Konstitusiya Məhkəməsi Palatasının

növbəti iclasları keçirilmişdir

 

 Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclaslarda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV, VI hissələrinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, Nazirlər Kabinetinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü, 67-ci və 124.4-cü maddələrinin şərh olunması ilə bağlı sorğusuna və Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 2000-ci il  sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü, həmin tarixdə qüvvədə olan Mülki Prosessual Məcəlləsinin 358-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddələrinin şərh olunması ilə bağlı müraciətinə baxılaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.

Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il yanvarın 24-nə təyin edilmiş iclasında Nazirlər Kabinetinin sorğusuna, 2012-ci il yanvarın 18-də isə Nəsimi Rayon Məhkəməsinin müraciətinə baxılacaqdır.

 

Azərbaycan.-2011.-28 dekabr.-S.7.