Azərbaycan Respublikasının Prezidenti

zati-aliləri cənab İlham Əliyevə

 

 

Zati-aliləri, çox hörmətli İlham Heydər oğlu!

Sizin həyatınızda əlamətdar tarix - anadan olmağınızın 50 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz bu yubileyi gücünüzün aşıb-daşdığı bir dövrdə qarşılayırsınız, Sizin rəhbərlik etdiyiniz dövlət isə indi iqtisadi və mədəni yüksəliş dövrü yaşayır.

Siz uzun illər boyu Azərbaycan Respublikasına rəhbərlik etməklə öz həmvətənlərinizin məhəbbətini və dünya birliyində hörmət qazanmısınız. Sizin ölkənin pravoslav sakinlərinin ehtiyac və çətinliklərinə göstərdiyiniz qayğıya, Bakı yeparxiyası ilə faydalı əməkdaşlığa görə Sizə xüsusi təşəkkür edirəm.

Bu da fərəhlə qeyd edilməlidir ki, Azərbaycanın müsəlman icması dinlərarası dialoq kimi mühüm sahədə Rus Pravoslav Kilsəsinin ənənəvi tərəfdaşıdır.

Sizə ruhanicismani möhkəmlik, Sizin xalqınıza çox faydalı, məsuliyyətli xidmətinizdə Tanrıdan kömək diləyirəm. Ulu Tanrı Sizə və ailənizə yar olsun.

Dərin hörmətlə,

 

Kirill

Moskvanın və Bütün Rusiyanın Patriarxı

Azərbaycan.-2011.-25 dekabr.-S.5.