Azərbaycan Respublikasında insan hüquq
və azadlıqlarının
müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət Proqramı
Milli Fəaliyyət Proqramı insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə təsdiq edilir.
Birinci fəsil
Normativ-hüquqi bazanın təkmilləşdirilməsi
1.1. Azərbaycan Respublikası qanunları layihələrinin hazırlanması zamanı Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulması
Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində müəyyən edilmişdir ki, insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu məqsədə nail olmaq üçün Azərbaycan Respublikasında qəbul edilən qanunların ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının təmin olunmasına yönəldilməsi zəruridir. Ölkədə yaranmış qanunyaradıcı təcrübə göstərir ki, qanunların hazırlanması zamanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr rəhbər tutulur, habelə bir çox qanun layihələri onların hazırlanması prosesi zamanı insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların ekspertizasına təqdim olunur, onların rəyi nəzərə alınmaqla qəbul edilir.
İcra orqanları: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti.
İcra müddəti: mütəmadi.
1.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi
Azərbaycan Respublikası insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrə tərəfdar çıxaraq, öz yurisdiksiyası daxilində hər kəsin insan hüquq və azadlıqlarının təmin edilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Bu öhdəliyin yerinə yetirilməsinə nəzarət mexanizmləri çərçivəsində Azərbaycan Respublikası tərəfindən təqdim olunan insan hüquq və azadlıqlarının təmin edilməsinə dair dövri hesabatlar üzrə Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının və digər hökumətlərarası təşkilatların ixtisaslaşmış qurumlarının rəy və tövsiyələrinin həyata keçirilməsi əhəmiyyət kəsb edir. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icra edilməsi çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Göstərilən öhdəliklərin yerinə yetirilməsi zamanı tövsiyələrin ətraflı təhlili, görüləcək tədbirlərin və onların icrasına məsuliyyətli dövlət qurumlarının müəyyən edilməsi zəruridir. Bununla əlaqədar olaraq, qeyd olunan prosesə aşağıda göstərilən qurumların cəlb edilməsi nəzərdə tutulur. Bu işə həmçinin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən yerli qeyri-hökumət təşkilatları cəlb edilir.
İcra orqanları: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Ədliyyə, Xarici İşlər nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu.
İcra müddəti: mütəmadi.
1.2.1. Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası Qanununun qəbul edilməsi
İcra
orqanları: Azərbaycan Respublikasının Milli Məclisi.
İcra
müddəti: mart-aprel 2012-ci il.
1.2.2. Barəsində
həbs qətimkan tədbiri seçilmiş şəxslərin
həbsdə saxlanılmasının qanuniliyinin təmin edilməsi
məqsədilə Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsinə əlavə və dəyişikliklərin
edilməsi haqqında qanun layihəsinin hazırlanması
İcra
orqanları: Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası, Azərbaycan Respublikasının Milli Məclisi.
İcra
müddəti: 2012-ci il.
1.2.3.
Ekstradisiya olunmaq üçün tutulmuş şəxslərin
hüquqlarının təmin edilməsi məqsədilə
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə
əlavə və dəyişikliklərin hazırlanması
İcra
orqanı: Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası
İcra
müddəti: 2012-ci il.
1.2.4.
Informasiya texnologiyalarından istifadə etməklə insan
hüquqlarının pozulmasına qarşı mübarizənin
səmərəliliyinin artırılması məqsədilə
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
"Kompyuter informasiyası əleyhinə olan cinayətlər"
fəslinin yenidən işlənməsi və onun
"Kibercinayətkarlıq haqqında" 2001-ci il 23 noyabr
tarixli Konvensiyanın tələblərinə
uyğunlaşdırılması barədə təkliflərin
hazırlanması
İcra
orqanı: Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası.
İcra
müddəti: 2012-ci il.
1.2.5.
Uşaqların cinsi istismarının qarşısının
alınması məqsədilə cinayət qanunvericiliyin beynəlxalq
hüquq standartlarına uyğunlaşdırılması barədə
təkliflərin hazırlanması
İcra
orqanı: Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası.
İcra
müddəti: 2012-ci il.
1.2.6.
Hüquqi şəxslər tərəfindən insan
hüquqlarının pozulmasının
qarşısının alınması məqsədilə
onların cinayət məsuliyyətinin müəyyən edilməsinə
dair təkliflərin hazırlanması
İcra
orqanı: Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası.
İcra
müddəti: 2012-ci il.
1.2.7.
Diffamasiyaya görə cinayət məsuliyyətinin aradan
qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə
dair təkliflərin hazırlanması
İcra
orqanı: Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası.
İcra
müddəti: 2012-ci il.
1.2.8. Miqrantların
hüquqlarının təmin edilməsi məqsədilə
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi
layihəsinin hazırlanması üzrə işin
yekunlaşdırılması
İcra
orqanı: Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası.
İcra
müddəti: 2012-ci il.
1.2.9. Beynəlxalq
Əmək Təşkilatının 2000-ci il
"Analığın mühafizəsi haqqında" və
1981-ci il "Kişi və qadın işçiləri
üçün bərabər imkanlar: ailə vəzifələri
olan işçilər haqqında" konvensiyalarından irəli
gələn öhdəlikləri nəzərə alaraq
işləyən qadınların və ailə vəzifələri
olan işçilərin əmək hüquqları ilə əlaqədar
əmək qanunvericiliyinin təkmilləşdirilməsi
İcra
orqanları: Azərbaycan Respublikasının Nazirlər
Kabineti, Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan
Respublikasının Milli Məclisi.
İcra
müddəti: 2012-ci il.
1.2.10.
Valideyn məsuliyyətinin artırılması və valideyn vəzifələrini
tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi
İcra
orqanları: Azərbaycan Respublikasının Nazirlər
Kabineti, Azərbaycan Respublikasının Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan
Respublikasının Milli Məclisi.
İcra
müddəti: 2012-2013-cü illər.
1.3. Azərbaycan
Respublikasının insan hüquqlarının müdafiəsi
sahəsində beynəlxalq müqavilələrə
qoşulması ilə bağlı tədbirlərin davam
etdirilməsi
Azərbaycan Respublikası bu günədək Birləşmiş
Millətlər Təşkilatının və müxtəlif
regional təşkilatlarının yüzlərlə
konvensiyalarına və digər beynəlxalq müqavilələrinə
qoşulmuşdur. Eyni zamanda, insan hüquqları üzrə
beynəlxalq hüququn daimi inkişafda olduğunu və yeni
beynəlxalq müqavilələrin qəbul edildiyini nəzərə
alaraq Azərbaycan Respublikasının həmin sənədlərə
qoşulmasının məqsədəuyğunluğu təhlil
edilməli və bu istiqamətdə tədbirlər
görülməlidir.
İcra
orqanları: Azərbaycan Respublikasının Nazirlər Kabineti,
Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyi, Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkili (Ombudsman), Azərbaycan
Milli Elmlər Akademiyasının İnsan Hüquqları
üzrə Elmi-Tədqiqat İnstitutu.
İcra
müddəti: mütəmadi.
1.4. Xarici
ölkələrdə Azərbaycan Respublikası vətəndaşlarının
hüquqi vəziyyətini yaxşılaşdıran və
onların hüquqlarının müdafiəsini tənzimləyən
müqavilə-hüquq bazasının genişləndirilməsi
üzrə tədbirlərin həyata keçirilməsi
Azərbaycan Respublikası hər bir vətəndaşının
olduğu yerdən asılı olmayaraq, insan hüquq və
azadlıqlarının təmin edilməsi üçün zəruri
tədbirləri həyata keçirir. Bu məqsədlə
xarici ölkələrdə yaşayan Azərbaycan
Respublikası vətəndaşlarının
hüquqlarının təmin olunmasına dair müvafiq
dövlətlərlə və onların səlahiyyətli
orqanları ilə müqavilələr
bağlanılmalıdır.
İcra
orqanları: Azərbaycan Respublikasının Nazirlər
Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər,
Ədliyyə nazirlikləri, Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Xidməti.
İcra
müddəti: mütəmadi.
İkinci fəsil
Əhalinin
müxtəlif qruplarının hüquqlarının
müdafiəsi
Bu fəsildə
əhalinin müxtəlif qruplarının, o cümlədən
insan hüquqlarının həyata keçirilməsi
nöqteyi-nəzərindən zəif hesab olunan qrupların -
qaçqın və məcburi köçkünlər, məhkumlar,
hərbi qulluqçular, qadınlar, uşaqlar, ahıllar, əlillər
və başqalarının insan hüquq və
azadlıqlarının daha səmərəli qaydada təmin
edilməsi məqsədilə fəaliyyət istiqamətləri
müəyyən olunur. Göstərilən
istiqamətlərdə artıq bir çox mühüm tədbirlər
həyata keçirilmiş, bu qrupların insan
hüquqlarının müdafiəsi məqsədilə beynəlxalq
təşkilatlarla birgə layihələr icra edilmişdir.
Bununla yanaşı, göstərilən istiqamətlərdə
fəaliyyətin mütəmadi qaydada davam etdirilməsi əlavə
tədbirlərin həyata keçirilməsini zəruri edir.
2.1. Ermənistanın
Azərbaycana qarşı təcavüzü nəticəsində
qaçqın və məcburi köçkün
düşmüş şəxslərin hüquqlarının
kütləvi şəkildə pozulması, işğal nəticəsində
Azərbaycanın təbii, tarixi və mədəni sərvətlərinin
dağıdılması faktının dünya ictimaiyyətinə
çatdırılması və onlara dəymiş zərərin
Ermənistan dövləti tərəfindən ödənilməsi
məqsədilə beynəlxalq təşkilatlarda işin
davam etdirilməsi
İcra
orqanları: Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər
Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər,
Ədliyyə, İqtisadi İnkişaf, Ekologiya və Təbii
Sərvətlər, Mədəniyyət, Təhsil, Gənclər
və İdman, Kənd Təsərrüfatı, Nəqliyyat
nazirlikləri, Azərbaycan Respublikasının
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan
Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının
İnsan hüquqları üzrə müvəkkili (Ombudsman).
İcra
müddəti: mütəmadi.
2.2. Etnik
azlıqların mədəni irsinin qorunub saxlanılması və
inkişaf etdirilməsi sahəsində fəaliyyətin davam
etdirilməsi
İcra
orqanları: Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər
Kabineti, Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm, Təhsil nazirlikləri, Azərbaycan Milli Elmlər
Akademiyası, Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkili (Ombudsman).
İcra
müddəti: mütəmadi.
2.3.
Sahibkarların və istehlakçıların
hüquqlarının möhkəmləndirilməsi
İcra
orqanları: Azərbaycan Respublikasının İqtisadi
İnkişaf, Ədliyyə, Vergilər nazirlikləri, Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi.
İcra
müddəti: mütəmadi.
2.4.
İşsizlərin əmək bazarında rəqabət
qabiliyyətinin artırılması, onların yeni peşələrə
yiyələnməsinə yönəlmiş kursların təşkili
İcra
orqanları: Azərbaycan Respublikasının Nazirlər
Kabineti, Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Təhsil
nazirlikləri, Azərbaycan Respublikasının Dövlət
Statistika Komitəsi.
İcra
müddəti: mütəmadi.
2.5.
İşçilərin əmək hüquqlarının
müdafiəsinin gücləndirilməsi, istehsalatda və
tikintidə əməyin təhlükəsizliyinin təmin
edilməsi sahəsində tədbirlərin səmərəliliyinin
artırılması
İcra
orqanları: Azərbaycan Respublikasının Nazirlər
Kabineti, Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar, Səhiyyə
nazirlikləri.
İcra
müddəti: mütəmadi.
2.6.
Əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi
sahəsində tədbirlərin səmərəliliyinin
artırılması
İcra
orqanları: Azərbaycan Respublikasının Nazirlər
Kabineti, Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi, Azərbaycan Respublikasının
Fövqəladə Hallar Nazirliyi, Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkili (Ombudsman), Azərbaycan Respublikasının
şəhər və rayon icra hakimiyyətləri.
İcra
müddəti: mütəmadi.
2.7.
Əhali, xüsusilə də, uşaq və gənclər
arasında sağlam ətraf mühit və sağlam həyat
tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə
aludə olanların, İİV/QİÇS-ə yoluxmuş
şəxslərin reabilitasiyası üzrə tədbirlərin
həyata keçirilməsi
İcra
orqanları: Azərbaycan Respublikasının Səhiyyə,
Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər
və İdman, Təhsil nazirlikləri, Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi, Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə müvəkkili
(Ombudsman).
İcra
müddəti: mütəmadi.
2.8.
Əlillərin və sağlamlıq imkanları məhdud
uşaqların təlim və peşə
hazırlığının, onlara göstərilən xidmətlərin
(sosial xidmət, inklüziv təhsil və s.) keyfiyyətinin
yaxşılaşdırılması məqsədi ilə
xüsusi olaraq tibbi, pedaqoji kadrların və sosial
işçilərin hazırlanması
İcra
orqanları: Azərbaycan Respublikasının Nazirlər
Kabineti, Azərbaycan Respublikasının Təhsil, Əmək
və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirlikləri,
Azərbaycan Respublikasının Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi.
İcra
müddəti: mütəmadi.
2.9.
Ahılların hüquqlarının təmin edilməsi sahəsində
tədqiqatların aparılması və monitorinq sisteminin təkmilləşdirilməsi
İcra
orqanları: Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirlikləri,
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi.
İcra
müddəti: mütəmadi.
2.10.
Saxlanılan şəxslərin öz iradəsi ilə tərk
edə bilmədiyi yerlərdə şəraitin və rejimin
beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində
tədbirlərin davam etdirilməsi
İcra
orqanları: Azərbaycan Respublikasının Ədliyyə,
Daxili İşlər, Milli Təhlükəsizlik, Müdafiə,
Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə,
Təhsil nazirlikləri, Dövlət Miqrasiya Xidməti.
İcra
müddəti: 2012-2015-ci illər.
2.11.
Azadlıqdan məhrum edilmiş şəxslərin beynəlxalq
standartlara uyğun saxlanılması məqsədilə yeni
penitensiar müəssisələrin inşa edilməsi
işinin davam etdirilməsi
İcra
orqanları: Azərbaycan Respublikasının Nazirlər
Kabineti, Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi.
İcra
müddəti: 2012-2015-ci illər.
2.12.
Azadlıqdan məhrum edilmiş şəxslərin islah edilməsinə
ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının
cəlb edilməsi və ictimai nəzarət mexanizmlərinin
tətbiq olunması, bu sahədə qabaqcıl təcrübənin
öyrənilməsi
İcra
orqanları: Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi, Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkili (Ombudsman).
İcra
müddəti: mütəmadi.
2.13.
Qadınların əmək bazarında rəqabət qabiliyyətinin
artırılması, qadınlar arasında
sahibkarlığın inkişaf etdirilməsi, qadınlar tərəfindən
yeni peşələrin əldə edilməsinə yönəlmiş
kursların təşkili
İcra
orqanları: Azərbaycan Respublikasının Nazirlər Kabineti,
Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi, Səhiyyə, Təhsil nazirlikləri,
Azərbaycan Respublikasının Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi.
İcra
müddəti: mütəmadi.
2.14. Məişət
zorakılığına məruz qalmış qadınlar
üçün reabilitasiya proqramlarının
hazırlanması
İcra
orqanları: Azərbaycan Respublikasının Nazirlər
Kabineti, Azərbaycan Respublikasının Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi.
İcra
müddəti: 2012-2013-cü illər.
2.15.
Qadınlara qarşı zorakılıq, o cümlədən məişət
zorakılığı ilə mübarizənin gücləndirilməsi,
bu cür zorakılığın qurbanları
üçün hüquqi müdafiə vasitələrinin, zəruri
kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji
yardımın təmin olunması
İcra
orqanları: Azərbaycan Respublikasının Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,
Azərbaycan Respublikasının Səhiyyə, Əmək və
Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkili (Ombudsman).
İcra
müddəti: mütəmadi.
2.16.
Uşaqların tərbiyəsinə, tədrisinə və
maarifləndirilməsinə yönəlmiş televiziya
proqramlarının hazırlanması, habelə Uşaq
Televiziyasının yaradılması imkanlarının
araşdırılması
İcra
orqanları: Azərbaycan Respublikasının Milli Televiziya və
Radio Şurası, Azərbaycan Respublikasının Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi, Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu.
İcra
müddəti: 2012-2013-cü illər.
2.17.
Uşaq əməyinə dair müvafiq beynəlxalq
konvensiyalardan, həmçinin Beynəlxalq Əmək Təşkilatının
sənədlərindən irəli gələn öhdəliklərin
yerinə yetirilməsi üzrə tədbirlərin gücləndirilməsi
İcra
orqanları: Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi, Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkili (Ombudsman).
İcra
müddəti: mütəmadi.
2.18.
Yetkinlik yaşına çatmayanların
baxımsızlığı ilə mübarizə və
sosial reabilitasiyası sahəsində qeyri-hökumət təşkilatları
və beynəlxalq təşkilatlarla əməkdaşlıq
İcra
orqanları: Azərbaycan Respublikasının Nazirlər
Kabineti, Azərbaycan Respublikasının Daxili İşlər,
Ədliyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi,
Gənclər və İdman nazirlikləri, Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi, Azərbaycan
Respublikasının insan hüquqları üzrə müvəkkili
(Ombudsman).
İcra
müddəti: mütəmadi.
2.19.
Bölgələrdə zorakılıq və insan alveri
qurbanları, kimsəsizlər, narkomaniyadan və alkoqolizmdən
müalicəyə ehtiyacı olanlar üçün krizis mərkəzlərinin
yaradılması
İcra
orqanları: Azərbaycan Respublikasının Nazirlər
Kabineti.
İcra
müddəti: 2012-2015-ci illər.
2.20. Ali təhsil
müəssisələri nəzdində fəaliyyət
göstərən "hüquq klinikaları"nın fəaliyyətinin dəstəklənməsi
İcra
orqanları: Azərbaycan Respublikasının Təhsil,
Ədliyyə nazirlikləri, Azərbaycan Respublikasının
İnsan hüquqları üzrə müvəkkili (Ombudsman).
İcra
müddəti: 2012-2015-ci illər.
2.21.
Əhalinin sağlam ətraf mühitdə yaşamaq
hüququnun təmini və ətraf mühitin çirkləndirilməsinin
qarşısının alınması məqsədilə
ekoloji vəziyyətin yaxşılaşdırılması
istiqamətində tədbirlərin həyata keçirilməsi
İcra
orqanları: Azərbaycan Respublikasının Nazirlər
Kabineti, Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər, Səhiyyə nazirlikləri.
İcra
müddəti: mütəmadi.
2.22.
Kütləvi informasiya vasitələri üçün fikir
və ifadə azadlıqlarının həyata keçirilməsi
ilə bağlı təlimlərin təşkil edilməsi
İcra
orqanları: Azərbaycan Mətbuat Şurası, Azərbaycan
Respublikasının Milli Televiziya və Radio Şurası, Azərbaycan
Respublikasının insan hüquqları üzrə müvəkkili
(Ombudsman).
İcra
müddəti: mütəmadi.
Üçüncü
fəsil
Dövlət
orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi
3.1. Şəxsin
tutulması, həbs edilməsi, müvəqqəti saxlama
yerində və istintaq təcridxanalarında saxlanması
zamanı qanunvericiliyin tələblərinin, insan
hüquqlarının pozulması, pis rəftar, vəzifədən
sui-istifadə və digər bu kimi halların ciddi araşdırılması,
qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin
yerinə yetirilməsi
Bu sahədə aparılan davamlı tədbirlər həbs
yerlərində saxlanılan şəxslərin
hüquqlarının təmin edilməsi istiqamətində
müsbət nəticələrə gətirib
çıxarmışdır. Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 13 yanvar tarixli sərəncamı
ilə "İşgəncə və digər qəddar,
qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və
ya cəza əleyhinə Konvensiya"nın Fakültativ
Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin
funksiyalarını yerinə yetirən təsisat qismində Azərbaycan
Respublikasının insan hüquqları üzrə müvəkkili
(Ombudsman) müəyyən edilmişdir. "Azərbaycan
Respublikasının insan hüquqları üzrə müvəkkili
(Ombudsman) haqqında" Azərbaycan Respublikasının
Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə"
2011-ci il 24 iyun tarixli Azərbaycan Respublikası Konstitusiya
Qanunu ilə Azərbaycan Respublikasının Ombudsman təsisatının
müvafiq səlahiyyətləri və imtiyazları müəyyən
edilmişdir.
İcra
orqanları: Azərbaycan Respublikasının Daxili İşlər,
Ədliyyə, Milli Təhlükəsizlik nazirlikləri, Azərbaycan
Respublikasının Baş Prokurorluğu, Azərbaycan
Respublikasının insan hüquqları üzrə müvəkkili
(Ombudsman).
İcra
müddəti: mütəmadi.
3.2.
Korrupsiya ilə mübarizənin gücləndirilməsi
potensialının artırılması, milli mexanizmlərin
inkişafı, habelə bu sahədə institusional
islahatların davam etdirilməsi
Azərbaycan Respublikası korrupsiyaya qarşı
mübarizəyə xüsusi diqqət yetirərək bu sahədə
ciddi islahatlar aparmış, ixtisaslaşmış beynəlxalq
hökumətlərarası və qeyri-hökumət
qurumları ilə səmərəli əməkdaşlıq əlaqələri
qurmuş, həyata keçirilən müxtəlif birgə
proqramlar çərçivəsində mühüm nailiyyətlər
əldə etmişdir.
İcra
orqanları: Azərbaycan Respublikasının Korrupsiyaya
qarşı mübarizə üzrə Komissiyası, Azərbaycan
Respublikasının İqtisadi İnkişaf, Maliyyə, Vergilər
nazirlikləri, Azərbaycan Respublikasının Mərkəzi
Bankı, Azərbaycan Respublikasının Baş
Prokurorluğu, Azərbaycan Respublikasının Mərkəzi
Bankı yanında Maliyyə Monitorinqi Xidməti.
İcra
müddəti: mütəmadi.
3.3.
Dövlət orqanlarının fəaliyyətində şəffaflığın
təmin edilməsi və korrupsiyaya qarşı mübarizə
üzrə növbəti illər üçün fəaliyyət
planının hazırlanması
Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 28 iyul sərəncamı ilə
təsdiq edilmiş "Şəffaflıgın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə milli strategiyanın həyata keçirilməsi ilə
bağlı fəaliyyət planının (2007-2011-ci illər)"
yerinə yetirilməsi nəticəsində bu sahədə
mühüm irəliləyişlər əldə
edilmişdir. Korrupsiyaya qarşı mübarizənin
əhəmiyyətini nəzərə alaraq, növbəti illər
üçün fəaliyyət planının qəbul edilməsi
nəzərdə tutulur.
İcra
orqanı: Azərbaycan Respublikasının Korrupsiyaya
qarşı mübarizə üzrə Komissiyası.
İcra
müddəti: 2012-ci il.
3.4.
Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin
təmin edilməsi
Azərbaycan Respublikası Prezidentinin "Dövlət
orqanlarının elektron xidmətlər göstərməsinin
təşkili sahəsində bəzi tədbirlər
haqqında" fərmanında göstərilmişdir ki,
modern və çevik idarəetmənin təmin edilməsi,
dövlət orqanlarının fəaliyyətində şəffaflığın
artırılması və korrupsiyaya şərait yaradan
halların aradan qaldırılması üçün əhaliyə
elektron xidmətlərin göstərilməsi zəruridir. Bu məqsədlə
mərkəzi icra hakimiyyəti orqanlarının rəsmi
internet səhifələrində elektron xidmət bölməsi
yaradılmalı, xidmətin həyata keçirilməsi
üçün tələb edilən sənədlərin
siyahısı yerləşdirilməli və vətəndaşların
həmin sənədlərlə birlikdə müraciətlərinin
elektron qaydada qəbul edilməsi təmin edilməlidir. Həmin
fərmanın icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il
24 noyabr tarixli qərarı ilə "Mərkəzi icra
hakimiyyəti orqanları tərəfindən konkret sahələr
üzrə elektron xidmətlər göstərilməsi
Qaydaları" və "Elektron xidmət növlərinin
Siyahısı" təsdiq edilmişdir. Dövlət
orqanları tərəfindən elektron xidmətlərin həyata
keçirilməsi ilə bağlı məsələlər
qaydalarla tənzimlənir, "Elektron xidmət növlərinin
Siyahısı"nda isə hər bir dövlət qurumunun həyata
keçirdiyi elektron xidmət növünün dəqiq
siyahısı müəyyən edilir. Elektron
hökumət portalı artıq yaradılmış və
hazırda bir neçə dövlət orqanının portala
qoşulması təmin edilmişdir. Elektron
xidmət göstərən bütün dövlət
orqanlarının portala qoşulması məqsədi ilə tədbirlər
davam etdirlir.
3.4.1.
Elektron hökumət portalının tam istifadəyə verilməsi
İcra
orqanı: Azərbaycan Respublikasının Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi.
İcra
müddəti: 2012-ci il.
3.4.2.
Elektron xidmətlərin həyata keçirilməsinin təmin
edilməsi
İcra
orqanı: Azərbaycan Respublikasının mərkəzi icra
hakimiyyəti orqanları.
İcra
müddəti: 2012-2013-cü illər.
3.4.3.
Dövlət orqanlarının elektron imza ilə təmin edilməsi
İcra
orqanları: Azərbaycan Respublikasının Nazirlər
Kabineti, Azərbaycan Respublikasının Maliyyə, Rabitə və
İnformasiya texnologiyaları nazirlikləri.
İcra
müddəti: 2012-ci il.
3.4.4.
Şəxslərin müraciət etmək imkanlarının
genişləndirilməsi məqsədilə regional elektron
müraciət terminallarının yaradılması, şəxslərin
bu terminallardan istifadəsinin təşviq edilməsi
İcra
orqanı: Azərbaycan Respublikasının Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan
Respublikasının şəhər və rayonlarının
icra hakimiyyəti orqanları.
İcra
müddəti: 2012-2015-ci illər.
3.5. Məhkəmə
qərarlarının vaxtında və dəqiq icrasını
təmin etmək məqsədi ilə icra tədbirlərinin səmərəliliyinin
artırılması
Məhkəmə qərarlarının vaxtında və
dürüst icra edilməsi şəxslərin ədalətli
məhkəmə hüququnun tərkib hissəsini təşkil
edir. Son illər görülmüş tədbirlər, o
cümlədən qanunvericilikdə əlavə və dəyişikliklərin
edilməsi nəticəsində bu sahədə mövcud
olmuş bir sıra problemlərin aradan qaldırılması
mümkün olmuşdur.
İcra
orqanı: Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi.
İcra
müddəti: mütəmadi.
3.6. Hakimlərin
və hakimliyə namizədlərin, hüquq-mühafizə
orqanları əməkdaşlarının və vəkillərin
tədrisində insan hüquqları sahəsində beynəlxalq
konvensiyalarla bağlı mövzuların geniş istifadə
edilməsi, bu sahədə beynəlxalq təcrübənin
öyrənilməsi
İcra
orqanı: Azərbaycan Respublikasının Ədliyyə, Milli
Təhlükəsizlik, Daxili İşlər nazirlikləri, Azərbaycan
Respublikasının Baş Prokurorluğu, Azərbaycan
Respublikasının Vəkillər Kollegiyası.
İcra
müddəti: mütəmadi.
3.7. İnsan
hüquqlarının müdafiəsini tənzimləyən
beynəlxalq sənədlərin müddəalarının Azərbaycan
Respublikasının məhkəmələri tərəfindən
tətbiqi üzrə araşdırma və tədqiqatların
aparılması
İcra
orqanı: Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının
İnsan Hüquqları üzrə Elmi-Tədqiqat
İnstitutu.
İcra
müddəti: mütəmadi.
3.8. Şəxslərin
təqsirsizlik prezumpsiyasının təmin edilməsi məqsədilə
hüquq-mühafizə orqanlarının əməkdaşları,
habelə kütləvi informasiya vasitələrinin əməkdaşları
üçün təlimlərin keçirilməsi
İcra
orqanı: Azərbaycan Respublikasının Prezidentinin
Administrasiyası.
İcra
müddəti: 2012-2013-cü illər.
3.9. Azərbaycan
Respublikasında vəkillik institutunun gücləndirilməsi,
fəaliyyətinin səmərəliliyinin
artırılması və müstəqilliyinin təmin edilməsi,
habelə bölgələrdə peşəkar vəkillərin
sayının artırılması
İcra
orqanı: Azərbaycan Respublikasının Nazirlər Kabineti,
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası.
İcra
müddəti: 2012-2013-cü illər.
3.10.
Seçki komissiyaları üzvləri üçün
seçki hüququ üzrə
ixtisaslaşdırılmış kursların davam etdirilməsi
İcra
orqanı: Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası.
İcra
müddəti: mütəmadi.
Dördüncü
fəsil
İnsan
hüquqları sahəsində tədris, elmi-analitik və
maarifləndirmə tədbirləri
4.1.
"İşgəncə və digər qəddar, qeyri-insani
və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə
Konvensiya"nın və onun Fakültativ
Protokolunun tələblərinin hüquq-mühafizə
orqanlarının, digər aidiyyəti qurumların əməkdaşları,
habelə vəkillər və hüquq sahəsində
ixtisaslaşan qeyri-hökumət təşkilatlarının
nümayəndələri tərəfindən öyrənilməsi
işinin təşkil olunması
İcra
orqanları: Azərbaycan Respublikasının Ədliyyə,
Daxili İşlər, Milli Təhlükəsizlik, Müdafiə,
Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial
Müdafiəsi nazirlikləri, Azərbaycan
Respublikasının insan hüquqları üzrə müvəkkili
(Ombudsman), Azərbaycan Respublikasının Vəkillər
Kollegiyası, Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurası.
İcra
müddəti: 2012-ci il.
4.2.
"İşgəncə və digər qəddar, qeyri-insani
və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə
Konvensiya"nın Fakültativ Protokoluna
uyğun olaraq milli preventiv mexanizmin funksiyalarının səmərəli
yerinə yetirilməsini təmin etmək məqsədi ilə
maarifləndirmə və digər zəruri tədbirlərin həyata
keçirilməsi
İcra
orqanları: Azərbaycan Respublikasının Ədliyyə,
Daxili İşlər, Milli Təhlükəsizlik, Müdafiə,
Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial
Müdafiəsi nazirlikləri, Azərbaycan
Respublikasının insan hüquqları üzrə müvəkkili
(Ombudsman), Azərbaycan Respublikasının Vəkillər
Kollegiyası.
İcra
müddəti: 2012-ci il.
4.3.
BMT-nin Baş Məclisi tərəfindən bəyan edilmiş
"İnsan hüquqları sahəsində maarifləndirmə"
və "İnsan hüquqları sahəsində təhsil",
BMT-nin İnsan Hüquqları üzrə Ali
Komissarlığının İnsan hüquqlarının tədrisi
üzrə Dünya Proqramına, UNESCO-nun "Davamlı
İnkişaf naminə təhsil" onilliklərinə
uyğun insan hüquqları üzrə tədris vəsaitlərinin
hazırlanması
İcra
orqanları: Azərbaycan Respublikasının Təhsil,
Ədliyyə nazirlikləri, Azərbaycan Milli Elmlər
Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat
İnstitutu.
İcra
müddəti: mütəmadi.
4.4. Orta
ixtisas və ali təhsil müəssisələrində
insan hüquqlarının tədrisinin genişləndirilməsi,
ümumtəhsil məktəblərində uşaq
hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi
İcra
orqanları: Azərbaycan Respublikasının Nazirlər Kabineti,
Azərbaycan Respublikasının Təhsil, Ədliyyə
nazirlikləri.
İcra
müddəti: 2012-2015-ci illər.
4.5. Məktəblilər
və tələbələr üçün insan
hüquqlarına dair olimpiadaların, müsabiqələrin, sərgilərin
və digər tədbirlərin keçirilməsinin davam
etdirilməsi
İcra
orqanları: Azərbaycan Respublikasının Nazirlər
Kabineti, Azərbaycan Respublikasının Təhsil, Gənclər
və İdman, Mədəniyyət və Turizm, Ədliyyə
nazirlikləri, Azərbaycan Respublikasının insan
hüquqları üzrə müvəkkili (Ombudsman).
İcra
müddəti: mütəmadi.
4.6.
İnsan hüquqları ilə bağlı dərs vəsaitlərinin,
əyani vəsaitlərin, bukletlərin, plakatların
hazırlanması, nəşr edilməsi və əhali
arasında yayılması işinin davam etdirilməsi
İcra
orqanları: Azərbaycan Respublikasının Nazirlər
Kabineti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan
Milli Elmlər Akademiyasının İnsan Hüquqları
üzrə Elmi-Tədqiqat İnstitutu, Azərbaycan
Respublikasının insan hüquqları üzrə müvəkkili
(Ombudsman).
İcra
müddəti: mütəmadi.
4.7. Ali təhsil
və elm ocaqlarında insan hüquq və azadlıqları
problemlərinə dair elmi-tədqiqat işlərinin təkmilləşdirilməsi
İcra
orqanları: Azərbaycan Respublikasının Təhsil
Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının
İnsan Hüquqları üzrə Elmi-Tədqiqat
İnstitutu.
İcra
müddəti: mütəmadi.
4.8.
UNESCO-nun "Təhsil hamı üçün" prinsipinin
təbliği, insan hüquq və azadlıqlarının daha
səmərəli müdafiəsi məqsədilə əhalinin
müxtəlif qrupları (qadınlar, uşaqlar, gənclər,
əlillər, ahıllar, qaçqın və məcburi
köçkünlər, məhkumlar, hərbi qulluqçular,
narkomaniya və HİV / AİDS-ə yoluxmuş insanlar)
üçün hüquqi maarifləndirmə sahəsində
təlimçilərin hazırlanması
İcra
orqanları: Azərbaycan Respublikasının Daxili İşlər,
Ədliyyə, Təhsil, Əmək və Əhalinin Sosial
Müdafiəsi, Gənclər və İdman, Müdafiə, Səhiyyə
nazirlikləri, Azərbaycan Respublikasının
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi, Azərbaycan
Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət
Komitəsi, Azərbaycan Respublikasının insan
hüquqları üzrə müvəkkili (Ombudsman).
İcra
müddəti: mütəmadi.
4.9.
İnsan hüquqları sahəsində təhsilin səmərəliliyinin
artırılması və bu sahədə işin əlaqələndirilməsi
məqsədilə ixtisaslaşmış insan hüquqları
mərkəzlərinin (insan hüquqları məktəbi,
insan hüquqları evi və s.) və ya şəbəkələrinin
yaradılması
İcra
orqanları: Azərbaycan Respublikasının Təhsil
Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının
İnsan Hüquqları üzrə Elmi-Tədqiqat
İnstitutu.
İcra
müddəti: 2012-ci il.
4.10.
Əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin
inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi,
sülh və dözümlülük mədəniyyətinin,
xalqımızın milli-mənəvi dəyərlərinin təbliği
məqsədilə maarifləndirmə tədbirlərinin
keçirilməsi
İcra
orqanları: Azərbaycan Respublikasının Nazirlər
Kabineti, Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası, Azərbaycan Respublikasının Daxili
İşlər, Ədliyyə, Təhsil nazirlikləri, Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi, Azərbaycan
Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi, Azərbaycan Respublikasının insan
hüquqları üzrə müvəkkili (Ombudsman).
İcra
müddəti: 2012-2015-ci illər.
4.11.
İnsan hüquq və azadlıqlarına mühüm təhlükə
yaradan təcavüz, terrorçuluq, korrupsiya, insan alveri kimi
cinayətlərin qarşısının alınması, mədəniyyətlər
və dinlərarası dialoqun, eləcə də dini
tolerantlığın gücləndirilməsi
mövzularında ölkədaxili və beynəlxalq tədbirlərin
(dəyirmi masa, seminar, konfrans və s.) davam etdirilməsi
İcra
orqanları: Azərbaycan Respublikasının Nazirlər
Kabineti, Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası, Azərbaycan Respublikasının Xarici
İşlər, Ədliyyə, Daxili İşlər nazirlikləri,
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi, Azərbaycan Respublikasının insan
hüquqları üzrə müvəkkili (Ombudsman).
İcra
müddəti: 2012-2015-ci illər.
4.12.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin
qərarlarının Azərbaycan dilinə tərcümə
edilməsi və müvafiq qurumlar arasında yayılması
İcra
orqanları: İnsan Hüquqları üzrə Avropa Məhkəməsi
yanında Azərbaycan Respublikasının səlahiyyətli
nümayəndəsi, Azərbaycan Respublikasının
Ədliyyə, Daxili İşlər nazirlikləri, Azərbaycan
Respublikasının Ali Məhkəməsi, Azərbaycan
Respublikasının Baş Prokurorluğu.
İcra
müddəti: mütəmadi.
4.13.
İnsan hüquqları sahəsində beynəlxalq sənədlərin,
xüsusilə, İnsan Hüquqlarına dair Avropa
Konvensiyasının dövlət qulluqçuları, məhkəmə,
prokurorluq, daxili işlər orqanlarının əməkdaşları
və vəkillər, Azərbaycan Respublikasının insan
hüquqları üzrə müvəkkili (Ombudsman)
Aparatının və regional mərkəzlərinin
işçiləri, bələdiyyə üzvləri tərəfindən
öyrənilməsinin təmin edilməsi
İcra
orqanları: Azərbaycan Respublikasının Nazirlər
Kabineti, Azərbaycan Respublikasının Daxili İşlər,
Ədliyyə, Təhsil nazirlikləri, Azərbaycan
Respublikasının Baş Prokurorluğu, Azərbaycan
Respublikasının insan hüquqları üzrə müvəkkili
(Ombudsman), Azərbaycan Respublikasının Vəkillər
Kollegiyası.
İcra
müddəti: mütəmadi.
4.14.
İnsan hüquqları sahəsində ixtisaslaşmış
beynəlxalq elmi-tədqiqat və tədris müəssisələri
ilə əməkdaşlığın təkmilləşdirilməsi
İcra
orqanları: Azərbaycan Respublikasının Ədliyyə,
Xarici İşlər, Təhsil nazirlikləri, Azərbaycan
Milli Elmlər Akademiyasının İnsan Hüquqları
üzrə Elmi-Tədqiqat İnstitutu.
İcra
müddəti: mütəmadi.
4.15.
Kitabxanalarda insan hüquqları ilə bağlı bölmələrin
inkişaf etdirilməsi
İcra
orqanları: Azərbaycan Respublikasının Nazirlər
Kabineti, Azərbaycan Respublikasının Təhsil, Mədəniyyət
və Turizm nazirlikləri, Azərbaycan Milli Elmlər
Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat
İnstitutu, Azərbaycan Respublikasının insan
hüquqları üzrə müvəkkili (Ombudsman).
İcra
müddəti: 2012-2015-ci illər.
4.16.
İnformasiya əldə etmək haqqında Azərbaycan
Respublikası qanunvericiliyinin izahı ilə bağlı
maarifləndirmə tədbirlərinin həyata keçirilməsi
və informasiya almaq hüququnun səmərəli təmin
edilməsi
İcra
orqanları: Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası, Azərbaycan Respublikasının Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu.
İcra
müddəti: 2012-2015-ci illər.
4.17.
İnsan hüquqları sahəsində fəaliyyət
göstərən dövlət qurumlarının internet səhifələrinin
yaradılması və inkişaf etdirilməsi
İcra
orqanları: Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası, Azərbaycan Respublikasının Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu.
İcra
müddəti: 2012-2015-ci illər.
4.18.
Reproduktiv sağlamlıq və ailə
planlaşdırılması üzrə əhalinin maarifləndirilməsi
üçün könüllülərin hazırlanması
İcra
orqanı: Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi.
İcra
müddəti: mütəmadi.
Beşinci
fəsil
İnsan
hüquqları sahəsində beynəlxalq təşkilatlarla
əməkdaşlıq
5.1. Birləşmiş
Millətlər Təşkilatının
ixtisaslaşmış təsisatları və beynəlxalq
regional təşkilatlar ilə birgə layihələrin
hazırlanması və həyata keçirilməsi
Azərbaycan
Respublikasının BMT-nin müxtəlif təsisatları, o
cümlədən insan hüquqları sahəsində
ixtisaslaşan qurumları, Qaçqınlar üzrə Ali
Komissarlıq, UNESCO, Qaçqınlar üzrə Ali
Komissarlıq, UNİCEF, Dünya Bankı, habelə Avropa
Şurası, Avropa İttifaqı, Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatı, İslam
Əməkdaşlıq Təşkilatı və digər
regional təşkilatlar ilə birgə əməkdaşlıq
proqramlarının həyata keçirilməsi, bu
proqramların əhəmiyyətini təsdiq etmişdir. Belə proqramlar, həmçinin ölkədə
aparılan islahatlar prosesində beynəlxalq təcrübənin
nəzərə alınması, beynəlxalq mütəxəssislərin
cəlb edilməsi üçün imkan yaradır.
İcra
orqanları: Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər
Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyi və digər müvafiq dövlət qurumları.
İcra
müddəti: mütəmadi.
5.2.
2012-2013-cü illər üçün Avropa Şurası ilə
birgə Fəaliyyət Planının həyata keçirilməsi
1995-ci ildə başlamış Azərbaycan
Respublikasının Avropa Şurası ilə əməkdaşlığı
məhkəmə-hüquq, korrupsiyaya qarşı mübarizə,
gənclər siyasəti, vətəndaş cəmiyyətinin
inkişafı və sair sahələrdə uğurla həyata
keçirilir.
Növbəti illər üçün nəzərdə
tutulan Avropa Şurası ilə Fəaliyyət Planı
çərçivəsində yuxarıdakı istiqamətlər
üzrə əlavə tədbirlər həyata keçiriləcəkdir.
İcra
orqanları: Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası, Azərbaycan Respublikasının Daxili
İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Gənclər
və İdman, Xarici İşlər nazirlikləri, Azərbaycan
Respublikasının Korrupsiyaya qarşı Mübarizə
üzrə Komissiyası, Azərbaycan Respublikasının Mərkəzi
Bankı yanında Maliyyə Monitorinqi Xidməti, İnsan
Hüquqları üzrə Avropa Məhkəməsi yanında
Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi,
Azərbaycan Respublikasının insan hüquqları üzrə
müvəkkili (Ombudsman).
İcra müddəti:
2012-2013-cü illər.
5.3.
BMT-nin "Minilliyin inkişaf məqsədləri"nin təbliği və həyata keçirilməsi
üçün BMT-nin İnsan Hüquqları Şurası
ilə səmərəli əməkdaşlıq əlaqələrinin
inkişaf etdirilməsi
Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli sərəncamı
ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında
insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət
Planı"na müvafiq olaraq, BMT-nin "Minilliyin inkişaf məqsədləri"nin
təbliği və həyata keçirilməsi
üçün Azərbaycan Respublikasının müvafiq
dövlət qurumları tərəfindən BMT-nin İnsan
Hüquqları Şurası ilə əməkdaşlıq əlaqələri
yaradılmışdır.
İcra
orqanları: Azərbaycan Respublikasının Xarici İşlər,
İqtisadi İnkişaf, Səhiyyə nazirlikləri, Azərbaycan
Respublikasının insan hüquqları üzrə müvəkkili
(Ombudsman).
İcra
müddəti: 2012-2015-ci illər
Altıncı
fəsil
Milli Fəaliyyət
Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi,
monitorinqi və qiymətləndirilməsi
6.1. Milli Fəaliyyət Proqramı üzrə icra
orqanları nümayəndələrindən ibarət Milli Fəaliyyət
Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi
üzrə işçi qrupu öz fəaliyyəti barədə
müntəzəm surətdə Azərbaycan
Respublikasının Prezidentinə məlumat verir.
6.2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi üzrə işçi qrupunun təqdim etdiyi məlumatları təhlil edərək onun təkmilləşdirilməsinə dair təkliflər verir.
6.3. İşçi qrup Milli Fəaliyyət Proqramının təbliği və səmərəli icrası məqsədilə yerli icra hakimiyyəti, bələdiyyələr, məhkəmə, daxili işlər və prokurorluq orqanlarının, yerli qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, icmaların və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr, seminarlar, dəyirmi masalar, konfranslar, habelə televiziya və radio verilişləri təşkil edilir.
6.4.
İnsan hüquq və azadlıqlarının daha səmərəli
təmin edilməsi məqsədi ilə Milli Fəaliyyət
Proqramı müntəzəm qaydada yeniləşdirilə bilər.
Azərbaycan.-2011.-28 dekabr.-S.5-6.