Azərbaycan Respublikasının Prezidenti
zati-aliləri cənab İlham
Əliyevə
Hörmətli İlham Heydər
oğlu!
Sizi 50 illiyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası uğurlu inkişafını davam etdirir, ölkə həyatının bütün sahələrində yüksək nailiyyətlər nümayiş etdirir, beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirir.
Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına Sizin şəxsi töhfənizi yüksək qiymətləndirərək, əminəm ki, Siz qarşılıqlı fəaliyyətin bütün sahələrində bundan sonra da Ukrayna-Azərbaycan əməkdaşlığının dərinləşməsinin səmimi tərəfdarı olaraq qalacaqsınız.
Əminəm ki, qarşılıqlı anlaşma, mehriban qonşuluq və konstruktiv dialoq ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinin dəyişməz tərkib hissəsi olacaqdır.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ölkənizin rifahı naminə yeni nailiyyətlər, dost Azərbaycan xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
Viktor YANUKOVİÇ,
Ukraynanın Prezidenti
Azərbaycan.-2011.-25 dekabr.-S.5.