Rusiya Federasiyasının Sverdlovsk vilayətində

Azərbaycan Prezidenti İlham Əliyevə

 həsr edilmiş veriliş yayımlanmışdır

 

 Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun təşəbbüsü ilə Rusiyanın ən nüfuzlu telekanalı "Rossiya 24" və Sverdlovsk vilayətinin Dövlət Telekanalı ilə yayımlanan "Doroqa v Azerbaydjan" həftəlik verilişinin növbəti buraxılışı efirə getmişdir.

"Doroqa v Azerbaydjan" verilişinin aparıcısı, Rusiya Federasiyasının əməkdar artisti, Sverdlovsk Akademik Teatrının solisti, həmvətənimiz Anatoli Brodski bildirmişdir ki, verilişin bu dəfəki sayca 164-cü buraxılışı Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuşdur.

Sverdlovsk vilayətinin Qanunverici Məclisinin nümayəndələr palatasının sədri Lyudmila Babuşkina Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qısa müddət ərzində bütün sahələrdə irəliləyişə nail olunduğunu demişdir.  

"Bu gün biz böyük məmnunluqla qeyd edirik ki, Azərbaycan müasirgüclü Avropa dövlətinə çevrilmişdir. Azərbaycan dinamik inkişaf edir. Bu gün Sverdlovsk vilayətində 40 minə yaxın azərbaycanlı yaşayır və çalışır. Onlar vilayətin inkişafına layiqli töhfələrini verirlər", - deyə L.Babuşkina vurğulamışdır.

Keçən il Sverdlovsk vilayəti ilə Azərbaycan arasında ticarət dövriyyəsi  95 milyon ABŞ dolları olmuşdur. Vilayətin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Aleksandr Xarlov bildirmişdir ki, cari ildə bu rəqəmin 60 faizdən çox artacağı gözlənilir. Sverdlovsk vilayəti ilə Azərbaycan arasında əlaqələrin inkişafında Prezident  İlham Əliyevin xüsusi töhfəsi vardır.

Ural Federal Universitetinin rektoru Viktor Kokşarov isə demişdir ki, son səkkiz ildə Azərbaycan iqtisadiyyat, səhiyyə, mədəniyyət və idman sahələrində böyük uğurlara imza atmışdır. Mən çox şadam ki, bizim universitetdə azərbaycanlı tələbələr də təhsil alır.

Filmdə qeyd olunmuşdur ki, 2003-cü il oktyabrın 15-də müstəqil Azərbaycan tarixində yeni səhifə açılmışdır. Prezidentliyə bir çox namizədlərin olmasına baxmayaraq, Azərbaycan xalqı bu yüksək vəzifədə yalnız İlham Əliyevi görmək istəyirdi. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi səkkiz il ərzində həyata keçirdiyi uğurlu siyasətin nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf etmişdir. Keçən ilin sonunda ölkənin strateji valyuta ehtiyatları 14 dəfə artaraq 29 milyard ABŞ dollarına çatmışdır. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizdən çoxunu təşkil edir. Bu müddət ərzində 900 mindən çox yeni yeri açılmış, son 10 ildə əhalinin yoxsulluq səviyyəsi 49 faizdən 9 faizə düşmüşdür. Müstəqilliyinin 20-ci ildönümündə isə regionun sülhünsabitliyin təminatçısına çevrilən Azərbaycanın əldə etdiyi ən böyük nailiyyət BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsidir. "Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsinin qalibi olan Azərbaycan növbəti ildə bu yarışmanı paytaxt Bakıda keçirməklə dünya ictimaiyyətinin diqqətini bir daha Odlar yurduna  cəlb edəcəkdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2011.-25 dekabr.-S.5.