Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 10 iyun tarixli 162-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 465 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 7, maddə 481; 2005, ¹ 5, maddə 403; 2008, ¹ 3, maddə 175, ¹ 11, maddə 970; 2009, ¹ 7, maddə 533,

¹ 11, maddə 881, ¹ 12, maddə 983, 2011, ¹ 2, maddə 85) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də  aşağıdakı dəyişikliklər edilsin:

1.1. 7.5-ci bənddə "anlaşmanın və bir-birinə dözüm və hörmətli münasibətin" sözləri "hörmət, anlaşmadözümlülük mühitinin" sözləri ilə əvəz edilsin;

1.2. 7.9-5-ci bənddən "və qəbuluna" sözləri çıxarılsın;

1.3. 9.18-ci bənddə "fəaliyyətini dayandırmaq" sözlərindən sonra "və bu barədə müvafiq dini mərkəzə (idarəyə) məlumat vermək" sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2011-ci il

Azərbaycan.-2011.-25 dekabr.-S.6.