyə elan edilir və bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir.";
3. VIII bölmənin beşinci və altıncı hissələri aşağıdakı redaksiyada verilsin:
"Bələdiyyənin qərarı ilə yerli büdcənin hesabına səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvünə müalicə olunması və istirahət etməsi üçün hər il onun orta aylıq əməkhaqqının 1 misli məbləğində müavinət verilir.
Səlahiyyətlərini daimi əsasla icra etmiş və səlahiyyət müddəti qurtardıqdan sonra yeni müddətə seçilməyən bələdiyyə üzvlərinə bələdiyyənin qərarı ilə iki ay müddətində onların orta aylıq əməkhaqqının 2 misli məbləğində müavinət verilir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
25 oktyabr 2011-ci il