Azərbaycan Prezidenti İlham Əliyev Belarusun

«Xalqlar dostluğu» ordeni ilə təltif olunmuşdur

 

 

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan dövlətinin başçısı İlham Əliyevin "Xalqlar dostluğu" ordeni ilə təltif edilməsi haqqında fərman imzalamışdır.

Belarusun Azərbaycandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, təltiflə bağlı fərman Belarus Prezidentinin rəsmi saytında  (http://www.president.gov.by) yerləşdirilmişdir.

Fərmanda Prezident İlham Əliyev bu ordenə Belarus ilə Azərbaycan arasında strateji əməkdaşlıq və dostluq münasibətlərinin qurulmasında və inkişafında şəxsi töhfələrinə görə layiq görülmüşdür.

 

 

AzərTAc

Azərbaycan.-2011.-25 dekabr.-S.5.