92 ailəyə bəxş
edilən sevinc
Məhkum olunmuş bir sıra
şəxslərin əfvi ilə bağlı
Azərbaycan Prezidentinin sərəncamı
icra edilmişdir
Sivil cəmiyyətdə
insan haqlarının təminatına və ümumbəşəri humanist dəyərlərin
bərqərar olmasına
xidmət edən əfv və amnistiya aktları olduqca yüksək dəyərləndirilir. Ümummilli lider
Heydər Əliyevi böyük şəxsiyyət
və lider kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri
də məhz bu idi ki,
o, günahkarı cəzalandırmağı
da, şans verərək bağışlamağı,
islah etməyi də bacarırdı.
Ümummilli liderin qanunvericilik
təşəbbüsü əsasında Milli Məclis 1996-2003-cü illərdə
amnistiya haqqında 7 qanun imzalamış, 21325 məhkum azadlığa buraxılmış, ümumilikdə
78 mindən artıq məhkuma bu amnistiya aktları şamil edilmişdir. Bəzi iddiaların əksinə olaraq bu humanist addımlar ciddi tərbiyəvi əhəmiyyət
daşımış, ölkədə
cinayətkarlığın səviyyəsinin daha da azalmasını təmin etmişdir. 1995-ci ildən bəri
imzalanan 50 əfv sərəncamı 5314 nəfər
məhkuma şamil edilmişdir. Heydər Əliyev
cəzanın adekvatlığı
və humanistliyi məsələlərinə daim
diqqətlə yanaşmış,
bu məqsədlə hüquq-muhafizə orqanlarında
yeni dövrün tələblərinə cavab
verən mütərəqqi
islahatların aparılmasını
daim nəzarətdə
saxlamışdır. İnsanlara böyük sevinc bəxş edən, onlara səmimi, ülvi hislər aşılayan əvf və amnistiya aktları ümummilli lider Heydər Əliyevin xalq və dövlət maraqları naminə reallaşdırdığı misilsiz
işlər sırasında
daim xüsusi qeyd olunur.
Ulu öndərin
möhkəm təməllər
üzərində əsasını
qoyduğu siyasəti bütün sahələrdə
uğurla davam etdirən Prezident İlham Əliyev də əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında
fəaliyyətini təmin
etmişdir. Hər bir vətəndaşın
Prezidenti olduğunu qısa müddətdə
tam sübuta yetirmiş
cənab İlham Əliyev hətta cinayət əməlinə
yol vermiş insanların da taleyinə biganə deyildir: məhkum olunmuş bir sıra şəxslərin,
onların ailə üzvlərinin, insan hüquqları üzrə
müvəkkilin müraciətlərinə
əsaslanan, məhkumların
səhhətini, ailə
vəziyyətini, bu müddətdə davranışlarını
nəzərə alan, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətini
önə çəkən
Prezident İlham Əliyev vaxtaşırı
əfv sərəncamı
imzalayır. Ölkə başçısı bu addımları ilə törətdiyi əməldən səmimi
peşmançılıq hissi
keçirən günahkar
şəxslərin islah
olunaraq düz yola qayıtmasına, onların cəzaçəkmə
müəssisəsindən çıxdıqdan sonra layiqli vətəndaş kimi azad cəmiyyətə
qovuşmasına, bir daha cinayət əməli törətməməsinə
çalışır.
Prezident
İlham Əliyev humanizm prinsiplərinə əsaslanarq ölkə Konstitusiyasının 109-cu maddəsinin
22-ci bəndini rəhbər
tutaraq 26 dekabr 2011-ci il tarixli
sərəncamı ilə
növbəti əfv sərəncamı imzalamışdır.
Əfv sərəncamı bütövlükdə
92 məhbusa şamil edilmişdir. Bu, Azərbaycanda insan hüquqlarının etibarlı
təminatına və
demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini göstərir. İmzalanan əfv
fərmanlarının bir
qayda olaraq mühüm tarixi günlər və dövlət bayramları ərəfəsinə təsadüf
etməsi insanlara hədsiz sevinc bəxş etməklə yanaşı, onlara yüksək mənəvi
dəyərlər aşılayır.
Ölkə başçısının əfv
sərəncamının icra
edildiyi 6, 10 və 15 saylı cəzaçəkmə
müəssisələrində olduğumuz zaman da cəzalarının çəkilməmiş hissəsindən
azad edilən şəxslər bundan sonra layiqli vətəndaş
kimi cəmiyyətə
qovuşaraq cinayət
törətməyəcəklərini bildirdilər.
6 saylı cəzaçəkmə
müəssisəsində əfv
sərəncamı 7 nəfər
məhkuma şamil edilmişdi. Lələyev Elşad Rafiq
oğlu cəzasının
çəkilməmiş hissəsindən
azad edilməsini böyük sevinclə qarşılayıb. O bildirdi
ki, ölkə rəhbərinin bu humanist addımı bütün məhkumlar tərəfindən
də yüksək qiymətləndirilir: "Cəzaçəkmə
müəssisəsində olduğum
zaman hər gün azadlığa çıxmaq arzusu ilə yaşamışam.
Bu sevinci mənə
bəxş etdiyinə
görə ailəm adından ölkə rəhbərinə dərin
minnətdarlığımı bildirirəm. Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü
və Yeni il ərəfəsində
ailəmə bundan gözəl hədiyyə
ola bilməz. Bundan sonra cəmiyyətə layiqli vətəndaş olacağıma var qüvvəmlə çalışacağam.
Etdiyim səhvlərdən artıq
nəticə çıxarmışam.
Məni əfv etdiyinə görə ulu Tanrıdan dövlət başçısına və
onun ailəsinə uzun ömür arzulayıram".
Həsənov Yalçın Rəşid oğlu da cəzaçəkmə müəssisəsindən azadlığa buraxlmasına hədsiz sevinirdi. Bizimlə söhbət zamanı bildirdi ki, azadlığa qovuşmaq böyük səadətdir: "Məhkumluq müddətində insan etdiyi səhvlər barədə xeyli düşünmək imkanında olur. Ancaq azadlığa çıxdıqdan sonra bir daha bu səhvləri təkrarlamamalıdır. Ailəsinə və yaxınlarına layiqli insan olmağa çalışmalıdır. Mən etdiyim əməllərdən dərin peşmançılıq keçirirəm. Bir daha bu səhvləri etməyəcəyəm. Dövlət başçısı böyük humanistlik göstərərək bizləri azadlığa qovuşdurub. Ölkə rəhbərinə dərin təşəkkürümü bildirirəm və Azərbaycanımızın inkişafı naminə gördüyü işlərdə ona uğurlar arzulayıram".
Novruzov Araz Xanlar oğlu da azadlığa buraxıldığına görə ölkə rəhbərinə minnətdarlığını bildirdi, azad cəmiyyətə qovuşaraq yalnız yaxşı işlərlə ailəsini sevindirəcəyini qeyd etdi. Arazın atası və anası cəzaçəkmə müəssisəsinin önündə idilər. Övladlarının azadlığa buraxılmasını dövlət başçısının humanist addımı kimi qiymətləndirdilər. Xanlar Novruzov bildirdi ki, ata üçün bundan böyük sevinc ola bilməz. Bağışlamaq qəlbin böyüklüyüdür. Biz ailəmiz adından böyük qəlb sahibi Prezident İlham Əliyevə minnətdarlığımızı bildirir və onun siyasətini dəstəkləyirik.
E.HACIALIYEV,
Azərbaycan.-2011.-28 dekabr.-S.6.