ASK-nın nümayəndə heyəti beynəlxalq
tədbirlərdə iştirak etmişdir
Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 13-17 dekabr 2011-ci il tarixdə bir sıra beynəlxalq tədbirlərdə iştirak etmişlər.
İlk tədbir Moskva şəhərində keçirilmişdir. ASK-ı prezidentinin Şura sədrinin müavini olduğu Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresi (SSBK) Rəyasət Heyətinin (ASK konqresin üzvüdür) iclasında Konqresin 6 oktyabr 2011-ci il tarixdə Bakı şəhərində keçirilmiş Şura iclasının və beynəlxalq konfransın yekunları müzakirə olunmuş, bu tədbirlərə ev sahibliyi etmiş Azərbaycan Sahibkarlar Konfederasiyasına yüksək qiymət verilərək təşkilatı işlərə görə Azərbaycan tərəfinə minnətdarlıq edilmişdi.
Rəyasət Heyətində SSBK-nın strukturunun modernləşdirilməsi, Konqresin, onun üzv və tərəfdaşlarının layihə və proqramlarının həyata keçirilməsində fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi və 2012-ci ildə Konqresin fəaliyyətinin əsas istiqamətləri haqqında məsələlər müzakirə olunmuşdur.
Konqresin iclasında ASK prezidenti Məmməd Musayev çıxış etmişdir.
Konqresin 20 illiyi ilə əlaqədar yubiley tədbirlərinin və Konqresin növbəti Şura iclasının fevral ayının 8-də Moskva şəhərində keçirilməsi qərara alınmışdır.
Qara dəniz Əməkdaşlıq Təşkilatının biznes Şurasında Azərbaycanı ASK təmsil etdiyi üçün nümayəndə heyəti Şuraya sədrlik dövründə Rusiya Federasiyası komitəsinin təşkil etdiyi "Qara-Dəniz 2011 - İnnovasiya və investisiya layihələrinin nümayişi" mövzusunda sərginin açılışında və təşkilatın biznes Şurasının 41-ci iclasında da iştirak etmişdir.
İclasda katibliyin hesabatı dinlənilmiş, bir sıra təşkilatı məsələlər müzakirə olunmuşdur. Biznes Şurasının və onun Katibliyinin işinin canlandırılması yönümündə geniş müzakirələr aparılaraq yeni tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Şuraya sədrlik növbəti altı ay müddətinə Serbiya Respublikasına keçmişdir.
Serbiya tərəfdən Şuranın təmsilçisi - Ticarət Sənaye Palatasının rəhbəri sədrlik dövründə görüləcək işlər barədə geniş məlumat vermişdir.
ASK-nın prezidenti iclasda çıxış edərək, qarşılıqlı faydalı əməkdaşlığın inkişafından yeni investisiya imkanlarından danışaraq, qurumun işinin canlandırılması üçün bir sıra təkliflər irəli sürmüşdür.
Tədbir
çərçivəsində Rusiya xarici işlər
nazirinin birinci müavini A.İ.
Denisovla görüş keçirilmiş, Rusiya və Azərbaycan
sahibkarları arasında mövcud əlaqələrin daha da
genişləndirilməsi perspektivləri müzakirə
olunmuşdur.
ASK-nın nümayəndə heyəti Ukrayna Sənayeçilər və Sahibkarlar İttifaqının dəvəti ilə Kiyev şəhərində bu qurumun qurultayında iştirak etmişdir. İttifaqın prezidenti, Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresinin birinci vitse-prezidenti, Ukrayna Parlamentinin üzvü Anatoli Kinax hesabat məruzəsi etmiş, tədbirdə iştirak edən nümayəndələrə, o cümlədən Azərbaycan təmsilçilərinə onların dəvətini qəbul etdiklərinə görə minnətdarlıq etmişdir. Tədbirdə Azərbaycan nümayəndə heyəti ilə birlikdə Ukraynada yaşayıb işləyən bir qrup iş adamı da iştirak etmişdir. Onlarla görüşlər kecirilmiş, Ukraynada yaşayan iş adamları birliyinin yaradılması və digər məsələlər müzakirə olunmuşdu.
ASK-nın
nümayəndə heyəti Polşa İşəgötürənlər
Konfederasiyasının dəvəti ilə iki gün ərzində
Polşa Respublikasında da olmuşdur.
Azərbaycan nümayəndə heyəti əvvəlcə Polşa İşəgötürənlər Konfederasiyasının 22-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə iştirak etmişdir.
Tədbirdə Polşa İşəgötürənlər Konfederasiyasının üzvü olan qabaqcıl müəssisə rəhbərlərinə Polşa Prezidentinin fərmanı ilə bir sıra orden və medallar, konfederasiyanın fərqləndirici nişanları təqdim olunmuşdur.
Tədbirdə Azərbaycanın Polşa Respublikasındakı səfiri Həsən Həsənov da iştirak etmişdir.
İkinci gün Avropa İttifaqına Polşanın sədrliyi dövründə Polşa İşəgötürənlər Konfederasiyasının ev sahibliyi ilə Şərq tərəfdaşlığı layihəsi çərçivəsində beynəlxalq konfrans keçirilmişdir. Konfransda Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir. Konfransda Avropa İttifaqının bir qrup struktur rəhbərləri, ekspertlər, institut rəhbərləri iştirak və çıxış etmişlər. Şərq tərəfdaşları olan ölkələrin nümayəndələri, o cümlədən ASK-nın baş katibi Məhəmmədəli Əfəndiyev çıxış etmişdir.
Tədbirdə Avropa İttifaqının iqtisadiyyatın inkişafına köməyi, Şərq tərəfdaşlığı və onun Avropa İttifaqının möhkəmləndirilməsi və genişləndirilməsində əhəmiyyəti, ayrı-ayrı ölkələrdə inkişaf, Avropa Birliyi və birliyə daxil olan ölkələrlə qarşılıqlı əlaqə və digər məsələlər ətraflı müzakirə olunmuşdur.
Sonda konfrans adından birgə bəyanat qəbul olunmuşdur.
ASK-nın prezidenti etdiyi
çıxışlarda və
keçirdiyi görüşlərdə
inkişaf edən Azərbaycan iqtisadiyyatı,
ölkədə yaradılmış
münbit investisiya mühiti barədə geniş məlumat verərək, iş adamlarını qarşılıqlı
faydalı əməkdaşlığa
dəvət etmişdir.
Azərbaycan.-2011.-27
dekabr.-S.7.